Azərbaycan tayfaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mirzə Məhəmmədhəsən bəy Hacı. Yıva boyunun baharlı tayfasının nümayəndəsi

Azərbaycan tayfalarıazərbaycanlı, azərbaycanlılaşmış və ya azərbaycanlıların etnogenezində rol oynamış qruplardan ibarətdir. Bu tayfaların bir hissəsi azərbaycanlıların etnoqrafik qrupu hesab edilir, dilləri isə Azərbaycan dilinin dialektlərindən sayılır.

Azərbaycanlıların etnogenezində yerli xalqlar və İran tayfalarından başqa eramızın I minilliyindən etibarən hunlar, türkdilli xəzərlər, bulqarlar, II minilliyindən başlayaraq isə oğuz və peçeneq tayfaları iştirak etmişdir.[1] Bir türk xalqı olaraq azərbaycanlıların özəyi əsas oğuz türk tayfaları olan bayat, yıva, əfşar, bəydili, həmçinin qacarlar, xələclər, qıpçaqlar və s. idi.[2]

Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur. XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir.[3] İdarə etdikləri ərazilərə Qubadan cənubdakı azərbaycanlıların torpaqları da daxil olan, İran Azərbaycanında məskunlaşmış qaraqoyunluağqoyunlu tayfaları azərbaycanlıların etnogenezində iz qoymuşdur.[4]

Səfəvilərdən xanlıqlara qədərki dövr

[redaktə | mənbəni redaktə et]
Qızılbaş süvarisi. Jan Şarden kitabından

Azərbaycanlılarda təsərrüfat, mədəniyyət və həyat tərzi baxımından fərqlənən etnoqrafik qruplar inkişaf etmişdir. Bu etnoqrafik qruplardan bəziləri XIX əsrin son rübünə qədər mövcudiyyətini saxlamışdır.[5]

Səfəvilər dövründə qızılbaşlar (şamlı, ustaclı eli, türkman, təkəli, əfşar, qacar eli, zülqədər, qaramanlı, qaradağlı, bayat, rumlu, varsaq tayfalarının birliyi) Azərbaycan dilində danışan türk tayfaları birliyi idi.[6] Səfəvilər dövründə mövcud olmuş tayfalar arasında qızılbaşlar xüsusi imtiyazlar əldə edir, ən yaxşı otlaqlara sahib olurdular. Bunlara İrəvan əyalətində qacar-axçalı, ustaclu, bayat, Naxçıvanda ustaclı-kəngərli, Azərbaycan əyalətində (Azərbaycan Respublikasının bəzi cənub rayonları və İran Azərbaycanı) türkmən, şamlı, qaradağlı, Urmiyada əfşarlar (XVII əsrin əvvəllərindən etibarən), Qarabağda qacar-ziyadlı və digər oymaqlar, şəmsəddinli (Şəmsədil), qazaxlı, Şirvan əyalətində rumlu, alpaut, bayat və s. daxildir. Səfəvilər dövründə oturaq əhalinin mövqeyinin zəifliyi köçərilərin oturaq həyata keçməsini yavaşladırdı. XVII və XVIII əsrlər ərzində bəzi tayfalar yarımköçəri həyat tərzinə keçir, həm əkinçiliklə məşğul olur, həm də yayda sürüləri ilə yaylağa köçürdü.[7] Qacarlar dövləti dövründə Azərbaycan dili Azərbaycan tayfalarından təşkil edilmiş[8] ordunun dili idi.[9][10][11][12]

Səfəvilər dövründə Qarabağ bəylərbəyliyi ərazisində fəaliyyət göstərən tayfalar iki böyük tayfa ittifaqını — otuziki və iyirmidördləri yaratdı[13]. Daha sonra yaranmış Qarabağ xanlığında yaşayan türk tayfaları cavanşir, kəbirli, otuziki idi.[14] Əhməd bəy Cavanşirə görə Pənahəli xanın vaxtında püsyan, qaraçarlı, cinli, dəmirçihəsənli, qızılhacılı, səfikürd, boyəhmədli saatlı, kəngərli və s. köçərilər Qarabağ xanlığına köçmüşdür.[15] Qarabağın azərbaycanlılar yaşayan kəndlərində cavanşirlər, Arazsahili isə cəbrayıl eli fəaliyyət göstərirdi.[16]

İrəvan xanlığında yaşayan türk tayfaları bayat, kəngərli, ağqoyunlu, qaraqoyunlu, ayrım, qacar və qarapapaq idi. İrəvan xanlığının şimal və mərkəzindəki otlaq əraziləri idarə edən türk tayfaları arasında ən böyük tayfa ittifaqları qarapapaqlar (5000 şəxs) və ayrımlar (3000 köçəri) idi. Daha sonrakı yerləri böyük çobankərə, saatlı, seyidli-axsaxlı, muğanlı və qacarlardan şahdili və sədərəkli tuturdu.[17]

Bəylərbəyliklər, xanlıqlar və sultanlıqların hakim sülalə və tayfaları
El/sülalə Tayfa İdarə edilən ərazilər
Ziyadoğlular sülaləsi Bayat boyundan qacarlar
Şahsevənlər Cavad xanlığı
Naxçıvanskilər Bəydilli boyunun ustaclı tayfasından kəngərlilər Naxçıvan xanlığı
Cavanşirlər Əfşarlar Qarabağ xanlığı
Sərkərlər Xançobanı Şirvan xanlığı
Müqəddəmlər Bayat boyundan müqəddəmlər Marağa xanlığı
Zülqədərovlar Zülqədərlər Şəmşəddil sultanlığı

Türkmənçay müqaviləsindən sonrakı dövr

[redaktə | mənbəni redaktə et]
Azərbaycanlı qadınlar. 1870-ci illər

Rusiya-İran müharibəsindəki məğlubiyyətdən sonra (1828-ci il) Abbas Mirzə türk tayfa nümayəndələrinin döyüş qabiliyyətinə dəyər verdiyi üçün onları Arazın cənubunda yerləşdirməyə təşviq edir, bunun üçün mükafat olaraq münbit torpaqlar təklif edirdi. Belə tayfalardan biri olan ayrımlar Gümrüdəki ata-baba torpaqlarından Makunun qərbindəki əraziyə köçdülər.[18]

S. Zelenskinin verdiyi məlumata görə Yelizavetpol quberniyasının Zəngəzur qəzasında 7 azərbaycan tayfa qrupu var idi: sofulu, dərzili, saralı, puşanlı, giyili, xocamusaqlı, baharlı.[19] Etnoqraf və qafqazşünas Mark Kosven[rus.] qeyd edir ki, keçmişdə azərbaycanlılar arasında aşağıdakı qruplaşmalar fərqləndirilə bilərdi: cavanşir, dəmirçihəsənli, təklə və muğanlıya bölünənlər, daha sonra — cəbrayıllı, sarcalı, sofuli, gəyili, xocal-səhli, ciyilli, dələgərdə, kəngərli, imirli və s.[20] A. D. Yeritsovun Qazax qəzasında qeyd etdiyi və digər qəzalarda da qeydə alınan tərəkəmə (köçəri) tayfalar bunlar idi: ayrımlı, bayat, qədirli, qaraqoyunlu, qaraxanlı, kəngərli, salaxlı, sofulu, tatlı.[21]

