Çako müharibəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çako müharibəsi
Boliviyanın itirdiyi torpaqlar
Tarix 9 sentyabr 1932
Yeri Gran Çako vilayyəti .Cənubi Amerika
Səbəbi Gran Çako mübahisli ərazi
Nəticəsi Uruqvayın qələbəsi.Boliviya iddia etdiyi ərazilərin yalnız ⅓ nə sahib olur.
Münaqişə tərəfləri

BoliviyaBoliviya

ParaqvayParaqvay
ArgentinaArgentina

Komandan(lar)

Hans Kinolt
Jose.L.Lanza

Eusebio Ayalo
Jose Feliks Estigarribio

Tərəflərin qüvvəsi

250,000 əsgər

120,000 əsgər

İtkilər

50,000 -80,000 arası

35,000-50,000 arası

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çako müharibəsi 1932–1935 ci illərdə ParaqvayBoliviya arasında Qran-Çako (hansı ki orada böyük neft ehtiyatının olması ehtimal edilirdi. Bununla belə yalnız 2012-ci ildə bu ehtiyyatlar aşkarlanır[1]) vilayətinə sahiblənmə uğrunda baş verib. Bu Latın Amerikası tarixinə ən qanlı müharibə kimi düşüb.

Müharibənin tarixi

[redaktə | mənbəni redaktə et]

Ərazi mübahisəsi BoliviyaParaqvay Şimali Canko ərazisinə sahiblənmə hələ dövlərin müstəqillik elan edilməsindən başlayır. Belə ki Paraqvay 1811, Boliviya isə 1825 ci illərdə qurtuluşunu elan etdir. Paraqvay daha tez qurtuluşu elan etməsi ona bir çox üstünlüklər verir. Paraqvay bölgə də öz qoşunlarını yerləşdirir və inzibati hakimiyyətini qurur. Bu əraziyə Braziliyada iddia edir. Bu çətinliklərin səbəbi İspaniyanın hakimiyyəti zamanında burada dəqiq sərhədin müəyyənləşdirməməsi idi. Bu isə ərazinin quraq olması, iqlimi və əhali tərəfindən az məskunlaşmasın təsir edirdi. Sərhədin müəyyənləşdirilməsi XIX əsrdən başlanılsa da bir nəticə əldə olunmur. 1905-ci ildə Boliviya bölgəyə qoşunlarını yerləşdirir və istehkamlar qurur. Buna Paraqvayın cavabı 1904-cü ildəki çevriliş və Paraqvay vətəndaş müharibəsi səbəbindən gecikdirdi. Region əhalisi getdikcə artırdı. Paraqvay isə bölgəni iqtisadi cəhətdən özünə birləşdirmək üçün Puerto-Kasadaya 200 km-lik dəmir yolu xətti çəkir. Bu Paraqvay üçün ümumilli məsələ olmasının əsas səbəbi Paraqvay müharibəsində demək olar ki ərazisinin yarıya qədərini itirməsi idi. Paraqvay Boliviyaya bir qədər torpaq təklif edirdi. Boliviya isə ya hamısı, ya da heç nə şuarını deməsi müharibəni qaçılmaz edirdi. 1928-ci ildə Paraqvay kavalerləri Kanquardiya Boliviya düşərgəsinə hücüm təşkil edir və 6 əsgər ölür. Boliviya cavab olaraq Bokeron bölgəsini işğal edir. Millətlər liqası bu münaqişəni yumşalda bilir. 1929-cu ilin 16 sentyabrında Paraqvaylılar Boliviya düşərgəsini yenidən təmir edəcəyini və Bokeron isə geri qaytarılması ilə nəticələnir. 1930-cu ilin 1 mayında iki dövlət arasında danışıqlar başlanır. Bu zaman Boliviya 2150 min, Paraqvay isə 800 min km² əraziyə sahib idi.

