Azərbaycan 2024 Yay Olimpiya Oyunlarında

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan
2024 Yay Olimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
İdmançı sayı48 idmançı (15 idman növündə)
BayraqdarGültac Məmmədəliyeva
Məhəmməd Abdullayev (açılış mərasimi)
Medallar
Yer: —




0 0 0 0
Yay Olimpiya Oyunları
19962000200420082012201620202024
Qış Olimpiya Oyunları
19941998200220062010201420182022
Digər əlaqəli oyunlar
SSRİ Sovet İttifaqı (1952—1988)
Beynəlxalq Olimpiya Komitəsi Birləşmiş Komanda (1992)

Azərbaycan 2024 Yay Olimpiya Oyunlarında — 2024-cü ildə Fransanın Paris şəhərində baş tutacaq XXXIII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası 26 iyul-11 avqust tarixlərində baş tutacaq XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növü üzrə təmsil olunacaq.

Komandanın yolasalma mərasimi

[redaktə | mənbəni redaktə et]

İyulun 17-də Paris Olimpiadasında mübarizə aparacaq Azərbaycan Milli Olimpiya Komandasının yolasalma mərasimi baş tutdu. Tədbirdən əvvəl dövlət himni səsləndirildi, Vətən müharibəsi şəhidlərinin və idman ictimaiyyətindən vəfat edənlərin xatirəsi yad edildi. Milli Gimnastiкa Arenasında (MGA) baş tutan tədbir çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzuladı.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komandasının bayraqdarları da açıqladı. Olimpiadanın açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boкsçu Məhəmməd Abdullayevin daşıyacağı bildirildi.

Tədbirdə həmçinin idmançılarımızın lisenziya qazandıqları anların yer aldığı video və müxtəlif peşə sahiblərinin olimpiyaçılara arzularının yer aldığı videoçarx nümayiş edildi. Mərasimin növbəti hissəsində idmançıların Olimpiya Oyunları üçün xüsusi hazırlanmış vahid idman geyim formasının təqdimatı oldu. Olimpiada üçün xüsusi dizaynla ha­zırlanmış formalar ağ, tünd göy, çəhra­yı və yaşıl rəngdədir. Geyim dəstlərinin üzərində Azərbaycan bayrağı, gerbiXarıbülbül yer alıb.

Komandanın heyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan XXXIII Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının 2020-ci il olimpiadasında baş verən eniş tempindən sonra artışı idi. Azərbaycanı son olaraq 2020-ci ildə 44 idmançı təmsil eləmişdi.

Komandanın heyətində 48 idmançıdan 19-u qadın idi. Bu da Azərbaycanın Olimpiya Oyunları tarixində ciddi uğur idi. Bundan əvvəl 2020-ci ildə baş tutan turnirdə Azərbaycanı cəmi 16 qadın idmançı təmsil edirdi.

Azərbaycan 2020-ci ildə Olimpiya Oyunlarında idman gimnastlarının və velosipedçilərin turnirlərində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növləri üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycanı Olimpiya Oyunlarında birinci dəfə 3x3 basкetbolçular və batut gimnastları təmsil elədi. Azərbaycan yığmasının heyətində ən çox güləşçilər — 12 nəfər və cüdoçular — 9 nəfər yer aldı.

Komandanın heyətində 48 idmançıdan 29 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 24 idmançıdan 6 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — olimpiadanın gümüş medalçısı Mariya Stadnik (qadın güləşçi), bürünc medalçıları Loren Alfonso (boкsçu), Rafiq Hüseynov (yunan-roma güləşçisi), Hacı Əliyev (sərbəst güləşçi) və Sabah Şəriəti (sərbəst güləşçi).

Komandanın heyətində yer alan idmançılardan biri son Dünya çempionu, dördü isə son Avropa çempionu idilər. Cüdoçu Hidayət Heydərov isə həm son Dünya, həm də son Avropa çempionu olaraq olimpiada da mübarizə apardı. Ümumi olaraq Azərbaycan Milli Olimpiya Komandasının heyətində yer alan 18 idmançı Dünya və Avropa çempionu idilər.

