Tasmaniya iblisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tasmaniya iblisi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Tasmaniya iblisi
Beynəlxalq elmi adı

Kisəli iblis və ya Tasmaniya iblisi (yun. Sarcophilus harrisii) — Yırtıcı kisəlilər dəstəsinə, Sarcophilus cinsinə aid olan yeganə məməli növü. Qara rəngi, iri ağızlı iti dişləri, dəhşətli gecə qışqırtıları və şiddətli aqressiv xarakteri onui görən ilk avropalıların onu "iblis" adlanmdırmışlar. Daxil olduğu cinsin adı "Sarcophilus", q.yun. σάρξ — ət və q.yun. φιλέω — sevmək sözlərinin birləşməsindən əmələ gəlir.

Filogenetik analizlə müəyyən etmişdir ki, Tasmaniya iblislərinin ən yaxın qohumu Kvolldur. Nisbətən uzaq qohumu isə Tasmaniya canavarıdır.

Xarici görkəmi

[redaktə | mənbəni redaktə et]

Tasmaniya iblisi müasir dünyanın kisəli ən böyük yırtıcı məməlisidir. Ölçülərinə görə elə də böyük olmayan köpəyi xatırlatsa da, çəki və bədən quruluşundan kiçik ayını xatırladır. Bədəninin uzunluğu 50–80 sm, quyruğ 23–30 sm arasında dəyişir. bədən ölçüləri yaşından, yaşayış yerindən və qidalanmasından sılı olayaraq fəqli ola bilir. Ən böyük erkəyin 12 kq çəkisi və dik durduqda 30 sm boyu olmuşdur.

Əzələli bədən quruluşuna sahibdirlər. Ayaqları qısadır. Xüsusi ilə arxa ətraflar ön ətraflardan nisbətən qısadır. Bu xüsusiyyəti baxımından Kisəlilərə daxil olan digər növlərdən fərqlənirlər. Qulaqları elədə böyük deyil. Çəhrayi rəmngə sahibdior. Xəzi qısadır. Bədəni qara rəngdə olsa da, boğaz nahiyyəsində aypara formalı ağ ləkə vardır. Üstəlik dairəvi ağ ləkələrə böyür nahiyyəsində də rast gəlinir. Quyruğu qısa və qalındır. Bu nahiyədə böyük miqdarda piy qatı olur. Xəstə və ac heyvanın quyru nazik olur. Quyruğunda uzun tüklər olsa da tez-tez tökülür. Bəzən isə tamamən tüksüz olur. Arxa ətraflarda ilk barmaqlar yoxdur. Dırnaqları iridir.

İri kəlləyə, güçlü çənəyə və iti dişlərə sahibdir. Kök dişləri Kaftarlarda olduğu kimi sümüyün asanlıqla qırmasını təmin edir. Tasmaniya iblisi bir dişləmə ilə şikarının başını və ya onurğasını parçalaya bilir. Bədənin çəkisinə nisbətdə Tasmaniya iblisinin dişləmə güçü məməlilər arasında ən yüksəkdir[3]. Kisəsi dəri altı boşluğu xatırladır. Dörd əmcəyə sahibdir.

Hazırda Tasmaniya iblisləri ancaq Tasmaniya adasında yayılmışlar. Əvvəllər onlar materikdədə yaşmışlar, amma onların yoxa çıxması təqribi olaraq 600 il öncə baş vermişdir. Tasmaniya adasında isə avropalılar bu canlıya qənim kəsilmişdirlər. Bu səbəbdən onlar adanın insan tərəfindən fəth olunmayan hissələrinə çəkilməli olmuşlar. Əsasən dsaxili meşələrdə, Tasmaniyanın dağlıq ərazilərində cəmləşmişdilər. Bu proses 1941-ci ildə onların ovlanmasına qoyulan qadağaya qədər davam etmişdir. Hazırda Tasmaniya iblisinə adanın mərkəz, şimal, qərb hissələrində, qoyunçuluq təsərrüfatlarından uzaq olan ərazilərdə rastlamaq mümkündür.

Həyat tərzi və rasion

[redaktə | mənbəni redaktə et]

Kisəli iblislər istənilən lanşaftda yaşamağa uyğunlaşmışlar. Onlar bircə inanların sıx yaşadığı ərazilərdə və meşəsizləşdirilmiş bölgələrdə rastlamaq olmur. Onlar say baxımından savannanın sahil zonasında, heyvanların otlaq sahələri yaxınlığında, quru sklerofil və qarışıq sklerofil-rütubətli meşələrdə üstünlük təşkil edirlər. Gecə vaxtı aktiv olurlar. Gündüzlər isə sıx kollar arasında, səhrada yeraltı yuvalarda, ağac oyuqlarında, ot və ya yarpaqların altımnda gizlənirlər.