Sovet Azərbaycanında 4 köçəri qrup (ayrımlar, padarlar, şahsevənlər, qarapapaqlar) mövcud idi.[22] Ayrımlar Azərbaycanın qərbində, şahsevənlər isə Azərbaycanın cənubunda, İran sərhədi boyunca yaşayırlar.[23]

İran azərbaycanlıları üçün tayfa mənsubiyyəti sosial əlaqələr baxımından böyük əhəmiyyət daşımırdı. Ancaq türk və ya kürd olmağından asılı olmayaraq, İran Azərbaycanında böyük çoxluğun tayfa əlaqələri mövcud idi. Ən vacib türk qrupları Meşkin və Ərdəbilin şahsevənləri, Urmiya və Sainqalanın əfşarları, Makudakı bayat və digər tayfalardır.[24]

Qurumlar və titullar

[redaktə | mənbəni redaktə et]

Molla Pənah Vaqif Azərbaycanı yalnız köçəri tayfa qurumu olan elə görə bölürdü.[25] Tayfa mənasında istifadə edilən sözlər uruğ (Şamaxı və Muğan), tirə (Laçın, Qubadlı, Sabirabad, Qazax, Dərələyəz, Qarakilsə və s.), coma (Muğan, Şirvan, İmişli, Kürdəmir, Salyan), tabun (Zaqatala, Qax), coğa (Daşkəsən, Şirvan, Gədəbəy, Goranboy, Göyçay, Tərtər, İmişli və s.), oymaq və s.-dir.[26]

Köçəri zadəganlar arasında tayfanın ayrı-ayrı hissələrinin böyükləri ağsaqqal adlandırılırdı. Səfəvilər dövründə tayfa başçılarının və feodalların cəm şəklində adlandırılması fars dilində ağayan, azərbaycan dilində ağalar idi.[27] İlbəy isə azərbaycanlıların etnoqrafik qrupu olan şahsevənlərin başçılarına verilən titul idi.[28]

Nəsil şəcərələri

[redaktə | mənbəni redaktə et]
Oğuz xanın portreti

Elxani dövrü alimi Fəzlullah Rəşidəddinin "Cəmi ət-Təvarix" əsərində türk boylarının mənşəyi, həmçinin Oğuznamə, Oğuz xanın əfsanəsi haqqında məlumat verilir.[29] Bu əsər yazılarkən türk xalqlarının və tayfalarının tarixi üçün istifadə edilən əsas mənbələr həm Azərbaycanın yerli türk mühitində mövcud olmuşdur, həm də Orta Asiyadan və Şərqi Türküstandan çoxsaylı mühacirlərin gətirdikləri şəcərə əfsanələri istifadə olunmuşdur.[30]

Ağqoyunlu hökmdarı Uzun Həsən Oğuz xanın və onun nəvəsi Bayandur xanın soyundan gəldiyini iddia edirdi. O, Bayandur tamğasının (möhürünün) Ağqoyunlu imperiyasında dövlət simvolu olaraq istifadəsini başlatmışdır. Buna görə də Bayandur tamğası Ağqoyunlu sikkələrində, rəsmi sənədlərində, kitabələrində və bayraqlarında vardır.[31][32] Ağqoyunlu sultanları dövründə yazıya alındığı düşünülən "Kitabi-Dədə Qorqud" dastanında Bayandur xanın nəsli Oğuz xanın oğlu Göy xandan yox, başqa yerlərdə adı keçməyən Qam xandan gəlir.[33] Uzun Həsənin əmri ilə yazılmış "Kitabi-Diyarbəkriyyə"də isə Ağqoyunluların əcdadlarının adları olaraq Oğuz əfsanəsi və hökmdarlarına aid adlar istifadə olunur.[34]

Oğuz şifahi geneoloji ənənələri ya Anadoluda, ya da Azərbaycanda yazıya alınmışdır.[35] XV əsrdə Azərbaycan türk mühitində Oğuz şəcərə əfsanələrinin yayılması haqqında sübutlardan biri də oğuz bayat tayfasından olan Həsən ibn Mahmudun "Oğuznamə"dən bəhrənələrək yazdığı "Cam-i Cəm-ayin" əsəridir. O, Məkkəyə Oğuznamənin əlyazmasını aparmışdır. Müqəddəs yerlərə səfər etmiş bir Azərbaycan türkünün yanında oğuz geneoloji ənənəsinə aid əlyazma nüsxəsinin olması faktının özü belə ədəbiyyatın böyük nüfuzundan xəbər verir.[36]

İran Azərbaycanında tayfa qrupları mahiyyət etibarilə siyasi qruplar idi və dominant əsas təbəqənin adlarını daşıyırdı. "Qara camaat" bir tayfa ilə uzun müddət əlaqədə olaraq çox vaxt həmin tayfanın başçılarının dilini və mədəniyyətini mənimsəyir və ola bilsin ki, nəslin vahid əcdadı "ixtira" edilirdi. Ancaq başçıların tez-tez bağlı olduqları tayfaları dəyişən "qara camaat"la mədəniyyət və ya şəcərə cəhətdən bağlı olması mütləq deyildi. Bütün bir tayfanın bəzən, xüsusən də linqvistik və ya dini azlıq kimi yeni əraziyə köçürüldükdə kimliklərini dəyişməsi müşahidə edilirdi.[24]

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Oğuz xan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boz oxlar
 
 
 
 
 
 
 
 
 
 
 
Üçoqlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Gün xan"
Qayı
Bayat
Alaevli
Qaraevli
 
"Ay xan"
Yazır
Döyər
Dodurğa
Yaparlı
 
"Ulduz xan"
Əfşar
Qızıq
Bəydili
Qarğın
 
 
 
"Göy xan"
Bayandur
Peçeneq
Çuvaldar
Çəpni
 
"Dağ xan"
Salur
Ayrım
Alayuntlu
Yüreğir
 
"Dəniz xan"
İğdir
Büğdüz
Yıva
Qınıq
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Onqonu Şahin
 
Onqonu Qartal
 
Onqonu Dovşancıl
 
 
 
Onqonu Sunqur
 
Onqonu Uçquş
 
Onqonu Çaxır
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Əsas tayfaların təsnifatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda tarixi türk-monqol tayfaları üçün bax: Azərbaycan–monqol mədəni əlaqələri#Tayfaların məskunlaşma bölgələri