Son Dünya və Avropa çempionu Hidayət Heydərov (cüdoçu), son Dünya çempionu Zəlim Kotsoyev (cüdoçu), son Avropa çempioları Elcan Hacıyev (cüdoçu), Murad Məmmədov (yunan-roma güləşçisi), Həsrət Cəfərov (yunan-roma güləşçisi), Mariya Stadnik (qadın güləşçi), müxtəlif illərin Dünya çempionları Loren Alfonso (boкsçu), Rafiq Hüseynov (yunan-roma güləşçisi) və müxtəlif illərin Avropa çempionuları Ruslan Lunyov (atıcılıq), Sənan Süleymanov (yunan-roma güləşçisi), Əliabbas Rzazadə (sərbəst güləşçi), Məhəmmədxan Məhəmmədov (sərbəst güləşçi), Anna Başta (qılıncoynadan) və Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta LuzanZeynəb Hümmətovadan ibarət qrup (bədii gimnastların turniri).

Komanda da yer alan 48 idmançıdan 20-si milliləşdirilmiş idmançılar idi: Rusiya (6), Ukrayna (5), ABŞ (3), İndoneziya (2), Gürcüstan (2), Kuba (1) və İran (1). Komandanın ən gənc üzvü 19 yaşlı bədii gimnast Ləman Əlimuradova, ən təcrübəli üzvü isə 37 yaşlı basкetbolçu Mersedes Woкer oldu.

Akademik avarçəkmə

[redaktə | mənbəni redaktə et]
  • Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 27 iyul-2 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Diana Dımçenkonun təmsil eləməsi nəzərdə tutulub.[1] Diana Dımçenko 2024-cü ilin aprelində Macarıstanda baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[2][3] Azərbaycan sonuncu dəfə bu idman növü üzrə 2016-cı ildə[4], qadın təmsilçilə isə 2012-ci ildə təmsil olunub.[5]

Diana Dımçenko 2018-ci ildə Qlazqo şəhərində (Şotlandiya) baş tutan Avropa Çempionatının bürünc medalçısı idi.[6]

27 iyulda yarışacaq.[1]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Yarım-final
Final
Yer
Nəticə
Yer
Nəticə
Yer
Diana Dımçenko Qadınlar, fərdi
  • Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında atıcılıq idman növü üzrə turnirlər 27 iyul-5 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Ruslan Lunyovun təmsil eləməsi nəzərdə tutulub.[1] Ruslan Lunyov 2023-cü ilin martında Estoniyada baş tutan Avropa Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.[7][8] Lunyov bundan əvvəl 20162020-ci illərdə də olimpiadalarda çıxış edib.[4][9]

Ruslan Lunyov 2022-ci ildə Qahirə şəhərində (Misir) baş tutan Dünya Çempionatının[10] və 2023-cü ildə Tallin şəhərində (Estoniya) baş tutan Avropa Çempionatının gümüş medalçısı idi.[11]

27 iyulda yarışacaq.[1]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Yer
Nəticə
Yer
Ruslan Lunyov Kişilər, 10 m., hava tapança
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu
  • Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında badminton idman növü üzrə turnirlər 27 iyul-5 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Edi Reski DviçayoKeyşa Fatimə Zəhranın təmsil eləməsi nəzərdə tutulub.[1] Edi Reski DviçayoKeyşa Fatimə Zəhra 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən müvafiq olaraq 28-ci və 31-ci pillələrdə qərarlaşaraq lisenziyalara sahib oldu.[12][13] Dviçao bundan əvvəl 2020-ci ildə olimpiada da çıxış edib.[9] Fatimə Zəhra isə olimpiadada mübarizə aparacaq birinci azərbaycanlı qadın badmintonçu olaraq tarixə düşüb.[12]

Kişilərin turnirində mübarizə aparacaq Edi Reski Dviçayo 27 iyulda yarışacaq.[1] Qrup mərhələsində onun rəqibləri son Avropa Çempionatının qalibi olan Danimarka nümayəndəsi Anders Antonsen və Avstriya nümayəndəsi Kollins-Valentin Filimon olacaq.[14]

Qadınlatın turnirində mübarizə aparacaq Keyşa Fatimə Zəhra da 27 iyulda yarışacaq.[1] Qrup mərhələsində onun rəqibləri Çin nümayəndəsi He Bingjiao və Birləşmiş Krallıq nümayəndəsi Kirsti Gilmur olacaq.[15]