Olduqca çox yeməsi ilə seçilir. Onların günlük norması ümumi çəkisinin 15 % bərabərdir. Onlar kiçik və orta ölçülü məməlilər, quşlar, həmçinin həşəratlar, suda-quruda yaşayanlar, ilanlar, yeməli köklər və giləmeyvələrlə qidalana bilirlər. Bəzən sahil zolağına çıxaraq, burada xərçəng, qurbağa və kiçik dəniz canlıları ilə qidalana bilirlər. Onlar bir leşyeyəndirlər. İybilmə qabiliyyəti sayəsində leşləri asanılıqla tapırlar. Onlar balıqdan tutmuş qoyun və inək leşlərini yeyirlər. Daha çox çürümüş və qurd basmış leşlərə üstünlük verirlər. Leşlər baxımından onların daimi qidasını Vombatlar, vallabilər, kenquru siçovullar, dovşanlar və s qidalanırlar. Əgər əvvəllər bu canlılar Tasmaniya canavarının artıqları ilə qidalana bilirdoisə, hazırda isə kisəli dələlərin ovunu əlindən alması faktları vardır. Tasmaniya iblisi bir yırtıcı və leşyeyən olaraq tasmaniya ekosistemində mühüm rol oynayır. Onlar yeşlə birlikdə bir çox zərərli həşərtaların yumurta və qurdlarınıda yeyirlər. Üstəlik onlar qidanı seçməmək xüsusiyyətinə malikdirlər. Nəcislərində avstraliya yexidnasının iynələrinə, rezin parçasına, didilmiş köynəyin qalığına, dəri ayaqqabının bir hissəsinə, həzm olunmamış kök və qarğıdalıya rast gəlinmişdir.

Tasmaniya iblisləri müəyyən bir mülkə sahib olur və gecə vaxtı həmin bölgədə qida axtarışına çıxırlar. Bu ərazilərin ümumi sahəsi 8– 20 km² olur ki, bəzən bu sahələr kəsişir. Onlar tənha həyat sürürlər. Onları ancaq hansısa qidanın ətrafına qrup halında görmək olar. Yemək iyerarxik toqquşmalar, yüksək səs-küylə müşayiət olunur və bunlar bir neçə km aralıdan eşidilir.

Kisəli iblis çox sayda qorxunc səslər çıxarır: monoton kükrək və batıq "öskürək". Bu səslər də ona pis bir şöhrət qazandırır. Hələ məlum olmayan bu canlının gecə səsləri avropalıların ona "iblis" adını verməsinə səsbəb olmuşdur.

kisəli iblislər olduqca aqressiv calılar olmasına baxmayaraq, onların ağızlarını iri şəkildə açmaları onların aqresiya nümayiş etdirməsi deyil, daha çox özlərinə əmin olmamaları ilə əlaqədardır. Xəbərdarlıq məqsədi ilə bu canlılar Skunslar kimi xoşa gəlməz iy buraxırlar. Təcavüzkar olmalarına baxmayaraq, hətta böyüklər fərdlər belə şeytanlar evcilləşməyə həssasdırlar və onları ev şəraitində saxlamaq olur.

Tasmaniya iblisini gündüz saatlarına günəş vannası qəbul edərkən görmək mümkündür.

Adi bir vəziyyətdə çox ləng və sakitdir, lakin fövqəladə hallarda 13 km/s sürətlə hərəkət edir. Cavan fərdlər cəld və sux olur. Asanlıqla ağaclara çıxa bilirlər. Yaşlılar pis dırmansalarda meyilli dirəklərə və hin hasarlarına çıxa bilirlər. Bu canlılar heçdə pis üzmürlər.

Aqressiv xarakterinə, gecə həyat tərzinə görə bu canlıların təbii düşmənləri olduqca azdır. Əvvəllər onların düşmənləri kisəli canavar cə dinqo itləri idi. Hazırda isə cavan tasmaniya iblisləri yıtıcı quşların və xallı kisəli dələnin (Dasyurus maculatus) yeminə çevrilirlər. Onun yeni düşməni və əsas qida uğrunda rəqibi 2001-ci ildə Tasmaniyaya qanunsuz gətirilmiş Tülküdür.