Tayfa ittifaqları

[redaktə | mənbəni redaktə et]
  • Doqquz Oğuz (Toquz). İrəvanın Gərni nahiyəsində toquz obası var idi.[37]
  • Qaraqoyunlular. Səədli, baharlı, duharlı, qaramanlı, alpaqut, çəkirli, ayinli, hacılı, ağaçəri, dögər (döyər) ve bayramlı tayfalarından ibarət idi. Gəncə, Qarabağ, İrəvanda yaşayırdılar. XIX əsrin əvvəllərində Xoy-İrəvan bölgəsində sayları 8 minə qədər idi.[38]
  • Ağqoyunlular. Şərqi Anadoluda yaşayan mosullu, pürnək, həmzə hacılı, əfşar, bayat, inallı, tabanlı, danışməndli, bicanlı kimi oymaqların birləşməsindən əmələ gəlmişdir. Yaşadıqları yerlərə Həmzəli oymağı, Gəncənin Şüturbasan nahiyəsi, Xocalı obası, Bərdənin Həsənqaya, Əhmədli obası daxil idi. XIX əsrin əvvəllərində Azərbaycanda 7–8 minlik Ağqoyunlu qrupu yaşayırdı.[39]
  • Qızılbaşlar. Erkən dövrlərində Azərbaycan dilində danışan 7 tayfadan ibarət idi: şamlı, ustaclı, rumlu, təkəli, əfşar, qacar, zülqədər.[40][6]
  • İyirmidördlər. Mərkəzi Bərdə olan, Tərtər çay sahili ərazi XVI əsrdən etibarən bu köçəri tayfalara verilmişdir. İyirmidördlər tayfa ittifaqına həm türk (azərbaycanlı), həm də kiçik kürd tayfaları daxil idi. Kürd tayfaları getdikcə azərbaycanlılara assimilyasiya olunmuşdur.[41]
  • Otuzikilər. Bu tayfa ittifaqına həm türk (azərbaycanlı), həm də kürd mənşəli tayfalar daxil idi. Müqəddəmlər və 32 tayfanın başçısı hesab edilən Cavanşirlər bu ittifaqda idi.[42] XVI əsrdən etibarən Qarabağ düzü və Bərdə şəhərinin cənubunda ona bitişik əkin ərazilərində mövcud olmuşdur.[41]

24 oğuz tayfası və onlardan çıxmış qruplar

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Oğuz türkləri
Gəncə xanı Cavad xan. Bayat boyunun Qacar tayfasının Ziyadoğlu eli və sülaləsindəndir.
Azərbaycanlı general Cəmşid Naxçıvanski. Bəydilli boyunun Ustaclı tayfasının Kəngərli elindən və sülaləsindəndir (Naxçıvanskilər soyu).
Azərbaycan maarifçisi Həmidə Məmmədquluzadə. Əfşar boyunun Cavanşir tayfası və sülaləsindəndir.
  • Alayuntlular. Azərbaycanlıların etnogenezində iştirak etmişdir. Azərbaycan, Ermənistan və Gürcüstanda tamğaları tapılmışdır. Ermənistan və Azərbaycanda müxtəlif kəndlər onların adı ilə adlandırılmışdır.[43]
  • Ayrımlar. Ayrımlar Göygöldən Ağstafa çayına qədərki dağlıq ərazidə yaşayırlar, Azərbaycanlıların etnoqrafik qrupudurlar.[44] Dilləri Azərbaycan dilinin qərb dialektinə aiddir.[45] Ağdaş rayonunda Eymur kəndi vardır. Ermənistan ərazisində Ayrım — Noyemberyan və Tumanyan rayonlarında kənd adları, Böyük Ayrım — Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan rayonunda) kənd adıdır. Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Ağsaq Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum, Polad Ayrum və başqa qollara bölünüblər.[46]
  • Bayandurlar. Bu tayfaya daxil olan Mosullu oymağının bir hissəsi MuğandaQarabağda məskunlaşmışdı.[47] Azərbaycanda və Ermənistanda 3 Bayandur kəndi vardır: Bayandur (Tərtər), Bayandur (Şörəyel)Bayandur (Gorus).
  • Bayatlar. Bayatlar Azərbaycana XIII əsrdə monqol işğalçıları ilə birlikdə gəlmişdilər. XV əsrin sonu — XVI əsrin əvvəllərində bayatlar qızılbaşlara qoşulmuş, Azərbaycana köçmüşdülər.[48][49] XX əsrdə "Bayat" adı toponim olaraq Göyçay, Cavad, Quba, Şamaxı və Şuşada qeydə alınmışdır.[48] Bayatlar Azərbaycanlıların subetnik qrupu sayılır.[50] Azərbaycandakı bayatlar Azərbaycan dilinin cənub qrupu dialektini danışırlar.[51] Məşhur nümayəndələri Oruc bəy Bayat və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzulidir. QacarlarMarağa xanlığı hökmdarları olan Müqəddəm eli bu tayfadan çıxmışdır.
    • Qacarlar. Qaraqoyunluların devrilməsindən sonra (1468-ci il) Azərbaycana köçmüş, Ağqoyunluların və Səfəvilərin xidmətində olmuşdular.[52] Qacarların bir hissəsi isə hələ Əmir Teymur və Miranşahın dövründə Azərbaycan ərazisində məskunlaşmışdı.[42] Qacarlar azərbaycanlıların subetnik qrupu sayılır.[53] Onlar azərbaycanlıların etnogenezində iştirak etmişdir.[54] Qacarların dili Azərbaycan dilinin dialekti hesab edilir.[55]