İdmançı
Yarış
Qrup mərhələsi
1/8 final
1/4 final
1/2 final
Final / BM
Yer
1-ci görüş
2-ci görüş
Yer
Kişilər
Edi Reski Dviçayo Fərdi
Avstriya Filimon
-:-
Danimarka Antonsen
-:-
N/A
Qadınlar
Keyşa Fatimə Zəhra Fərdi
Çin Hi
-:-
Böyük Britaniya Gilmur
-:-
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu
  • Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 30 iyul-5 avqustda baş tutacaq. Azərbaycan Olimpiya Oyunlarında birinci dəfə bu idman növü üzrə təmsil olunub. 2024-cü ilin aprelində Honq Konqda baş tutan 1-ci Dünya Olimpiya Təsnifat Turnirinin qalibi olan qadınlardan ibarət Azərbaycan yığması olimpiya lisenziyasının sahibi oldu.

Azərbaycan yığmasının serbiyalı baş məşqçisi Ratomir Delic rəhbərliyi altında Paris Olimpiadasında mübarizə aparacaq yığmanın heyətinə Tiffany Hayes, Dina Ulyanova, Alexandra Mollenhauer və Marcedes Walкer daxil edildi.

Heyəti

Azərbaycan heyəti
Oyunçular Məşqçilər
Möv. No. Vət. Adı B Ç Yaş
SG 1 Azərbaycan Tiffany Hayes 1.78 m 20 sentyabr 1989 (1989-09-20) (34 yaş)
SF 8 Azərbaycan Dina Ulyanova 1.85 m 1 sentyabr 1989 (1989-09-01) (34 yaş)
G 24 Azərbaycan Alexandra Mollenhauer 1.82 m 4 may 1998 (1998-05-04) (26 yaş)
C 45 Azərbaycan Marcedes Walкer 1.91 m 17 oktyabr 1986 (1986-10-17) (37 yaş)
Baş məşqçi

Leqenda
  • (K) Komanda kapitanı
  • Zədələnmiş Zədələnmiş
  • Mənbə: qeyd olunacaq

Nəticələri

Paris Olimpiadasının reqlamentinə əsasən 8 yığma dairə sistemlə mübarizə apardı.

Komanda
Yarış
Qrup mərhələsi
1/4 final
1/2 final
Final / BM
Yer
1-ci tur
2-ci tur
3-cü tur
4-cü tur
5-ci tur
6-cı tur
7-ci tur
Yer
Azərbaycan Azərbaycan Qadınlar
İspaniya İspaniya
0:0
ABŞ ABŞ
0:0
Fransa Fransa
0:0
Almaniya Almaniya
0:0
Avstraliya Avstraliya
0:0
Çin Çin
0:0
Kanada Kanada
0:0

Nəticələri

Yer
Komanda
O
Q
M
QT
İT
X
Vəsiqə qazandı
1.
ABŞ ABŞ
0
0
0
0
0
0
1/2 final mərhələsi
2.
Almaniya Almaniya
0
0
0
0
0
0
3.
Azərbaycan Azərbaycan
0
0
0
0
0
0
1/4 final mərhələsi
4.
Avstraliya Avstraliya
0
0
0
0
0
0
5.
Çin Çin
0
0
0
0
0
0
6.
Fransa Fransa
0
0
0
0
0
0
7.
İspaniya İspaniya
0
0
0
0
0
0
mübarizəni dayandırdı
8.
Kanada Kanada
0
0
0
0
0
0

Oyunları

30 iyul 2024 (2024-07-30)
23:00
Report
Azərbaycan Azərbaycan 0–0 İspaniya İspaniya

31 iyul 2024 (2024-07-31)
23:30
Report
ABŞ ABŞ 0–0 Azərbaycan Azərbaycan

1 avqust 2024 (2024-08-01)
14:30
Report
Azərbaycan Azərbaycan 0–0 Fransa Fransa

1 avqust 2024 (2024-08-01)
20:30
Report
Almaniya Almaniya 0–0 Azərbaycan Azərbaycan

2 avqust 2024 (2024-08-02)
11:30
Report
Avstraliya Avstraliya 0–0 Azərbaycan Azərbaycan

2 avqust 2024 (2024-08-02)
19:30
Report
Çin Çin 0–0 Azərbaycan Azərbaycan

3 avqust 2024 (2024-08-03)
19:30
Report
Kanada Kanada 0–0 Azərbaycan Azərbaycan

Batut gimnastikası

[redaktə | mənbəni redaktə et]
  • Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında batut gimnastlarının turnirləri 2 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Selcan Mahsudovanın təmsil eləməsi nəzərdə tutulub.[1] Selcan Mahsudova 2023-2024-cü illərdə baş tutan FIG World Cup seriyalı turnirlərin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[16][17] Mahsudova bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı oldu.[16]

