FİFA Puşkaş mükafatı
FİFA Puşkaş mükafatı — 2009-cu il 20 oktyabr tarixində FİFA tərəfindən yaradılmışdır. Təşkilatın keçmiş prezidenti Yozef Blatterin göstərişi ilə təsis edilmişdir.
Mükafat kişi və ya qadın futbolçu olmaqla ilin estetik olaraq önəmli və ya ən gözəl qoluna görə təqdim edilir. Mükafat 1950 və 1960-cı illərdə Real Madrid klubunun hücumçusu və dövrünün ən önəmli macar futbolçucu olmuş Ferents Puşkaşın şərəfinə təsis edilmişdir. Puşkaş böyük kütlə tərəfindən avropanın ən güclü hücumçusu kimi qəbul edilmişdir. Belə ki, o 84 rəsmi milli matçında 83 dəfə fərqlənməyə nail olmuşdur. O, 528 matça 512 dəfə fərqlənməklə iyirminci əsrdə avropanın ən çox qol vuran oyunçularından biri kimi ad qazanmışdır.
"Futbol tarixində öz oyunu ilə iz buraxan birinin adını qorumaq olduqca önəmlidir. Ferents Puşkaş yalnız bir çox mükafat qazanmış futbolçu kimi deyil həmçinin möhtəşəm insan kimi ad qazanmışdır. Bu səbəbdən FİFA bu mükafatı onun adına təsis etməklə böyük sevinc hissi duyur" fikirlərini Blatter Budapeşt şəhərində mükafatın inaqurasiya mərasimində səsləndirmişdir.
Mükafatın ilk təqdimatı 2008/2009 mövsümünün sonunda olmuşdur. Mükafat ilk dəfə 2009-cu il dünyanın ən yaxşı oyunçusu mükafatı üzrə İsveçrədə baş tutmuş qala gecəsində təqdim edildi. Qalib 21 dekabr tarixində elan edildi və mükafatın ilk sahibi portuqaliyalı Kriştiano Ronaldo olmuşdur.
Meyarlar
[redaktə | mənbəni redaktə et]- Bu gözəl bir qol olmalıdır (buraya uzun məsafədən vurulan, fərdi və ya komanda oyun ilə vurulan, qayçı zərbəsi kimi vurulan qollar daxildir.)
- Mükafat heç bir daxili çempionat, cins və milli ayrı-seçkilik edilmədən təqdim edilməlidir.[1]
- Burada təsadüfən, rəqib oyunçunun səhvi üzündən və ya hər hansı oyunçunun ofsayd vəziyyətində ikən vurulan qol qeydə alınmır.
- Daha öncə oyunçu hər hansı mənfi davranışı ilə gündəmə gəlməməli və dopinq testindən uğursuz keçmiş olmamalıdır.
Qaliblər və namizədlər
[redaktə | mənbəni redaktə et]2009
[redaktə | mənbəni redaktə et]Sıra | Oyunçu | Klub | Rəqib | Hesab | Yarış | Səs faizi |
---|---|---|---|---|---|---|
1 | Kristiano Ronaldo | Mançester Yunayted | Portu | 1–0 | 2008–09 UEFA Çempionlar Liqası | 17.68% |
2 | Andres İnyesta | Barselona | Çelsi | 1–1 | 2008–09 UEFA Çempionlar Liqası | 15.64% |
3 | Qrafite | Volfsburq | Bayern Münhen | 5–1 | 2008–09 Bundesliqa | 13.39% |
4 | Eliran Atar | Bney Yehuda | Makkabi Netanya | 1–1 | 2008–09 İsrail Premyer Liqası | 13.36% |
5 | Fernando Torres | Liverpul | Bləkbörn Rovers | 4–0 | 2008–09 Premyer Liqa | 9.44% |