    • Müqəddəmlər. 1610-cu ildə Şah I Abbas kürd Mükri tayfasını məhv etdikdən sonra Marağanı Azərbaycan tayfası olan Müqəddəmlərə vermişdir. Əvvəllər Qarabağdakı Otuziki tayfalarının tərkib hissəsi olan Müqəddəmlər öz ayrı tayfalarını yaratmışdır.[56][57] Əhməd xan tayfa ilə eyni adlı Müqəddəm Azərbaycan sülaləsinin banisi sayılır. Marağa xanlığı 1610–1925-ci illərdə mövcud olmuşdur.[58]
  • Bəydililər. Azərbaycanda Bəydili ilə əlaqədar toponimlər mövcuddur. Ustaclı Bəydilidən, Kəngərli isə ustaclıdan çıxmışdır.[59]
  • Döyərlər. XV əsrin əvvəllərində Qaraqoyunlularla birlikdə şimali Suriyadan Azərbaycana gəliblər. Səfəvilər dövründə türkmən tayfasının tərkibində olsalar da, XVIII əsrdə oymaqları Otuziki tayfa birliyi ilə əlaqəli oymaqlar arasında idi. Oymağın qışlağı Gəncənin Arazbasar regionunda, Hüseynli kəndində idi. Şəmkirdə və Tərtərdə Düyərli kəndi var.[63]
  • Əfşarlar. Bu tayfa Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinə xidmət etmişdi.[64] Əfşarlar azərbaycanlıların subetnik qrupu,[65][66] Əfşar dili isə Azərbaycan dilinin dialekti hesab edilir.[67][68][69][70][71][72][73][74] Əfşarlar özlərini "azəri" adlandırırlar.[75] Bu tayfadan Cavanşirlər, Kəbirlilər, Şadlılar, Şamlılar çıxmışdır. Əfşarlardan çıxan sülalələrə isə Nadir şahın başçılığı ilə hakimiyyətə gətirilmiş Əfşarlar sülaləsi, Qarabağ xanlığını idarə etmiş Cavanşirlər,[76] AşurbəyovlarUrmiya xanları[77] daxildir.
    • Cavanşirlər. Cavanşirlər soyu Əfşarlardan gələn Bəhmənli tayfa birliyinin Sarıcalı tayfasından çıxmışdır. XIII–XIV əsrlərdə Mərkəzi Asiyadan köçmüşdülər. Bu tayfadan çıxan Azərbaycan sülaləsi Cavanşirlər Qarabağ xanlığını idarə etmişdilər. Tayfanın görkəmli nümayəndələri Xurşidbanu Natəvan, Behbud xan Cavanşir, Xan Şuşinskidir.[78][42]
  • İğdırlar. Türkiyənin hal-hazırda azərbaycanlılar yaşayan İğdır bölgəsinə adını vermişdir. 1727-ci ildə İrəvan, Gəncə və Urmiyada bu boya bağlı obalar yaşayırdı.[79]
  • Qarğınlar. Dulqədirlərlə birlikdə Azərbaycana köçmüşdür. 1591-ci il və 1727-ci il mənbələrində Şərurda yaşadığı qeyd edilir.[80]
  • Qınıqlar. Azərbaycan toponimikasında izləri qalmışdır.[81] Səlcuqlar bu tayfadan çıxmışdır. Qınıqlar 1591-ci ildə İrəvan bölgəsinin Qınıq Hacı kəndində yaşayırdılar.[80]
  • Peçeneqlər. XIII əsrdə Azərbaycana gəlmişdilər. 1593-cü ildə Bərdə qəzasında, 1727-ci ildə Gəncə vilayətinin Axıncı nahiyəsində balaca bir peçeneq obası var idi.[82]
  • Salurlar. Böyük hissəsi Azərbaycan və İranda yaşayırdı. Azərbaycan şairi Qazi Bürhanəddin bu tayfadan çıxmışdır. Tayfanın balaca bir obası Ərdəbil və İrəvan bölgəsində yaşayırdı.[82]
  • Təkələr. Təkəli tayfası təkələrə daxildir. Oğuzların Salur boyundandırlar. Azərbaycanın Xızı rayonunda, Qubanın Gültəpə (əvvəlki Təkə Şıxı), Gürcüstanın Marneuli rayonunda və Ermənistanın Dərəçiçək bölgəsində Təkəli kəndləri mövcuddur. (Təkəli (Marneuli), Təkəli (Dərəçiçək)).[83]
  • Yazırlar. Gəncə bölgəsində bu boyun adını daşıyan çay var.[37]
  • Yıvalar. Bu boyun bir hissəsi azərbaycanlılara assimilyasiya olmuşdur.[84] Baharlı oymağı bu boydan çıxmışdır.[85]
    • Baharlılar. Qaraqoyunlular dövlətinin süqutundan sonra Baharlılar Azərbaycanda məskunlaşdılar. Səfəvilər dövründə isə tayfa cüzi rol oynamışdır. Baharlılar azərbaycanlıların etnoqrafik qrupu sayılır, Azərbaycan dilinin cənub dialektini danışırlar. Onlar tarixən Şuşa və Zəngəzurda məskunlaşmışdır. Qarabağda Baharlı adı ilə toponimlər mövcuddur.[86][85]
  • Yüreğirlər. Bu boyun Dulqədirlərlə birlikdə Azərbaycana köçdüyü və Gəncənin Zəyəm bölgəsində yerləşdiyi ehtimal edilir.[37]

