Çarıq
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur.
Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6–12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan "döşəmə" salıb geyirdilər.
Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.