6 | Nilmar | İnternasional | Korintians | 1–0 | 2009 Braziliya A seriyası | 8.71% |
7 | Maykl Essiyen | Çelsi | Barselona | 1–1 | 2008–09 UEFA Çempionlar Liqası | 7.89% |
8 | Luis Angel Landin | Kruz Azul | Moreliya | 1–1 | Liqa MX Klausura 2009 | 7.30% |
9 | Emmanuel Adebayor | Arsenal | Vilyareal | 1–1 | 2008–09 UEFA Çempionlar Liqası | 4.04% |
10 | Katlexo Mpela | Cənubi Afrika Respublikası | İspaniya | 3–2 | 2009 FIFA Konfederasiyalar Kuboku | 2.59% |
2010
[redaktə | mənbəni redaktə et]Sıra | Oyunçu | Klub | Rəqib | Hesab | Yarış | Səs faizi |
---|---|---|---|---|---|---|
1 | Hamit Altıntop | Türkiyə | Qazaxıstan | 2–0 | Avro 2012 seçmə mərhələsi | 40.55% |
2 | Linus Hallenus | Hammarbü | Sürianska | 2–0 | 2010 Superettan | 13.23% |
3 | Metti Burrous | Qlentoran | Portadaun | 1–0 | 2010–11 Şimali İrlandiya Çempionatı | 10.61% |
Covanni Bronkhorst | Niderland | Uruqvay | 1–0 | 2010 FIFA Dünya Kuboku | ||
Lionel Messi | Barcelona | Valensiya | 3–0 | 2009–10 La Liqa | ||
Samir Nəsri | Arsenal | Porto | 5–0 | 2009–10 UEFA Çempionlar Liqası | ||
Neymar | Santos | Santo Andre | 2–1 | 2010 Paulista Çempionatı | ||
Aryen Robben | Bayern Münhen | Şalke 04 | 1–0 | 2009–10 Almaniya Kuboku | ||
Sipive Çabalala | Cənubi Afrika Respublikası | Meksika | 1–1 | 2010 FIFA Dünya Kuboku | ||
Kumi Yokoyama | Yaponiya | Koreya Xalq Demokratik Respublikası | 2–1 | 2010 FIFA U-17 Qadınlararası Dünya Kuboku |
2011
[redaktə | mənbəni redaktə et]2012
[redaktə | mənbəni redaktə et]Sıra | Oyunçu | Klub | Rəqib | Hesab | Yarış | Səs faizi[2] |
---|---|---|---|---|---|---|
1 | Miroslav Stoh | Fənərbaxça | Gənclərbirliyi | 6–1 | 2011–12 Super Liqa | 78% |
2 | Radamel Falkao | Atletiko Madrid FK | America de Kali | 2–1 | Yoldaşlıq matçı | 15% |
3 | Neymar | Santos | Internasional | 3–1 | 2012 Libertadores Kuboku | 7% |
Emmanuel Aqemanq-Badu | Qana | Qvineya | 1–1 | 2012 Afrika Millətlər Kuboku | ||
Hatem Ben Arfa | Nyukasl Yunayted | Bləkbörn Rovers | 2–1 | 2011–12 Federasiya Kuboku | ||
Erik Hassli | Vankuver Uaytkaps | Toronto FK | 1–1 | 2012 Kanada Çempionatı | ||
Olivia Ximenez | Meksika | İsveçrə | 2–0 | 2012 FIFA U-20 Qadınlararası Dünya Kuboku | ||
Qaston Mealla | Nasional Potosi | Stronqest | 2–2 | 2011–12 Boliviya Çempionatı | ||
Lionel Messi | Argentina | Braziliya | 4–3 | Yoldaşlıq matçı | ||
Musa Sou | Fənərbaxça | Qalatasaray | 2–2 | 2011–12 Super Liqa |
2013
[redaktə | mənbəni redaktə et]Növbəti siyahıda 2012-ci ilin qalib və namizədləri qeyd edilmişdir. 2013-cü ilin Dekabr ayının 9-dan FİFA.com saytı vasitəsi ilə seçilmiş namizədlərə onlayn olaraq səs vermək mümkündür.