Olimpiadalarda debüt edən Selcan Mahsudova 2024-cü ilin martında Niderlandda baş tutan FIG World Cup turnirinin qalibi olub.[18]

2 avqustda yarışacaq.[1]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Yer
1.
2.
Cəmi
Yer
Selcan Mahsudova Qadınlar, fərdi

Bədii gimnastika

[redaktə | mənbəni redaktə et]
  • Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında bədii gimnastların idman növü üzrə turnirlər 8-10 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Zöhrə Ağamirova və Azərbaycan qrupunun təmsil eləməsi nəzərdə tutulub.[1] Zöhrə Ağamirova 2023-cü ilin avqustunda Valensiya şəhərində (İspaniya) baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.[19][20] Zöhrə Ağamirova 2020-ci ildə də olimpiada da çıxış edib.[9] 2024-cü ilin mayında isə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının nəticələrinə əsasən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilə Əliyeva, Ləman Əlimuradova, Yelizaveta LuzanZeynəb Hümmətovadan ibarət Azərbaycan qrupu lisenziyaya sahib oldu.[21][22] 2020-ci il olimpiadasında da Azərbaycan gimnastları qrup turnirlərində mübarizə aparıb.[9]

Zöhrə Ağamirova 2023-cü ildə bədii gimnastların Avropa Çempionatında bürünc medala sahib olmaqla bu idman növü üzrə Avropa Çempionatlarında medala sahib olan birinci azərbaycanlı gimnast oldu.[23] Darya Sorokina, Güllü Ağalarzadə, Kamilə Əliyeva, Ləman Əlimuradova, Yelizaveta LuzanZeynəb Hümmətovadan ibarət Azərbaycan qrupu isə 2022-ci ildə Bolqarıstanın Sofiya şəhərində Dünya Çempionatının bürünc medalına sahib oldu[24], bir il sonra isə Avropa Çempionatının qalibi oldu.[23]

Zöhrə Ağamirova 8 avqustda, qrup isə 9 avqustda yarışacaq.[1]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final mərhələsi
Cəmi
Yer
HL
TP
GR
LN
Cəmi
Yer
HL
TP
GR
LN
Zöhrə Ağamirova Fərdi
İdmançı
Yarış
Təsnifat mərhələsi
Final mərhələsi
Cəmi
Yer
HL
LN + TP
Cəmi
Yer
HL
LN + TP
Darya Sorokina
Güllü Ağalarzadə
Ləman Əlimuradova
Yelizaveta Luzan
Zeynəb Hümmətova
Qrup
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 27 iyul-10 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Nicat Hüseynov, Malik Həsənov, Murad Allahverdiyev, Loren AlfonsoMəhəmməd Abdullayevin təmsil eləməsi nəzərdə tutulub. Abdullayev və Alfonso bundan əvvəl 2020-ci ildə olimpiada da çıxış edib.[9] Murad AllahverdiyevMəhəmməd Abdullayev 2023-cü ilin iyununda Polşada baş tutan Avropa Oyunlarınnın nəticələrinə əsasən lisenziyaya sahib oldu.[25][26][27][28] Nicat Hüseynov 2024-cü ilin martında İtaliyada baş tutan 1-ci Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[29][30] Malik Həsənov[31][32]Loren Alfonso[33][34] isə 2024-cü ilin may-iyununda Tailandda baş tutan 2-ci Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.

İdmançı
Yarış
1/16 final
1/8 final
1/4 final
1/2 final
Final
Yer
Kişilər
Nicat Hüseynov -51 Kq.
N/A
Malik Həsənov -63.5 Kq.
Murad Allahverdiyev -80 Kq.
Loren Alfonso -92 Kq.
N/A
Məhəmməd Abdullayev +92 Kq.
N/A
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 27 iyul-2 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə 9 cüdoçunun təmsil eləməsi nəzərdə tutulub. 28 may 2024-cü ildə Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən açıqlanan reytinq cədvəlinə əsasən Azərbaycanın doqquz cüdoçusu — Balabəy Ağayev (6-cı), Yaşar Nəcəfov (9-cu), Hidayət Heydərov (1-ci), Zəlim Tçkayev (6-cı), Murad Fətiyev (11-ci), Zəlim Kotsoyev (1-ci), Uşanqi Kokauri (14-cü), Leyla Əliyeva (16-cı) və Gültac Məmmədəliyeva (23-cü) olimpiya lisenziyasına sahib oldu.

