Ülvi Camal Erkin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ülvi Camal Erkin (14 mart 1906[1][2], İstanbul15 sentyabr 1972[1] və ya 15 oktyabr 1972[3], Ankara) — türk bəstəkar, pianoçu, dirijor və pedaqoq.

Ülvi Camal Erkin
Ümumi məlumatlar
Doğum tarixi 14 mart 1906(1906-03-14)[1][2]
Doğum yeri
Vəfat tarixi 15 sentyabr 1972(1972-09-15)[1] (66 yaşında) və ya 15 oktyabr 1972(1972-10-15)[3] (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Qarşıyaxa qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu
Janr klassik musiqi
Musiqi aləti piano
Təhsili
Mükafatları "Fəxri legion" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Piano çalmağı uşaq olarkən anasından öyrənmişdir. 1960–70-ci illərdə Ankara Konservatoriyası orkestrinin və Opera Teatrının dirijoru olmuşdur. 1971-ci ildə Dövlət sənətkarı adını almışdır. Parisdə başladığı "İki dans" adlı əsərini Ankarada tamamlamış, premyerası 1931-ci ildə Rəyasəti-Cumhur Filarmoniyasında olmuşdur. Ankara Dövlət Konservatoriyasında fortepino bölməsinin rəhbəri, 1949–57-ci illərdə isə rektoru vəzifələrində çalışmışdır. Bəstəkar Necil Kazım Akseslə birlikdə "Karmen", "Aida", "Fidelio" kimi bir çox məşhur opera əsərini türk opera repertuarına daxil edərək, səhnəyə qoymuşdur. Bəstəkarların 1943-cü il müsabiqəsində iki konsertlə çıxış etmiş, "Fortepiano üçün konsert"i mükafata layiq görülmüşdür. Müasir musiqinin ifadə vasitələrindən istifadə edən Erkin 2 simfoniyanın, violin, fortepiano ilə orkestr üçün konsertlərin, caz kvarteti, orkkestr üçün rapsodiya və digər əsərlərin müəllifidir. Milli cəhətləri müasir bəstəkarlıq texnikası vasitələri ilə ustalıqla uzlaşdırırdı. Çox vaxt əsərlərinin ifaçısı kimi çıxış edirdi. 1963-cü ildə Bakıda konsertlər vermişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Ulvi Cemal Erkin // Musicalics (fr.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #123964849 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.