Sele
Sele | |
---|---|
Cilli Celje | |
46°13′44″ şm. e. 15°15′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1451 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 238 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +386 3 |
Poçt indeksi | 3000 |
Nəqliyyat kodu | CE |
Digər | |
celje.si | |
Vikianbarda əlaqəli mediafayllar |
Sele[3] (sloven. Celje; alm. Cilli) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.). Bu ölkə slovenlərə məxsus və orta əsrlərdə müstəqil olan yeganə dövlət olmuşdur. "Üç ulduz" — qrafların və Sele şəhərinin rəmzidir — müasir Sloveniya dövlət embleminin elementlərindən birinə çevrilmişdir. 1991-ci ildə On günlük müharibədən sonra Sele müstəqil Sloveniyanın bir hissəsi oldu. 7 aprel 2006-cı ildə Papa XVI Benedikt Maribor Arxiyeparxiyası nəzdində Sele yeparxiyasını təsis etmişdir. Şəhərin turistik yerləri 1241-ci ildə və 16-cı əsrdə inşa edilmiş monastırdan və qəsrdən ibarətdir.
Əhali
[redaktə | mənbəni redaktə et]2012-ci ildə şəhər əhalisinin sayı 37 584 nəfər təşkil edir; 2002-ci il siyahıya alınmasına görə şəhərdə 48 081 nəfərdir. 1991-ci il məlumatına əsasən şəhər əhalisinin 82,1 % slovenlər, 4,6 % serblər və 4,1 % xorvatlar təşkil etmişdir.
1991-ci ilə görə etnik tərkib:
- Slovenlər: 33,434 (82.1%)
- Serblər: 1,864 (4.6%)
- Xorvatlar: 1,687 (4.1%)
- Müsəlmanlar: 466 (1.1%)
- Yuqoslavlar: 405 (1%)
- Albanlar: 189
- Makedonlar: 140
- Monteneqrolular: 93
- Macarlar: 41
İcma əhalisinin artım dinamikası:
İl | 1924 | 1940 | 1995 | 2002 | 2007 | 2010 |
---|---|---|---|---|---|---|
Əhali | 7750 | 20 000 | 40 710 | 48 081 | 45 826 | 50 039 |
Tarixi
[redaktə | mənbəni redaktə et]Seje 1941-ci ilin aprelində Nasist Almaniyası tərəfindən işğal etdilmişdir. Müharibə dövründə (yaxınlıqdakı şəhərlər də daxil olmaqla) 20 min nəfər əhalisi olan şəhər, 575 nəfər itki vermişdir. Bu əsasən 20 və 30 yaşları arasında olan gənclər idi. İkinci dünya müharibəsinin sonunda , 1945-ci ildə almanlara aid 181-ci piyada diviziyası Sele şəhərinə sıxışdırılmışdır. Diviziya buradaca Yuqoslaviya ordusuna təslim olmuşdur[4].
İdman
[redaktə | mənbəni redaktə et]Şəhərin Sele adlı perşəkar futbol klubu vardır.
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]- Qrebenbrox, Almaniya
- Zingen, Almaniya
- Slabomnski-Brod, Xorvatiya
- Budva, Monteneqro
- Çerenoves, Rusiya
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Su təminatı qülləsi
-
Qəsr
-
Dəmir yolu stansiyası
-
Poçt binası
-
Ratuşa
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ http://pop-stat.mashke.org/slovenia-cities.htm.
- ↑ "Topqrafik xəritə". 2018-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
- ↑ Georg Tessin: Verbände und Truppen der Deutschen Wehrmacht und Waffen-SS im Zweiten Weltkrieg 1939–1945. Siebenter Band. Die Landstreitkräfte 131–200. Biblio-Verlag, Osnabrück 1973, ISBN 3-7648-0872-1, S. 207.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Georg Tessin: Verbände und Truppen der Deutschen Wehrmacht und Waffen-SS im Zweiten Weltkrieg 1939–1945. Siebenter Band. Die Landstreitkräfte 131–200. Biblio-Verlag, Osnabrück 1973, ISBN 3-7648-0872-1, S. 207–211.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Sele ilə əlaqədar mediafayllar var
- İcmanın rəsmi saytı