Bununla belə Paris Olimpiadasında mübarizə aparacaq cüdo üzrə Azərbaycan yığmasının heyəti Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən açıqlanacaqdır.

İdmançı
Yarış
1/16 final
1/8 final
1/4 final
1/2 final
Təsəlliverici görüş
Final / BM
Yer
Kişilər
Balabəy Ağayev -60 Kq.
Yaşar Nəcəfov -66 Kq.
Hidayət Heydərov -73 Kq.
Zəlim Tçkayev -81 Kq.
Elcan Hacıyev -90 Kq.
Zəlim Kotsoyev -100 Kq.
Uşanqi Kokauri +100 Kq.
Qadınlar
Leyla Əliyeva -48 Kq.
Gültac Məmmədəliyeva -52 Kq.
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Paris Olimpiadasında güləş idman növü üzrə turnirlər 5-11 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə 12 güləşçinin təmsil eləməsi nəzərdə tutulub.[1] Məhəmmədxan Məhəmmədov[35][36], Sənan Süleymanov[37][38]Həsrət Cəfərov[39][40] 2023-cü ilin sentyabrında Serbiyada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu. Əliabbas Rzazadə[41][42], Hacı Əliyev[43][44], Turan Bayramov[45][46], Osman Nurməhəmmədov[47][48]Giorgi Meşvildişvili[49][50] 2024-cü ilin aprelində Azərbaycanda baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən, Murad Məmmədov[51][52], Rafiq Hüseynov[53][54], Sabah Şəriəti[55][56]Mariya Stadnik[57][58] isə 2024-cü ilin mayında İstanbul şəhərində baş tutan Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyalara sahib oldu. Bununla da sərbəst güləş üzrə Azərbaycan yığması Paris Olimpiadasında tam heyətlə təmsil olunacaq.

Yunan-roma güləşi

[redaktə | mənbəni redaktə et]

Yunan-roma güləşi üzrə Azərbaycan yığması olimpiada da beş güləşçi ilə təmsil olunacaq. Komandanın heyətinə son Olimpiya Oyunlarının bürünc medalçısı, Dünya və Avropa Çempionatlarının qalibi Rafiq Hüseynov, son 2 Avropa Çempionatının qalibi Həsrət Cəfərov, son Avropa Çempionatının qalibi Murad Məmmədov, 2020-ci il Avropa Çempionatının qalibi Sənan Süleymanov2016-cı il Rio-de-Janeyro Olimpiadasının bürünc medalçısı Sabah Şəriəti daxil edildi. Hüseynov bundan əvvəl 2020-ci ildə, Şəriəti isə 2016-cı ildə olimpiada da mübarizə aparmışdı. Digər üç güləşçi isə olimpiadaların debütantı idi.

Murad Məmmədov 5 avqustda yarışacaq.[1]

Sabah Şəriəti 5 avqustda yarışacaq.[1]

Sənan Süleymanov 6 avqustda yarışacaq.[1]

Həsrət Cəfərov 7 avqustda yarışacaq.[1]

Rafiq Hüseynov 7 avqustda yarışacaq.[1]

Qadın güləşi

[redaktə | mənbəni redaktə et]

Mariya Stadnik 6 avqustda yarışacaq.[1]

Sərbəst güləş

[redaktə | mənbəni redaktə et]

Sərbəst güləş üzrə Azərbaycna yığması olimpiada da tam heyətlə - altı güləşçi ilə təmsil olunacaq. Komandanın heyətinə Olimpiya Oyunlarının gümüş və bürünc medalçısı, üç qat Dünya və dörd qat Avropa çempionu Hacı Əliyev, son Dünya və Avropa Çempionatlarının finalçıları Osman NurməhəmmədovMəhəmmədxan Məhəmmədov, 2023-cü il Avropa Çempionatının qalibi Əliabbas Rzazadə, son Avropa Çempionatının bürünc medalçıları Turan BayramovGiorgi Meşvildişvili daxil edildi.

