Kumandılar
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Ümumi sayı | |||
---|---|---|---|
2900 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Qohum xalqlar | |||
Kumandılar (özlərini къуманды, къубанды, къуўанды, къувандыг adlandırırlar) — xalq olaraq, Rusiyanın Altay diyarı, Altay Respublikası və Kemerovo vilayəti ərazisində yayılmışlar.
Tarixi
[redaktə | mənbəni redaktə et]2002-ci ildə Kumandılar müstəqil xalq olaraq qeydə alınmışdır. 1926-cı ildə RSFSR dönəmində aparılan siyahıya alınma zamanı burada cəmi 6327 Kumandı aşkarlanmışdır. Onların hamısı Sibir diyarı ərazisində yaşayırdılar. Onlar əsasən Biyski dairəsində 4948 nəfər, Oyrat muxtar vilayətində isə 1384 nəfər təşkil edirdi. Bu siyahıya alınma zamanı onlar Altaylılara aid bir qrup hesab edilirdi.
2000-ci ildə Rusiya hökuməti tərəfinfən Kumandılar 24 mart № 255 qərarla Rusiya ərazisində yaşayan köklü xalq olduğu təstiqlənir.
Genetikası
[redaktə | mənbəni redaktə et]Xromosonları: Y-xromoson. Subpapulyasiyası isə R1b-M73 (49%) mutansiyasına aid edilir. Bundan əlavə R1a, N1b və N1c qrupları müəyyən edilmişdir[1].
Sayları
[redaktə | mənbəni redaktə et]2002-ci ildə aparılan siyahıya alınma görə sayları:
- Altay diyarı (Biya çayı hövzəsi: Biya rayonu, Krasnoqorski rayonu, Soltonski rayonu) — 1663 nəfər;
- Altay Respublikası (Turoçak rayonu) — 931 nəfər;
- Kemerovo vilayəti — 294 nəfər;
- Rusiyanın digər ərazilərində — 226 nəfər.
Bütün Rusiyada — 3114 nəfər.
Yaşayış yerlərinə görə yerləşmələri:[2]
Biysk şəhəri: 658 nəf.;
Krasnoqorskoye kəndi: 217 nəf.;
Solton kəndi: 136 nəf.
Qorno-Altaysk: 438 nəf.
Dilləri
[redaktə | mənbəni redaktə et]Kumandin dili Altay dil ailəsinin Türk qrupuna aid edilir. Bu dil Şimali-Altay dillərinə daxildir. Bəziləri isə bu dili Şimali-Altay dillərinin bir dialekti hesab edirlər. Rəsmi olaraq Kimandılar və onların dili müstəqil dil, xalq olaraq tanınmışdır. Bəzi alimlər isə onları Altaylılara aid edərək altaylıların formalaşmasında iştirak edən etnos, dillərini isə dialekt hesab edirlər[3]
İcma
[redaktə | mənbəni redaktə et]1990-ci illərdə kumandılar müstəqil xalq olması təstiqləndikdən sonra milli ərazi icmaları yaradılır. Bunlara misal kimi Krasoqorski və Solton rayonunda Şatobalski milli kənd sovetləri yaradılır. 1999-ci ildə Qorno-Altaysk şəhərində «Kumandılr xalqının dirçəlişi» adlı ictimai hərəkat başlayır.
Altay diyarı ərazisində «İstok» (Biysk) və «Kаrdаş» (Barnaul) icmaları yaradılır. Buna baxmayaraq bütün Kumandılar bir təşkilatda birləşməmişlər. Xalqın yox olma təhlükəsi yüksəkdir. 2007-ci ildə Qorno-Altayskda «Şimali Altay xalqlarının mədəniyyəti» adlı konfrans keçirilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Балаганская О.А. Полиморфизм Y-хромосомы у тюркоязычного населения Алтая, Саян, Тянь-Шаня и Памира в контексте взаимодействия генофондов Западной и Восточной Евразии // Автореферат кандидатской диссертации по биологическим наукам. М., МГНЦ РАМН, 2011, С.10.
- ↑ http://std.gmcrosstata.ru/webapi/opendatabase?id=vpn2002_pert Arxivləşdirilib 2019-07-12 at the Wayback Machine База микроданных Всероссийской переписи населения 2002 года
- ↑ Baskakov N.А. Türk dilləri, М., 1960, 2006
Mənbə
[redaktə | mənbəni redaktə et]- Kumandılar. Altayın xalqı
- Kumandıların ov əfsanələri[ölü keçid]
- Кумандинцы: результаты социолого-лингвистического обследования (rus.)
- Kumandınlar Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Кумандинцы // Сибирь. Атлас Азиатской России. — М.: Топ-книга, Феория, Дизайн. Информация. Картография, 2007. — 664 с. — ISBN 5-287-00413-3.
- Кумандинцы // Народы России. Атлас культур и религий. — М.: Дизайн. Информация. Картография, 2010. — 320 с. — ISBN 978-5-287-00718-8.