Çarlz Ostin Bird

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çarlz Ostin Bird
ing. Charles A. Beard
Çarlz Ostin Bird
Çarlz Ostin Bird
Doğum tarixi
Doğum yeri İndiana ştatı, Naytstaun
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Konnektikut ştatı, Nyu-Heyven
Dəfn yeri
  • Fernkliff qəbiristanlığı[d][1]
Təhsili
Fəaliyyəti Tarixçi, Yeni Məktəbin həmtəsisçisi
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz Ostin Bird (27.11.1874, İndiana ştatı, Naytstaun – 1.9.1948, Konnektikut ştatı, Nyu-Heyven) — Amerika tarixçisi, politoloq, ABŞ tarixşünaslığında "iqtisadi" cərəyanın banisi.[2]

Oksford, KornellKolumbiya universitetlərində təhsil almışdır. 1904–17-ci illər də Kolumbiya Universitetində dərs demişdir (1915–17-ci illərdə professoru). Nyu-Yorkdakı kom munal xidmətlər üzrə ixtisas məktəbinin direktoru olmuşdur (1917–22). 1926-cı ildə Amerika Siyasi Elmlər Assosiasiyasının, 1933-cü ildə Amerika Tarix Assosiasiyasının prezidenti olmuşdur. Bird ABŞ tarixinin ən mühüm problemlərinin iqtisadi təhlilini etmiş, Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsini (1861–65) "ikinci Amerika inqilabı" kimi şərh edən ilk Amerika tarixçisi olmuşdur. F.D. Ruzveltin "Yeni kurs"unu müsbət qiymətləndirərək, izolyasionizm mövqeyindən onun xarici siyasətini tənqid etmişdir. Bir neçə əsərini arvadı, tanınmış tarixçi və feminist Meri Birdlə (1876–1958) birlikdə yazmışdır.[2]

  1. Find a Grave (ing.). 1996.
  2. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 112. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]