Əliabbas Rzazadə 8 avqustda yarışacaq.[1]

Osman Nurməhəmmədov 8 avqustda yarışacaq.[1]

Turan Bayramov 9 avqustda yarışacaq.[1]

Giorgi Meşvildişvili 9 avqustda yarışacaq.[1]

Hacı Əliyev 10 avqustda yarışacaq.[1]

Məhəmmədxan Məhəmmədov 10 avqustda yarışacaq.[1]

İdmançı
Yarış
1/8 final
1/4 final
1/2 final
Təsəlliverici görüş
Final / BM
Yer
Yunan-roma güləş
Murad Məmmədov -60 Kq.
Həsrət Cəfərov -67 Kq.
Sənan Süleymanov -77 Kq.
Rafiq Hüseynov -87 Kq.
Sabah Şəriəti -130 Kq.
Sərbəst güləş
Əliabbas Rzazadə -57 Kq.
Hacı Əliyev -65 Kq.
Turan Bayramov -74 Kq.
Osman Nurməhəmmədov -86 Kq.
Məhəmmədxan Məhəmmədov -97 Kq.
Giorgi Meşvildişvili -125 Kq.
Qadın güləşi
Mariya Stadnik -50 Kq.

Kamandan oxatma

[redaktə | mənbəni redaktə et]
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Paris Olimpiadasında oxatma idman növü üzrə turnirlər 25 iyul-4 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Yaylagül Ramazanovanın təmsil eləməsi nəzərdə tutulub.[1] Yaylagül Ramazanova 2024-cü ilin iyununda Antalya şəhərində Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[59][60] Ramazanova bu idman növü üzrə olimpiada da mübarizə aparan birinci azərbaycanlı idmançı oldu. Bundan əvvəl 2016-cı ilin olimpiadasında Azərbaycanı legioner Olqa Senyuk təmsil etmişdi.[4]

25 iyulda yarışacaq.[1]

İdmançı
Yarış
Təsnifat
1/32 final
1/16 final
1/8 final
1/4 final
1/2 final
Final
Yer
Xal
Yer
Yaylagül Ramazanova Qadınlar, fərdi

Qılıncoynatma

[redaktə | mənbəni redaktə et]
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Paris Olimpiadasında qılıncoynatma idman növü üzrə turnirlər 27 iyul-4 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Anna Baştanın təmsil eləməsi nəzərdə tutulub.[1] Anna Başta 2024-cü ilin aprelində Avropa Olimpiya Təsnifat Turnirində çıxış edən zaman zədələndi və mübarizəsini başa vurmalı oldu.[61] Bununla belə mayda Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Azərbaycan Qılıncoynatma Federasiyasına idmanın sablya növü üzrə qadınların şəxsi yarışında universal olimpiya lisenziya göndərdi.[62] Lisenziya olimpiadaya vəsiqə qazanmayan qadın sablyaçılar arasında ən yuxarı reytinqə sahib olan Anna Baştaya verildi.[63] Başta bundan əvvəl 2020-ci ildə də olimpiada da çıxış edib.[9]

Anna Başta 2022-ci ildə Avropa Çempionatının qalibi, Dünya Çempionatının isə gümüş medalçısı olub.[64]

29 iyulda yarışacaq.[1]

İdmançı
Yarış
1/16 final
1/8 final
1/4 final
1/2 final
Final / BM
Yer
Anna Başta Qadınlar, sablya
Misir Hafez
-:-
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu

Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 7-10 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Həşim Məhəmmədovun təmsil eləməsi nəzərdə tutulub. Həşim Məhəmmədov 2023-cü ildə Çində baş tutan Grand Slam turnirində nəticələrinə əsasən lisenziyaya sahib oldu.[65][66]

İdmançı
Yarış
1/8 final
1/4 final
1/2 final
Təsəlliverici görüş
Final / BM
Yer
Həşim Məhəmmədov -58 Kq.
  • DNF — bitirmədi

Paris Olimpiadasında triatlon idman növü üzrə turnirlər 30-31 iyulda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Rostislav Pevtsovun təmsil eləməsi nəzərdə tutulub.[1] Rostislav Pevtsov 2024-cü ilin mayında Dünya Triatlonu tərəfindən açıqlanan reytinq cədvəlində 52-ci pillədə qərarlaşaraq olimpiya lisenziyasına sahib oldu.[67][68] Pevtsov bundan əvvəl 20162020-ci illərdə də olimpiadalarda çıxış edib.[4][9]