Sıra | Oyunçu | Klub | Rəqib | Hesab | Yarış | Səs faizi[3] |
---|---|---|---|---|---|---|
1 | Zlatan İbrahimoviç | İsveç | İngiltərə | 4–2 | Yoldaşlıq matçı | 48.7% |
2 | Nemanya Matiç | Benfika | Portu | 2–2 | 2012–13 Premyer Liqa | 30.8% |
3 | Neymar | Braziliya | Yaponiya | 3–0 | 2013 FIFA Konfederasiyalar Kuboku | 20.5% |
Peter Ankersen | Esberq | Arxus | 5–1 | 2013–14 Superliqa | ||
Lisa De Vanna | Skay Blu | Boston Breykers | 5–1 | 2013 Qadınlararası Milli Liqa | ||
Antonio Di Natale | Udineze | Kievo | 3–1 | 2012–13 Seria A | ||
Panayotes Kone | Balonya | Napoli | 2–3 | 2012–13 Seria A | ||
Luisa Kadamuro | Lion | Sent-Etyen AS | 5–0 | 2012–13 Qadınlararası Liqa | ||
Daniel Luduena | Paçuka | Tiqres | 2–1 | Apertura 2013 | ||
Xuan Manuel Olivera | Nautiko | Resif | 2–0 | 2013 Sudamerikana kuboku |
2014
[redaktə | mənbəni redaktə et]2014-cü ilin namizədləri 12 Noyabr tarixində elan edilmişdir.[4]
Sıra | Oyunçu | Klub | Rəqib | Hesab | Yarış | Səs faizi[5] |
---|---|---|---|---|---|---|
1 | Xames Rodriqes | Kolumbiya | Uruqvay | 2–0 | 2014 FIFA Dünya Kuboku | 42% |
2 | Stefani Roşe | Peymont Yunayted | Ueksford Yus | 2–0 | 2013–14 İrlandiya Qadınlar liqası | 33% |
3 | Robin van Persi | Niderland | İspaniya | 5–1 | 2014 FIFA Dünya Kuboku | 11% |
Tim Keyhil | Avstraliya | Niderland | 2–3 | 2014 FIFA Dünya Kuboku | ||
Dieqo Kosta | Atletiko Madrid | Xetafe | 7–0 | 2013–14 La Liqa | ||
Marko Fabian | Kruz Azul | Puebla | 1–0 | Liqa MX klausura 2014 | ||
Zlatan İbrahimoviç | Pari Sen-Jermen | Bastia | 4–0 | 2013–14 Liqa 1 | ||
Paytim Kasami | Fulhem | Kristal Palas | 4–1 | 2013–14 Premyer Liqa | ||
Kamilo Sanvezzo | Vankuver Uaytkaps | Portlend Timbers | 2–2 | 2013 MLS | ||
Hisato Sato | Sanfresse Hiroşima | Kavasaki Fronteyl | 2–1 | 2014 Yaponiya Çempionatı |
2015
[redaktə | mənbəni redaktə et]FIFA namizədləri 2015-ci il Noyabr ayının 12-də elan etdi.[6]
Sıra | Oyunçu | Klub | Rəqib | Hesab | Yarış | Səs faizi[7] |
---|---|---|---|---|---|---|
1 | Uendel Lira | Qoyaneziya | Atletiko Qoyaneziya | 2–1 | 2015 Qoyana Liqası | 46.7% |
2 | Lionel Messi | Barselona | Atletik Bilbao FK | 3–1 | 2014–15 İspaniya Kuboku | 33.3% |
3 | Alessandro Florenzi | Roma | Barselona | 1–1 | 2015–16 UEFA Çempionlar Liqası | 7.1% |
David Bol | Flitvud Taun | Preston Nort End | 2–2 | 2014–15 Liqa 1 | ||
Çori Kastro | Real Sosyedad FK | Deportivo La-Korunya | 1–1 | 2014–15 La Liqa | ||
Karli Loyd | ABŞ | Yaponiya | 5–2 | 2015 FİFA Qadınlararası Dünya Kuboku | ||
Filippe Mekses | Milan | Milan FK | 1–0 | 2015 Beynəlxalq Çempionlar Kuboku | ||
Marsel Ndyenq | Paderbon | Bolton Uonderers | 4–1 | Yoldaşlıq matçı | ||
Esteban Ramírez | Herediano FK | Deportivo Saprissa FK | 3–2 | 2014-15 Kosta-Rika Çempionatı | ||
Karlos Tevez | Yuventus | Parma | 7–0 | 2014–15 Seria A |
2016
[redaktə | mənbəni redaktə et]FIFA namizədləri 2016-cı il Noyabr ayının 21-də elan etdi.[8]
