Çanaq (ölçü vahidi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Çanaqriyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Çanaqdan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Təxminən 12 kq tutumu olmuşdur. "Bir çanaq arpa", "bir çanaq pendir" anlayışları çanağın tutumu ilə bağlı yaranmışdır.

Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da ölçü qabı kimi istifadə olunmuşdur. Bu qablardan ölçü məqsədilə istifadə olunmasına dair folklorumuzda və yazılı ədəbiyyatımızda çoxlu misallar var.

Belinən bu yeri əkdim bir ayda,
Sulamaqdan su da qalmadı çayda.
Biçdim, döydüm, darım oldu bir bayda,
Qoy söyləyim, mahallara car olsun!

Və yaxud:

Bir sərnic süd sağan üç satıl satır,
Nə sağsa birəbir su qatıb satır.

Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 459. ISBN 978-9952-34-152-2

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]