Müharibə öncəki vəziyyət

[redaktə | mənbəni redaktə et]

Ərazidə neft olması ehtimalı bu bölgəyə marağı daha da artırırdı. Boliviyanı Standart Oil, Paraqvay isə Şelf oil şirkətləri dəstəkləyirdi.1931-ci ildən hər iki ölkə silahlanmaya başlayır. 1922–1923 ildən Paraqvay hərbi islahat həyata keçirir. Bunun nəticəsində 4 minlik daimi ordu və 20 minlik əlavə qüvvə qurulur. Hətta hərbi kadrlar hazırlayan 2 hərbi akademiya yaradılır. 10 il müddətində 1000 ədəd sonra 7000 mauzer, Danimarkadan xırda çaplı Madsen plemyotu, ABŞ-dən isə iri çaplı pulemyot alınır. Müharibə ərəfəsində isə 24 ədəd 81 mm kalibrli Şonsa -Brandta minamyot sistemi alınır. Silahlanmaya sərf edilən vəsait kasıb ölkəyə çox pis təsir edir. Boliviyada isə vəziyyət tamamən fərqli idi. Belə ki iqtisadi və əhali sayı baxımından güclü olması acıq aydın görsənirdi. 1926-cı ildə Boliviya ingilis "Bikkers" şirkətindən 36 min tüfəng 250 ağır və 500 yüngül pulemyot alır. 1929-cu ildə ingilislərlə imzalanan müqavilən ləğv edir. Buna qədər 6 minlik ordu 39 min mauzer, 750 pulemyot, 5 tank və bir qədər hərbi təyyarəyə malik idi. Müharibə dönəmində silahlanmanın artması qonşu dövlətlərin etirazına səbəb olurdu. Hətta Peru öz ərazisindən Boliviyaya silah tədarükünə qadağa qoymuşdu.

Müharibənin başlaması

[redaktə | mənbəni redaktə et]
Paraqvay əsgərləri 1932.