Azərbaycanlıların sub-etnosları

[redaktə | mənbəni redaktə et]
Şahsevən tayfasından olan balaca qız
  • Qaradağlılar. Azərbaycanlıların tərkibində türk etnoqrafik qrupudur və azərbaycan dilinin dialektini danışır.[87][88] İranın şimal-qərbindəki Qaradağ yaylasında məskunlaşıblar. Yarımköçəri həyat tərzi keçirirlər. Mədəni cəhətdən qonşuları olan şahsevənlərə yaxındırlar.[89] Yeddi tayfaya bölünürlər.[90] Çələbiyanlı eli, Hacıəlili eli, Məhəmmədxanlı eli onlara daxildir.
  • Qaragözlülər. Qaragözlülər İranın Həmədan ostanında yaşayırlar. Azərbaycanlıların etnoqrafik qrupudurlar[87] və dilləri Azərbaycan dilinin cənub dialektinə aiddir.[91][92][93] Tayfa Aşıqlı, Hacılı, Xudabəndli və Özbəkli klanlarına bölünür. Azərbaycanın ZəngilanŞabran rayonlarında Qaragözlü kəndləri vardır.[94][95]
  • Qarapapaqlar. Azərbaycanlıların etnoqrafik qrupudur və Azərbaycan dilini danışırlar.[96] Türkiyədə (Qars və Iğdır), İranın şimal-qərbində, Azərbaycanın qərbində (Qazax və Ağstafa rayonları) və Borçalıda yaşayırlar. Tərkəbün (digər adı "borçalı"dır ki, bu da "xan tayfası" mənasını daşıyır), saral, ərəbli, canəhmədli, çaxarlı, ulaclı tayfalarına bölünürlər.[90]
  • Nəfərlər. Azərbaycanlıların etnoqrafik qrupudur və dilləri Azərbaycan dilinin cənub dialektlərindən biridir. Nəfərlər İranın Fars, Tehran və Luristan ostanlarında yaşayırlar.[87][97][98][99]
  • Padarlar. Oğuz tayfalarından və azərbaycanlıların etnoqrafik qruplarından biridir. Hülakülər dövründə Türküstandan Azərbaycana (Arazdan cənuba) köçüblər. Müasir Azərbaycan Respublikasının ərazisində isə XVI əsrdə məskunlaşmışlar.[100] Onlar təsərrüfat və məişətlərində, xüsusilə, gündəlik yarımköçəri maldarlıq işlərində adət-ənənələrini digər azərbaycanlı etnoqrafik qruplarından daha uzun müddət saxlaya biliblər.[89] Azərbaycanda və Dağıstanda Padar kəndləri, Şamaxıda isə Padar məhəlləsi vardır.[101]
  • Şahsevənlər. Azərbaycanlıların etnoqrafik qrupudurlar[102] və Azərbaycan dilinin şərq (Muğan) qrupu dialektini danışırlar.[103] Əsasən İranda[89] və Arazdan cənubda, Cəbrayıl düzündə məskunlaşıblar.[104] İnanlı, bağdadi, usanlu və başqa tayfalara bölünürlər.[105] Qazax qəzasının yaşayış yerlərinin adlarında — Qədirli və Qaralal toponimlərində, adları qalmaqda olan qədirliqaralal tayfaları da şahsevənlərin qolları hesab edilib.[19] Şahsevənlər Qubanın Ərdəbil məhəlləsinin[106] və Bakıda Əhmədlinin Abşeron kəndinin əsasını qoymuşdur.[107] Gəncədə Şahsevənlər məhəlləsiməscidi vardır.[108]
    • Aynallu. Azərbaycan dilinin Aynallu dialektini danışırlar.[109][110]
    • Muğanlı. Şahsevənlərin qolu olan bu tayfa XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşdur.[111][112] 1759-cu ildə Qubalı Fətəli xanın Salyanı işğal etməsindən sonra Muğan düzündəki şahsevənlərin bir qismini Quba xanlığında yerləşdirmişdir.[113] Akademik Nikolay Dubrovin Quba xanlığının əhalisindən danışarkən azərbaycanlılardan və ləzgilərdən başqa monqolların kökündən gələn muğanlıları da qeyd edirdi.[114]
  • Tərəkəmələr. Azərbaycanlıların etnoqrafik qrupudur, Dağıstanda, Türkiyədə və Azərbaycanın mərkəz və cənub rayonlarında yaşayırlar.[115] Dağıstan tərəkəmələri Azərbaycan dili şərq qrupu dialektləri ilə, Ermənistanda yaşamış tərəkəmələr isə cənub qrupu dialektləri ilə oxşarlıq təşkil edir. Onların dilində qıpçaq qrupu dillərinin, həmçinin qumuq dilinin təsiri hiss edilir.[116][117] Azərbaycanda tərəkəmələrlə bağlı "Ağ qan" filmi çəkilmişdir.
  • Aynular (Abdallar). Laçın şəhərinin əvvəlki adı olan Abdalyar bu tayfadan götürülmüşdür.[118][119]
  • Alpaqutlar. "Aşair-i tərəkəmə-i Şirvan" adlandırılır, Gəncə, Çuxursəəd və Şirvanda yaşayırdılar.[39]
  • Arıqlılar. Yaylağı Gəncənin Şəmkirbasan nahiyəsində, qışlağı isə Köhnəli kəndində idi.[120]
  • Burcoğlu. Borçalı onların adı ilə adlandırılmışdır. XVII əsrdə Borçalıda məskunlaşmış türk tayfasıdır.[121]
  • Dulqədirlər. Şeyx Heydər dövründə Azərbaycana köçmüşdür. 1593-cü il ve 1727-ci il tarixli təhrir dəftərlərində dulqədirlərə daxil olan söklü, hacılar (Gəncə, Xoy), şəmsəddinli və qavurqalı (Gəncə) obaları qeyd edilmişdir.[122]
  • Xançobanlı. Qafqaz tarixçisi Semyon Bronevski onları tatar (Azərbaycan türkü) adlandırmış, saylarını 700 el şəklində vermişdir. Şirvan xanlığını idarə etmiş Sərkərlər bu tayfadan çıxmışdır.[123]
  • Xələclər. Adam Oleari XVII əsrdə onlara Muğanda rast gəlmişdir. Xələclər XIX əsrdə əfşarların tərkibinə daxil olmuşdur. 1864-cü ildə Miyanə və Camalabad ətrafında yaşadıqları haqqında məlumat vardır. 1951-ci ildə Azərbaycanda qalan xələclər Astara yaxınlığında bir tirədən ibarət idilər.[124]
  • Orlatlar. Bu tayfadan, XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi çıxmışdır. Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi.[125][126][127]
  • Sor-sor (sur-sur). 1739-cu ildə Quba və Dərbənd xanlıqlarına köçürülmüş azərbaycandilli[128] tayfadır.[129]
  • Rumlu. Səfəvilər dövlətinin qurulmasında iştirak etmişdir. 1593-cü ildə Gəncənin Qaraqar nahiyəsində Əkinçi Urumlu və İncə Urumlu adlı iki oba var idi.[82]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Tayfanın adı Daxil olduğu qrup Qaraqoyunlu tayfa ittifaqına daxildir mi? Ağqoyunlu dövlətinə xidmət edib mi? Səfəvilər dövlətinə xidmət edib mi? Tayfadan Azərbaycan sülaləsi çıxıb mı? Azərbaycan Respublikasının toponimikasında qeyd edilirmi? Azərbaycanlıların etnogenezində iştirak edib mi? Azərbaycanlıların subetnik qrupu və ya Azərbaycan tayfası sayılırmı? Danışdıqları dil Azərbaycan dilinin dialekti sayılırmı?
Alayuntlular ✅Y ✅Y
Aynallu Şahsevən ✅Y
Aynular (Abdallar) ✅Y
Ayrımlar ✅Y ✅Y ✅Y ✅Y
Bayandur hakim sülalə ✅Y ✅Y
Bayatlar ✅Y ✅Y ✅Y ✅Y
Qacarlar Bayatlar ✅Y ✅Y Gəncənin Ziyadoğluları ✅Y ✅Y ✅Y
Müqəddəmlər Bayatlar --> Otuzikilər ✅Y Marağanın Müqəddəmləri ✅Y
Bəydili boyu ✅Y ✅Y
Kəngərlilər Bəydili --> Ustaclı ✅Y Naxçıvanın Kəngərliləri ✅Y ✅Y
Döyər boyu ✅Y ✅Y ✅Y
Əfşarlar ✅Y ✅Y ✅Y ✅Y ✅Y
Cavanşirlər Əfşarlar --> Bəhmənli --> Sarıcalı Qarabağın Cavanşirləri
Qaradağlılar ✅Y ✅Y
Qaragözlülər ✅Y ✅Y ✅Y ✅Y ✅Y
Qarapapaqlar ✅Y ✅Y
Qınıq boyu ✅Y
Nəfərlər ✅Y ✅Y
Padarlar ✅Y ✅Y ✅Y
Təkəli Təkə ✅Y ✅Y
Şahsevən ✅Y Ərdəbil xanlığı sülaləsi ✅Y ✅Y ✅Y
Tərəkəmələr ✅Y ✅Y ✅Y
Yıva boyu hakim sülalə ✅Y
Baharlı Yıva hakim sülalə ✅Y ✅Y ✅Y