Tasmaniya iblisləri mart-aprel ayları çütləşirlər. Onların çütləşməsi də bir aqresiya nümüyişini xatırladır. Üç gündən sonra dişi güçlü aqresiya ilə erkəyi qovur. Boğazlıq dövrü 21 gün davam edir. Aprel-may aylarında dişi 20–30 bala doğur[4]. 20–30 baladan ən çoxu dördü sağ qala bilir. Bu dörd bala kisədəki əmcəklərdən bərk yapışır. Yerdə qalan balaları isə dişi yeyir[5]. Ballardan ən çox dişilər sağ qala bilir. Digər məməlilərdə olduğu kimi Tasmaniya iblislərinin də çəkisi olduqca az olur (0,18–0,29 q.). Balalar olduqca tez böyüyür. Ardıq 90 günlük olduqda tam olaraq xəzlə örtülürlər. 87–93 günlüyündə isə gözləri tam olaraq açılır. 4 aylığında artıq çəkiləri 200 q çatır. Tədricən kisəni tərk edirlər. Dişilərdə isə hələ laktasiya dövrü 5–6 ayda davam edir. Artıq dekabrın sonları balalar ananı tam tərk edərək müstəqil həyata başlayırlar. artıq iki yaçının sonlarına yaxın dişilər çütləşməyə hazır olurlar. Tasmaniya iblislərinin ömür müddəti 8 ildir.

Balalar

Populyasiyanın statusu

[redaktə | mənbəni redaktə et]

Tasmaniya iblisi avropalılara az baş bəlası olmamışlar. Onlar hinləri dağıdır, tələyə düşən heyvanları yeyir, ev heyvanlarına hücum edirdilər. Bu səbəbdən bu canlı aktiv şəkildə təqib olunmuşdur. Üstəlik əti yeməlidir və kolonistlərin sözlərinə görə dana ətinin dadını verir. 1941-ci ildə bu canlıların qorunması haqqında qanun qəbul edilir. Buna qədər isə onların sayı o qədər azalır ki, nəslinin kəsilmə həddinə çatır. 1936-cı ildə nəsli kəsilən Tasmaniya canavarından fərli olaraq onların populyasıyasını qorumaq mümkün olur. Üstəlik hazırda sayları olduqca çoxdur. Kvollarla Tasmaniya iblislərinin sayı mövsümdən asılı olaraq dəyişir. Belə ki, dekabr-yanvar aylarında müstəqil həyata qədəm qoyan balaların 60 % ilk həftədəcə qida rəqabətinə dözməyərək tələf olur.

Onalrın sayında kütləvi azalma 1950-ci ildə müşahidə edilmişdir. DFTD epidemiyasına qədər sayları 00 000–150 000 arası, ərazi üzrə yayılmaları isə hər 10–20 km² 20 baş təşkil edirdi.

DFTD xəstəliyinə tutulmuş Tasmaniya iblisi

Tasmaniya iblisinin xaricə ixracı qadağan edilmişdir. Avstraliyadan kənarda sonuncu Tasmaniya iblisi 2004-cü ildə Kaliforniyada ölmüşdür. Hazırda bu canlının Qırmızı kitabda Həssas növlər sırasına daxil edilməsi təklif olunur. 2005-ci ildə bir istisna olaraq 2 Tasmaniya iblisi danimarka şahzadəsi Federik və onun həyat yoldaşı Merinin (Tasmaniyada doğulmuş) ilk övladları şərəfinə onlara hədiyyə edilmişdir. Hazırda bu canlılar Kopenhagen zooparkında saxlanılır.

Heyvanların qorunması

[redaktə | mənbəni redaktə et]
Tuz

2009-cu ildə ОС Linux işçiləri ictimayyəti nəsli kəsilməkdə olan növlər probleminə yönləndirmək qərarına gəldilər. Linux 2.6.29-da yeni bir loqo peyada olur: Tux pinqvinin yerini müvəqqəti olaraq Tasmaniya iblisi Tuz tutur[6].

  1. Integrated Taxonomic Information System (ing.). 2006.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Wroe, S.; McHenry, C.; Thomason, J. "Bite club: comparative bite force in big biting mammals and the prediction of predatory behaviour in fossil taxa". Proceedings of the Royal Society B-Biological Sciences. 272 (1563). 2005: 619–625. doi:10.1098/rspb.2004.2986. PMC 1564077. PMID 15817436.
  4. Guiler, E. R. "Observations on the Tasmanian devil, Sarcophilus harrisii II. Reproduction, Breeding and Growth of Pouch Young". Australian Journal of Zoology. 18. 1970: 63–70. doi:10.1071/ZO9700063.
  5. "Тасманийский сумчатый дьявол (Sarcophilus harrisii)". Heyvanlar alıəminin ensiklopediyası «AnimalBox». 2015-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
  6. Обновлённое ядро Linux получило новый логотип [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]