Sıra | Oyunçu | Klub | Rəqib | Hesab | Yarış | Səs faizi[9] |
---|---|---|---|---|---|---|
1 | Mohd Faiz Subri | Penanq | Pahanq | 4–1 | 2016 Malayziya Super Liqası | 59.46% |
2 | Marlone | Korintians | Kobresal | 3–0 | 2016 Libertadores Kuboku | 22.86% |
3 | Daniuska Rodrigez | Venesuela | Paraqvay | 1–0 | 2016 u-17 Cənubi Amerika Qadınlararası Futbol Çemionatı | 10.01% |
Mario Qaspar | İspaniya | İngiltərə | 1–0 | Yoldaşlıq matçı | ||
Hlomfo Kekana | Cənubi Afrika Respublikası | Kamerun | 2–1 | 2017 Afrika Millətlər Kuboku | ||
Lionel Messi | Argentina | ABŞ | 2–0 | Kopa Amerika Sentenario | ||
Neymar | Barselona | Vilyareal | 3–0 | 2015–16 La Liqa | ||
Hol Robson-Kanu | Uels | Belçika | 2–1 | UEFA Avro 2016 | ||
Saul Niquez | Atletiko Madrid | Bayern Münhen | 1–0 | 2015–16 UEFA Çempionlar Liqası | ||
Simon Skrab | Atvidaberqs | Qefle | 1–0 | 2015 İsveç Çempionatı |
Ölkələr üzrə qalib olanlar
[redaktə | mənbəni redaktə et]Ölkə | Qalib | İl |
---|---|---|
Braziliya | 2 | 2011, 2015 |
Portuqaliya | 1 | 2009 |
Türkiyə | 1 | 2010 |
Slovakiya | 1 | 2012 |
İsveç | 1 | 2013 |
Kolumbiya | 1 | 2014 |
Malayziya | 1 | 2016 |
Ən çox namizəd olanlar
[redaktə | mənbəni redaktə et]Oyunçu | Say |
---|---|
Lionel Messi[10] | 5 |
Neymar[10] | 5 |
Zlatan İbrahimoviç | 3 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Rules Of Allocation" (PDF). 4 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 January 2015.
- ↑ "FIFA Puskás Award 2012 – Results" (PDF). FIFA. 23 January 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 February 2013. (#invalid_param_val)
- ↑ "FIFA Puskás Award 2013 – Results" (PDF). FIFA. 14 January 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 January 2014.
- ↑ "FIFA Puskás Award: Ten best goals of the year announced". FIFA.com. 12 November 2014. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 November 2014.
- ↑ "FIFA Puskás award 2014 – results" (PDF). FIFA.com. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası. 12 January 2015. 4 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 January 2015.
- ↑ "FIFA Puskás Award 2015 Nominees". FIFA.com. 12 November 2015. 27 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 November 2015.
- ↑ "FIFA Puskás award 2015 – results" (PDF). FIFA.com. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası. 11 January 2016. 25 June 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 January 2016.
- ↑ "FIFA Puskás Award 2016 Nominees". FIFA.com. 8 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 November 2016.
- ↑ "FIFA Puskás award 2016 – results" (PDF). FIFA.com. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası. 10 January 2017. 9 January 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 January 2017.
- ↑ 1 2 "FC Barcelona's Neymar Jr and Leo Messi, up for the 2016 Puskas Award | FC Barcelona". FC Barcelona. 3 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2016.