Yuliya Samoylova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yuliya Samoylova
rus. Ю́лия Само́йлова
Yuliya Samoylova 2018-ci ildə
Yuliya Samoylova 2018-ci ildə
Ümumi məlumatlar
Doğum adı Yuliya Oleqovna Samoylova
rus. Ю́лия Оле́говна Само́йлова
Doğum tarixi (35 yaş)
Doğum yeri Uxta, Komi Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası
Vətəndaşlığı  Rusiya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2013–h.h.
Janrlar pop, rok
Musiqi aləti vokal
jsvok.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuliya Oleqovna Samoylova (rus. Ю́лия Оле́говна Само́йлова; d. 7 aprel 1989, Uxta, Komi Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası) — Rusiya müğənnisi və bəstəkarı. 2017-ci ildə onun Ukraynaya girişinə üç illik qadağa qoyulmuşdur. Buna səbəb Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsidir[1]. Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə Krımın Kerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukraynanın ifaçıya qarşı tətbiq etdiyi qadağanın ardınca onun 2017 Avroviziya Mahnı Müsabiqəsində iştirakı baş tutmamışdır.

Yuliya Samoylova "I Won't Break" mahnısı ilə Rusiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Yuliya Samoylova Rusiyanın Komi Respublikasında yerləşən Uxta şəhərində anadan olmuşdur. Yuliyanın ayaqları uşaq yaşlarından spinal əzələ atrofiyası xəstəliyi səbəbi ilə öz funksiyalarını itirməyə başlamış və həmin vaxtdan da o, əlil arabası ilə hərəkət edir.[2] İfaçının dediyinə görə irsi xəstəliyin təzahürü uğursuz poliomielit peyvəndindən sonra yaranmış ola bilər. Lakin peşəkarlar belə bir ehtimalın mümkün olmadığını bildirir. Samoylova öz musiqi karyerasını Uxtada yerləşən restoranda çıxış etməklə başlamışdır. 2008-ci ildə isə o, TerraNova qrupuna yeni üzv seçilmişdir. Lakin qrup 2010-cu ildə fəaliyyətini dayandırmışdır. Müasir humanitar akademiyasında psixologiya üzrə təhsil alan ifaçı 2010-cu ildə təhsilini bitirmədən akademiyanı tərk etmişdir.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

2013-2014: Faktor AQış Paralimpiyası

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə Yuliya Samoylova Rusiyanın Faktor A musiqi yarışmasında iştirak etmiş və nəticədə ikinci yerə layiq görülmüşdür. 2014-cü ildə o, eyni zamanda Rusiyanın Soçi şəhərində keçirilən Qış Paralimpiya Oyunlarının açılış mərasimində çıxış etmişdir.

2017-hal-hazırda: Avroviziya

[redaktə | mənbəni redaktə et]

2017-ci ilin mart ayında Yuliya Samoylovanın "Flame is Burning" mahnısı ilə Rusiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyi Rusiya telekanalı tərəfindən təsdiqlənmişdir. Bunun ardınca Ukrayna Təhlükəsizlik Xidmətinin Yuliya Samoylova üzərində araşdırma başladığı məlumatı verilmişdir. Buna səbəb isə Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsi olmuşdur. Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə Krımın Kerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukrayna rəsmiləri Rusiyanın Samoylovanı müsabiqəyə göndərmək qərarının siyasi addım olduğunu bildirərək, Rusiyanın məhz növbəti siyasi qalmaqal yaratmaq istədiyindən Krıma qeyri-qanuni yolla giriş edən müğənninin Avroviziya üçün seçildiyini və bunun düşünülmüş addım olduğunu iddia etmişdirlər. Rusiya tərəfi bu iddiaları təkzib etmiş və bunun arxasında heç bir siyasi məqam olmadığı söylənilmişdir.[3] 22 mart tarixində Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq Yuliya Samoylovanın ölkəyə girişinə 3 illik qadağa qoyulduğunu bəyan etmişdir. Müsabiqə təşkilatçıları iki ölkə arasında danışıqlar aparmaq istəsə də, heç bir nəticə əldə edilməmiş və nəhayət 13 aprel 2017-ci il tarixdə "Pervıy Kanal" Kiyevdə baş tutan müsabiqədə Rusiyanın iştirak etməyəcəyini bəyan etmişdir[4]. Beləliklə, Samoylovanın Kiyevdə keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. O, Avroviziya 2017-nin keçirildiyi gün Krımda səhnə almışdır.[5]

Yuliya Samoylova "I Won't Break" mahnısı ilə Rusiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[6]

Mahnı adı İl
"Flame is Burning" 2017
"Яд"
"I Won't Break" 2018
"Спи" 2019
  1. "Ukraine bans Russia's Eurovision entrant over Crimea tour". The Guardian. 2017-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  2. "RUSSIA'S YULIA SAMOILOVA BECOMES SECOND SINGER IN WHEELCHAIR TO COMPETE AT EUROVISION". wiwibloggs.com. Wiwibloggs. 12 mart 2017. 2017-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
    Eurovision in Ukraine: Controversy over Russian entry Arxivləşdirilib 2022-03-10 at the Wayback Machine, BBC News (13 mart 2017)
  3. "Russia strikes provocative note for Eurovision in Ukraine". The Guardian. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  4. "Первый канал не будет транслировать Евровидение-2017". www.1tv.ru (rusca). Russia-1. 13 aprel 2017. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  5. "Another Eurovision song contest, another diplomatic crisis". The Economist. 4 may 2017. 3 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2018.
  6. "Arxivlənmiş surət". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
Əvvəlki:
Sergey Lazarev
"You are the Only One"
Rusiya Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Sergey Lazarev
"Scream"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]