Tayfa tamğaları

[redaktə | mənbəni redaktə et]
  1. Азербайджанцы — статья из Большой советской энциклопедии. : В этногенезе А. участвовало древнее коренное население Атропатены и Албании Кавказской, смешавшееся с вторгавшимися сюда в 1-м тыс. до н. э. и 1-м тыс. н. э. ирано- и тюркоязычными племенами (киммерийцы, скифы, гунны, булгары, хазары, огузы, печенеги и др.)
  2. Алиев С. М. Критический анализ трёх основных гипотез об этногенезе азербайджанских тюрок // Иран. История, экономика, культура. Памяти С. М. Алиева. — М.: ИВ РАН, 2009. — С. 33–34.
  3. Петрушевский, 1949. səh. 36
  4. Сакинат Шихамедовна Гаджиева. Дагестанские терекеменцы: XIX — начало XX в. — Наука, 1990. — С. 8–9. — ISBN 5020167614, 9785020167612.
  5. Волкова Н. Г. Этнические процессы в Закавказье в XIX–XX вв. // Кавказский этнографический сборник. — М.: Изд-во АН СССР, 1969. — Т. 4. — С. 24.
  6. 1 2 Floor, Willem; Javadi, Hasan. "The Role of Azerbaijani Turkish in Safavid Iran". Iranian Studies. 46 (4). 2013: 569. doi:10.1080/00210862.2013.784516. ISSN 0021-0862. JSTOR 24482868. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
  7. Петрушевский, 1949. səh. 182
  8. Muriel Atkin, Russia and Iran, 1780–1828. 2nd. ed. Minneapolis: University of Minnesota Press. 1980. ISBN 0-8166-0924-1, 9780816609246.
  9. Law, Henry D. G. (1984) "Modern Persian Prose (1920s-1940s)" Ricks, Thomas M. Critical perspectives on modern Persian literature Washington, D. C.: Three Continents Press s. 132 ISBN 0-914478-95-8, 9780914478959 "cited in Babak, Vladimir; Vaisman, Demian; Wasserman, Aryeh. "Political Organization in Central Asia and Azerbaijan":
  10. Ch. E. Davies, "Qajar rule in Fars prior to 1849" "On the next day it became known at Shiraz that Muhammad Shāh’s army consisted of Āzarbaijanī Turks who did not know Persian and had a European general."
  11. Denis Wright. The English Amongst the Persians: Imperial Lives in Nineteenth-Century Iran
  12. Б. П. Балаян, "К вопросу об общности этногенеза шахсевен и кашкайцев"
  13. Kioumars Ghereghlou. Cashing in on land and privelege for the welfare of the shah: monetisation of tiyul in ealy Safavid Iran and Eastern Anatolia // Acta Orientalia Academiae Scientiarum Hung. — 2015. — Т. Volume 68, № 1. — С. 110.
  14. Мирза Адыгезал-бек. Карабах-наме. Баку, 1950, с. 56.
  15. Ахмедбек Джаваншир. История Карабахского ханства (с 1747 по 1805 годы). — Баку. 1961, с. 71
  16. George A. Bournoutian. The 1823 Russian survey of the Karabagh province : a primary source on the demography and economy of Karabagh in the early 19th Century. — Costa Mesa, California: Mazda Publishers, 2011. — 456 p. — ISBN 9781568591735.
  17. Bournoutian, George A. The Khanate of Erevan Under Qajar Rule: 1795–1828. — Mazda Publishers, 1992. — ISBN 978–0939214181.
  18. P. Oberling. "ĀYRĪMLŪ". Iranica. December 15, 1987. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
  19. 1 2 Волкова Н. Г. Этнонимия в трудах экономического обследования Кавказа 1880-х годов // Имя и этнос: общие вопросы ономастики, этнонимия, антропонимия, теонимия, топонимия: сборник. — М.: Ин-т этнологии и антропологии, 1996. — С. 24–30. — ISBN 5-201-00825-9.
  20. Косвен М. О.[rus.]. Этнография и история Кавказа: исследования и материалы. М.: Изд-во Восточной литературы. 1961. 21.
  21. Волкова Н. Г. Этнонимия в трудах экономического обследования Кавказа 1880-х годов // Имя и этнос: общие вопросы ономастики, этнонимия, антропонимия, теонимия, топонимия: сборник. — М.: Ин-т этнологии и антропологии, 1996. — С. 26–27. — ISBN 5-201-00825-9.
  22. Golden, 1992. səh. 385-386
  23. James Stuart Olson, Nicholas Charles Pappas. An Ethnohistorical dictionary of the Russian and Soviet empires. — Greenwood Publishing Group, 1994. — С. 60. — ISBN 0313274975, 9780313274978.
  24. 1 2 R. Tapper. AZERBAIJAN vi. Population and its Occupations and Culture Arxivləşdirilib 2023-09-24 at the Wayback Machine // ENCYCLOPÆDIA IRANICA. — 1988. — С. 234–238.
  25. Алекперов А. К. Исследования по археологии и этнографии Азербайджана. — Баку: Изд-во АН Азербайджанской ССР, 1960. — С. 72–73.
  26. MAHİRƏ HÜSEYNOVA. "TAYFA, NƏSİL ADLARINI BİLDİRƏN SÖZLƏR VƏ ONLARIN TÜRK DİLLƏRİNİN DIALEKTLƏRİNƏ İNTEQRASİYASI". FİLOLOGİYA MƏSƏLƏLƏRİ (№ 17). 2018. (#accessdate_missing_url)
  27. Петрушевский, 1949. səh. 51-52
  28. Tapper, Richard. Frontier nomads of Iran, P. 14–15
  29. Ghiasian, Mohamad Reza. "The Topkapı Manuscript of the Jāmiʿ al-Tawārikh (Hazine 1654) from Rashidiya to the Ottoman Court: A Preliminary Analysis". Iranian Studies (ingilis). 51 (3). 2018-05-04: 399–425. doi:10.1080/00210862.2018.1428085. ISSN 0021-0862. 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-21.
  30. Mustafayev, 2021. səh. 87
  31. Daniel T. Potts. Nomadism in Iran: From Antiquity to the Modern Era. 2014. səh. 7. Indeed, the Bayundur clan to which the Aq-qoyunlu rulers belonged, bore the same name and tamgha (symbol) as that of an Oghuz clan.
  32. Faruk Sümer (1988–2016). "UZUN HASAN (ö. 882/1478) Akkoyunlu hükümdarı (1452–1478).". TDV Encyclopedia of Islam (44+2 vols.) (in Turkish). Istanbul: Turkiye Diyanet Foundation, Centre for Islamic Studies.
  33. H. B. Paksoy (1989). Alpamysh: Central Asian Identity Under Russian Rule. p. 84.
  34. İsmail Aka (2005). Makaleler (in Turkish). Vol. 2. Berikan Kitabevi. p. 291.
  35. Mustafayev, 2021. səh. 89
  36. Mustafayev, 2021. səh. 88
  37. 1 2 3 Türkler Ansiklopedisi (Cilt 7), 2002. səh. 37
  38. Türkler Ansiklopedisi (Cilt 7), 2002. səh. 31
  39. 1 2 Türkler Ansiklopedisi (Cilt 7), 2002. səh. 25