1932-ci ilin 15 iyunnunda Boliviya paraqvayın nəzarətində olan Pitiantuta şəhərini tutur. Buna baxmayaraq Parqvay şəhəri bir neçə günə geri qaytarır. 27–28 iyulda Boliviya genişmiqyaslı hücuma keçərək Toleda, Bokeron, Koppales bölgəsini işğal edir. Bu hücum nəticədə paraqvay ordusu müqavimət göstərmədən daha təhlükəsiz və gücləndirilmiş şəhərlərə geri çəkilir.Güclü döyüşlər 1932-ci ilin avqust ayında baş verir.Boliviya 4000 qoşunla cənub-şərqdən ,əlavə 2000 və səpələnmiş 2 diviziya şimal-şərqdən bölgəyə yerləşdirilmişdi .6000 əlavə qüvvə isə yolun uzunluğu və quru isti iqlim səbəbindən gecikirdi.Paraqvay isə İsla-Pay 8 minlik korpus və paytaxdan əlavə 4 minlik qüvvəsi vardı.Boliviya artıq müharibənin əvvəllərində Paraqvay ərazilərinə qədər gəlib çıxmışdı .Bununla belə yerli hindu qəbilələri Paraqvayı dəsdəkləyirdi.1 sentyabr 1932-cı ildə Parqvay ordusu Bakeron üzərinə hücuma keçir.Hər iki tərəf hərbi təyyarələrdən istifadə edirdi.8 sentyabrda Paraqvay ordusunun 2 taborunun gizli hücumu qabaqcadan müəyyənləşdirilərək Boliviya ordusu tərəfindən onlara ağır zərbə vurulur. 9 sentyabrdakı hücumda bir nəticə vermir 14-cü tabor mühasirəyə düşərək tamamən darmadağın edilir. 8–9 sentyabr uğursuzluqları paraqvaylılara bir dərs olur. Növbəti döyüşlərdə Boliviya ordusu demək olar ki bütün hərbi təyyarələrini itirir və bu Paraqvay ordusuna müəyyən üstünlük verir. 17 sentyabrda Boliviya komandanlığı mühasirəyə düşən qüvvələrə əlavə əsgərlər gələnə qədər dözməyi və mühasirəni yarmağı əmr edirlər. Mühasirəni yarmaq bir nəticə verməsə də burada olan 619 əsgər 3 həftə dirəniş göstərdi.Mühasirədəki qüvvələri məhv etmək istəyən 7500 paraqvaylı 500 itki, buna qarşılıq Boliviya isə 150 itki verdi. Bu döyüşlərdən sonra müharibə müəyyən qədər səngiyir. Boliviya isə bundan istifadə edərək ABŞdan 20 ədəd yeni Wright C14R <<Osprey >> təyyarə alır. 1933-cü ilin yanvarında ABŞ-dən 9 qırıcı və Almaniyadan 3 trens Ю 52 alır. Paraqvay da 25 yüngül bombardımançı (Potez-25)Fransadan, İtaliyadan isə 5 Fiat C alır. 1932-ci ildə paraqvaylılar boliviyanın hücümunun qarşısını alır və əks hücuma keçir. Nanava şəhəri uğrunda gedən döyüşlərdə Boliviya ağır itkilər verir. 1933-cü il fevral ayında Boliviya Toledo şəhər ətrafında paraqvaylı orduya hücum edir. 6–7 iyul Nanavaya ikinci hücümda bir nəticə vermir və 2000 itki verir. Halbuki Paraqvay tərəfi 149 nəfər itki verir. 1933-cü ilin oktyabr-noyabr aylarında paraqvaylıların hava kəşfiyyatı boliviya tərəfdə boşluqlar aşkarlayır. 3 dekabr hücumları zamanı Boliviyanin 4–9 diviziyaları mühasirəyə düşür. Artıq 11 dekabrda boliviyalıların 2600 ölür, 7500 isə əsir düşür. Bundan sonra bütün cəbhə boyu geri çəkilən Boliviya ordusu 8000 tüfəng, 536 pulemyot ,45 digər təyinatlı silah-sursat qoyaraq qaçır. Bu Paraqvay ordusuna geniş imkanlar yaradır. Lakin hücumun ləngiməsi Boliviya tərəfinə ikinci müdafiə xəttinə çəkilərək müdafiəni gücləndirməsinə imkan yaradır. 1934-cü ildə mayda 2 boliviya diviziyası paraqvaylılara ağır zərbə endirirlər .Paraqvay tərəfi 500 ölü və 1500 əsir verir.1934-cü ilin iyul ayında isə Boliviyanın hücumlarının qarşısı alınır.Sonradan boliviyalılar El-Kamen bölgəsində ağır itki verərək (2000 ölü,4000 əsir,yalnız 2000 nəfər mühasirəni yarır)geri çəkilir.1935-ci ildən müharibə artıq Boliviyanın ərazisinə keçir.Mart ayından isə fəal əməliyyatlar səngiyir çünki hər iki tərəf artır bütün qüvvələrini demək olar ki itirmişdi.

Barışıq sazişi

[redaktə | mənbəni redaktə et]

Sülh danışıqları 1935-ci ilin 12 iyununda Argentinanın başçılığı ilə baş tutur. Rəsmi müqavilə 1938-ci ilin 21 iyulunda imzalanır. Bu sənədə əsasən Boliviyaya yalnız mübahisəli ərazinin 1/4 qalır əlavə çay sahilinə çıxış və burada özünə liman tikməsi üçün çay sahilində müəyyən qədər torpaq verilir. Bu sərhəd bu günə qədər dəyişilmədən davam edir.

Müharibəyə yardımcı qüvvələr

[redaktə | mənbəni redaktə et]

Boliviya tərəfdən 150 yaxın Almaniyalı hərbi təlimçi iştirak edirdisə, Paraqvay tərəfdən də Ağ qvardiyalılar yardım edirdilər (İmperiyapərəst rus miqrantları).

2009-ilin aprelin 27-də iki ölkə arasında son sərhəd anlaşması imzalanması ilə bölgə üzrə bütün anlaşılmazlıqlar aradan qalxır.

  1. "Paraqvayda neft aşkarlandı:: İqtisadiyat :: Top.rbc.ru". 2015-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.