Çiriş (Qafan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi Zəngəzur mahalı əraziləri
Çiriş
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Mərz: Sünik mərzi
Rayon: Qafan rayonu (1930-1995)
İnzibati mərkəz Qafan
Saat qurşağı
Xəritədə yeri
Çiriş xəritədə
Çiriş
Çiriş

ÇirişErmənistan Respublikasının cənubunda Sünik mərzində keçmiş Qafan rayonu ərazisində mövcud olmuş azərbaycanlılar yaşamış kənd.


Kənd Qafan şəhərindən 32 km şimal-qərbdə, Kurud kəndindən isə 2 km cənub-şərqdə, dağ ətəyində yerləşir.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kənddə 1897-ci ildə 27 nəfər, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır.[2]

1918-ci il qaçqınlığından sonra əhalisinin bir hissəsi geri qayıdan Çiriş kəndi 1939-cu ildə qonşu Kurud kəndi ilə birgə təşkil edilən kolxozda birləşdi. 1965-ci ildə Çirişin də daxil olduğu Kurud kolxozu Gığı heyvandarlıq sovxozuna birləşdirildi.

50-ci illərdə KurudKirs kəndlərinə köçən Çiriş əhalisi 1988-ci ildə Ermənistandan digər azərbaycanlılar kimi deportasiya olundular. Çirişlilər hal-hazırda əsasən Abşeron rayonunda məskunlaşıblar.[3]

Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı
1897-ci il 1922-ci il 1926-cı il 1931-ci il 1970-ci il
Çiriş 27 73 79 95 0

Toponim asfodelinakimilər fəsiləsinə aid bitki cinsi olan çirişin adı əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Musa Urud: «Zəngəzur», Bakı, "Nurlar", 2005. Arxivləşdirilib 2012-07-25 at the Wayback Machine: «Düzəliş-Əlavə» hissəsi
  2. Musa Urud: «Zəngəzur», Bakı, "Nurlar", 2005.: «Düzəliş-Əlavə» hissəsi
  3. Musa Urud: «Zəngəzur», Bakı, "Nurlar", 2005.: «Düzəliş-Əlavə» hissəsi
  4. İbrahim Bayramov: «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002.