  40. Grigoriev, Sergei. "Об этнической принадлежности шиитов Афганистана" [On the ethnicity of the Shiites of Afghanistan]. Восток: история и культура (rus). Saint Petersburg. 2000: 32–46. Кызылбаши, первоначально состоявшие из представителей семи малоазиатских тюркоязычных племен румлу, шамлу, устаджлу, афшар, каджар, текелю и зулкадар, говоривших на азербайджанском языке, были с XV в. одной из главных военно-политических опор Сефевидского государства.
  41. 1 2 Петрушевский, 1949. səh. 71
  42. 1 2 3 Петрушевский, 1949. səh. 48
  43. Ibrahimov, T. (2019) Traces of the Oghuz Tribe Ulayundlug/Ala Yundlu (Ala Atly — with pinto horses) in Azerbaijan
  44. Агаев Г. Д. Заселение Азербайджана тюрками. Данные этнотопонимии о расселении тюркоязычных племен в Азербайджане XI–XV вв. Ч. 1. // Этническая ономастика : сборник статей. — М.: Наука, 1984.
  45. Мамедли А. Соловьева Л. Т. Азербайджанцы. — М.: Наука, 2017. — 708 с.
  46. Bünyadov Z., Məmmədov H. Irəvan əyalətinin icmal dəftəri. Bakı, 1997
  47. Ənvər Çingizoğlu. Mosullu oymağı. "Soy" dərgisi, 7 (15), 2008. səh.47–56.
  48. 1 2 Заселение Азербайджана тюрками. Сборник "Этническая ономастика". Академия наук СССР. Институт этнографии имени Н. Миклухо-Маклая. Издательство "Наука", М., 1984 г. Arxiv surəti 23 sentyabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-09-23 at the Wayback Machine
  49. R. Khanam. Encyclopaedic ethnography of Middle-East and Central Asia: J-O, том 2. Стр. 126–127
  50. Российский этнографический музей. Глоссарий. Баяты Arxivləşdirilib 2013-10-21 at the Wayback Machine
  51. "Languages of Iran". 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-28.
  52. Roger Savory. The Qajars: "Last of the Qezelbas" // Society and Culture in Qajar Iran (edited by Elton L. Daniel). — 2002.
  53. James Stuart Olson, Lee Brigance Pappas, Nicholas Charles Pappas. An Ethnohistorical dictionary of the Russian and Soviet empires Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine
  54. Гаҹарлар // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Б.: Главная редакция Азербайджанской советской энциклопедии, 1979. — Т. III. (азерб.)
  55. "Azerbaijani, South. Ethnologue: Languages of the World, Seventeenth edition. Dallas, Texas: SIL International". 2019-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  56. Maeda Hirotake. The Forced Migrations and Reorganization of the Regional Order in the Caucasus by Safavid Iran: Preconditions and Developments described by Fazli Khuzani // Osamu Leda, Tomohiko Uyama. Reconstruction and interaction of Slavic Eurasia and its neighboring worlds. — Sapporo: Slavic Research Center, Hokkaido University, 2006. — С. 246. — ISBN 4938637391.
  57. Петрушевский, 1949. səh. 128-129
  58. Mary-Jo DelVecchio Good. The Changing Status and Composition of an Iranian Provincial Elite // Michael E. Bonine, Nikki R. Keddie. Modern Iran : the dialectics of continuity and change. — Albany, USA: State University of New York Press, 1981. — С. 269–288. — ISBN 0873954653.
  59. Д.Еремеев. "Этногенез турок: (Происхождение и основные этапы этнической истории)". Москва: Наука. 1971. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  60. Kangarlu — статья из Encyclopædia Iranica. P. Oberling
  61. К. Н. Смирнов. МАТЕРИАЛЫ ПО ИСТОРИИ И ЭТНОГРАФИИ НАХИЧЕВАНСКОГО КРАЯ // Тифлис. — 1934. Архивировано 6 декабря 2017 года.
  62. S. Abrahams, "A historiographical study and annotated translation of volume 2 of the Afzal al-Tavarikh by Fazli Khuzani al-Isfahani", p. 238
  63. Ali Sinan BİLGİLİ. "Azerbaycan Türkmenleri Tarihi", Türkler Ansiklopedisi, (Ortaçağ). — Ankara, 2002.
  64. Энциклопедия Ираника. Статья: AFŠĀR Arxiv surəti 29 aprel 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
  65. Richard V. Weekes. Muslim peoples: a world ethnographic survey. AZERI. Стр. 56
  66. Российский этнографический музей. Афшары Arxivləşdirilib 2012-05-24 at the Wayback Machine.
  67. Louis Ligeti. Sur la langue des Afchars d'Afghanistan (фр.) // Acta Orientalia Academiae Scientiarum Hungaricae. — 1957. — Vol. 7, no 2/3. — P. 109–156.Şablon:Оригинальный текст
  68. "Azerbaijani, South". 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.
  69. Азербайджанский язык // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
  70. A. Bodrogligeti On the Turkish vocabulary of the Isfahan Anonymous // Acta Orientalia Academiae Scientiarum Hungaricae Vol. 21, No. 1 (1968), pp. 15–43. — Akadémiai Kiadó.
  71. Аббасов А. М. Некоторые заметки об афшарах Афганистана // Советская тюркология. — 1975. — № 4. — С. 72.
  72. "Azerbaijani, South". Ethnologue (ingilis). 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-03.
  73. Encyclopedia of the Peoples of Africa and the Middle East. — С. 708
  74. Hasan Kawun Kakar. Government and Society in Afghanistan: The Reign of Amir ‘Abd al-Rahman Khan
  75. Дебец Г. Ф. Антропологические исследования в Афганистане // Советская этнография. — М.: Наука, 1967. — № 4. — С. 87. "…афшары либо ещё сохранили в быту тюркский язык, либо помнят, что на этом языке (они называют его азери) говорили их предки"
  76. George A. Bournoutian "Qarābāghʹnāmah Jamāl Javānshīr Qarābāghī" from the Javanshir tribe of Dizak, from the of Sarijalu, which was a group within the Bahmanli, tribe, who, in olden days, had come, from Turkestan. They were a part of the famous Afshar tribe.
  77. "The Encyclopaedia of Islam", Том 10.
  78. George A. Bournoutian "Qarābāghʹnāmah Jamāl Javānshīr Qarābāghī" from the Javanshir tribe of Dizak, from the of Sarijalu, which was a group within the Bahmanli, tribe, who, in olden days, had come, from Turkestan. They were a part of the famous Afshar tribe.
  79. Türkler Ansiklopedisi (Cilt 7), 2002. səh. 30
  80. 1 2 Türkler Ansiklopedisi (Cilt 7), 2002. səh. 32
  81. Мухамедова, З. Б. — Исследования по истории туркменского языка XI–XIV вв. по данным арабоязычных филологических сочинений [Текст : Автореферат дис. на соискание ученой степени кандидата филологических наук. (665) — Search RSL]. search.rsl.ru. Дата обращения: 24 июля 2021.
  82. 1 2 3 Türkler Ansiklopedisi (Cilt 7), 2002. səh. 34
  83. F. Zarinebaf-Shahr, "Tabriz under Ottoman Rule (1725–1731)", p. 19
  84. Ataniyazov, S. Dictionary of the Turkmen ethnonyms. Ylym; Ashgabat. 1988.
  85. 1 2 V. Minorsky. Bahārlū (англ.) // Encyclopaedia of Islam, Second Edition. — Brill. Архивировано 21 января 2022 года.
  86. The History of Persia, London, 1829, I, s. 237.
  87. 1 2 3 Н. А. Баскаков, "Введение в изучение тюркских языков", с. 265
  88. "КАРАДАГЦЫ • Большая российская энциклопедия - электронная версия". 2021-11-26 tarixində arxivləşdirilib.
  89. 1 2 3 "Азербайджанцы" (rus). Большая советская энциклопедия. — М.: Советская энциклопедия. 1969—1978. 2017-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-17.
  90. 1 2 Азербайджанцы, армяне, айсоры // Народы Передней Азии. М.: Изд-во Академии наук СССР. 1957. 286.
  91. Joshua Project. "Qaragozlu in Iran" (ingilis). 2021-02-28 tarixində arxivləşdirilib.
  92. "Azerbaijani, South". Ethnologue (ingilis). 2019-06-05 tarixində arxivləşdirilib.
  93. "Qaragozlu". Glottolog. 2021-07-09 tarixində arxivləşdirilib.
  94. Гараҝөзлүләр // Азербайджанская советская энциклопедия/ Под ред. Дж. Кулиева. — 1979. — Т. III. — С. 62.
  95. Материалы по истории туркмен и Туркмении. Т. II. XVI–XIX вв. Иранские, бухарские и хивинские источники, с. 228
  96. Мамедли А. Соловьева Л. Т. Азербайджанцы. — М.: Наука, 2017. — С. 27. — 708 с. — ISBN 978-5-02-040007-8.
  97. Joshua Project. "Nafar, Nafar Turk in Iran" (ingilis). 2022-03-27 tarixində arxivləşdirilib.
  98. "Azerbaijani, South". Ethnologue (ingilis). 2022-03-27 tarixində arxivləşdirilib.
  99. "Nafar". Glottolog. 2022-03-27 tarixində arxivləşdirilib.
  100. Н. Г. Волкова. "Этнические процессы в Закавказье в XIX–XX веках", Кавказский Этнографический сборник, IV часть, Институт Этнографии им. Н. Н. Миклухо-Маклая АН СССР, Москва, Наука, 1969, стр. 4
  101. Мамедли А. Соловьева Л. Т. Азербайджанцы. — М.: Наука, 2017. — С. 27. — 708 с. — ISBN 978-5-02-040007-8.
  102. James Stuart Olson, Nicholas Charles Pappas. An Ethnohistorical dictionary of the Russian and Soviet empires. — Greenwood Publishing Group, 1994. — С. 60. — ISBN 0313274975, 9780313274978.
  103. Stephen Shennan, "Pattern and Process in Cultural Evolution"
  104. Институт этнологии и антропологии им. Н.Н. Миклухо-Маклая. "Кавказский этнографический сборник". www.history.az. 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-17.
  105. Савина В. И. Этнонимы и топонимии Ирана // Ономастика Востока. М.: Наука. 1980. 151.
  106. Фарзалибейли Ш. Губа тарихи. — Б., 2001. — С. 34, 35.
  107. Список населённых мест Бакинской губернии // Списки населенных местностей Российской империи. По Кавказскому краю. Бакинская губерния. — Тифлис, 1870. — Т. LXV. — С. 87.
  108. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. — Şirvannəşr, 1998. — С. 162–167.
  109. "Azerbaijani, South: Aynallu language" (ing. ). globalrecordings.net. 7 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2020.
  110. Louis Ligeti. Sur la langue des Afchars d'Afghanistan (фр.) // Acta Orientalia Academiae Scientiarum Hungaricae. — 1957. — Vol. 7, no 2/3. — P. 109–156.
  111. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti", II cild, Bakı, "Şərq-Qərb", 2007, s. 119
  112. N. Bəndəliyev "Dağlıq Şirvanın toponimləri", Bakı, "Elm, s.143–145
  113. Бутков П. Г. Материалы для новой истории Кавказа съ 1722 по 1803 годъ. Ч. 1. — Санкт-Петербург, 1869. — С. 249.
  114. "История войны и владычества русских на Кавказе. Том I. Книга 2. СПб. 1871". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  115. Сакинат Шихамедовна Гаджиева. Дагестанские терекеменцы: XIX — начало XX в. — Наука, 1990. — С. 8–9. — ISBN 5020167614, 9785020167612.
  116. Гаджиева С. Ш. Дагестанские терекеменцы. XIX — начало XX в.: Историко-этнографическое исследование. — Наука, 1990. — 216 с. — ISBN 5-02-016761-4.
  117. Баскаков Н. А. Карапапахи, или терекеме, и изучение их языка (из материалов по азербайджанским диалектам Армении) // Краткие сообщения Института народов Азии. Вып. 65. — М.: "Наука", 1964. — С. 27.
  118. Karapetian, Samvel. Armenian Cultural Monuments in the Region of Karabagh. Yerevan: Gitutiun Publishing House, 2001, p. 169.
  119. Map of Armenia and Adjacent Countries by H. F. B. Lynch and F. Oswald in Armenia, Travels and Studies. London: Longmans, 1901.
  120. Türkler Ansiklopedisi (Cilt 7), 2002. səh. 36
  121. Cumans Arxiv surəti 20 yanvar 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-01-20 at the Wayback Machine. The Don and the North Caucasus in the 4th–12th centuries
  122. Türkler Ansiklopedisi (Cilt 7), 2002. səh. 29
  123. Броневский С. М. Новейшие географические и исторические известия о Кавказе. Часть II. — М.: В типографии С. Селивановскаго, 1823. — С. 434.
  124. "ḴALAJ i. TRIBE Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine" — Encyclopaedia Iranica, December 15, 2010 (Pierre Oberling)
  125. Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии.
  126. [Советская историческая энциклопедия, статья: Под ред. Е. М. Жукова. Шеки // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982
  127. Петрушевский И. П. Государства Азербайджана в XV веке. Шеки в XV веке // Сборник статей по истории Азербайджана. — Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 184.
  128. Magomedkhan Magomedkhanov. Building of the Tower of Babel: Ethnolinguistic Processes in Dagestan. Russian Academy of Sciences, Dagestan Science Centre. page 290
  129. Агаев Г. Д. Данные этнотопонимии о расселении тюркоязычных племён в Азербайджане XI–XV вв. // Этническая ономастика. — Наука, 1984. — С. 149.