30 iyulda yarışacaq.[1]

İdmançı
Yarış
Final
Yer
Rostislav Pevtsov Kişilər
  • Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında üzgüçülərin idman növü üzrə turnirlər 27 iyul-4 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Ramil VəlizadəMəryəm Şeyxəlizadəxangahın təmsil eləməsi nəzərdə tutulub.[1] Vəlizadə və Şeyxəlizadəxangah 2024-cü ilin iyununda Belqrad şəhərində (Serbiya) baş tutan Avropa Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.[69][70][71][72]

Məryəm Şeyxəlizadəxangah bundan əvvəl 2020-ci ildə də olimpiada da çıxış edib.[9] 20 yaşlı Ramil Vəlizadə üçün isə bu olimpiada debüt oldu. Vəlizadə 2022-ci ildə Konyada islamiadanın qalibi olmuşdu, Şeyxəlizadəxangah isə həmin turniri bir gümüş və bir bürünc medalla başa vurmuşdu.

Ramil Vəlizadə 30 iyulda yarışacaq.[1]

Məryəm Şeyxəlizadəxangah isə 3 avqustda yarışacaq.[1]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Yer
Nəticə
Yer
Kişilər
Ramil Vəlizadə 200 m., batterflay
Qadınlar
Məryəm Şeyxəlizadəxangah 100 m., batterflay

Yüngül atletika

[redaktə | mənbəni redaktə et]
  • Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında yüngül atletlərin idman növü üzrə turnirlər 1-11 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Anna Skidanın təmsil eləməsi nəzərdə tutulub.[1] Anna Skidan 2023-cü ilin avqustunda Budapeşt şəhərində (Macarıstan) baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.[73][74] Anna Skidan bundan əvvəl 2012, 20162020-ci illərdə də olimpiadalarda çıxış edib.[75]

Azərbaycan yüngül atletləri tarixdə birinci dəfə olimpiadalarda cəmi bir idmançı ilə təmsil olunurdu. Buna qədər Azərbaycan yüngül atletləri olimpiadalarda minimum 2 idmançı ilə təmsil olunurdu (20082020-ci illərdə).[76][9]

Anna Skidan 2016-cı ildə Niderlandın Amsterdam şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib olub.[77] 2023-cü ildə Macarıstanın Budapeşt şəhərində Dünya Çempionatında isə mübarizəsini medalın bir addımlığında başa vuraraq dördüncü pillədə qərarlaşıb.[78]

4 avqustda yarışacaq.[1]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Yer
Nəticə
Yer
Anna Skidan Çəkic atma
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 Gənclər və İdman Nazirliyi. "PARİS - 2024, XXXIII YAY OLİMPİYA OYUNLARINDA AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMANDASININ PROQRAMI (26.07.2024 - 11.08.2024)". www.mys.gov.az (az.). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.
  2. Azerisport.com idman portalı. "Диана Дымченко завоевала олимпийскую лицензию". www.azerisport.com (rus.)). 28.04.2024. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2024.
  3. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan millisinin üzvü "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.azertag.az (az.)). 28.04.2024. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2024.
  4. 1 2 3 4 Olympedia.org. "Azerbaijan at the 2016 Summer Olympics". www.olympedia.org (ingilis). 2022-08-30. 2024-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  5. Olympedia.org. "Azerbaijan at the 2012 Summer Olympics". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  6. Сабухи Муса / Новостной сайт Oxu.az. "Украинская чемпионка мира стала гражданкой Азербайджана - ЭКСКЛЮЗИВ + ФОТО/ВИДЕО". www.oxu.az (rus.)). 28.04.2024. 2024-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2024.
  7. Azerisport.com idman portalı. "Азербайджанский стрелок завоевал лицензию на Олимпиаду-2024". www.azerisport.com (rus.)). 11.04.2024. 2024-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.04.2024.
  8. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan atıcısı Ruslan Lunyov "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.azertag.az (az.)). 11.04.2024. 2024-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.04.2024.
  9. 1 2 3 4 5 6 7 8 9 Olympedia.org. "Azerbaijan at the 2020 Summer Olympics". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  10. Azerisport.com idman portalı. "Руслан Лунев добыл серебро Чемпионата Мира". www.azerisport.com (rus.)). 28.04.2024. 2024-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2024.
  11. First News Media. "Азербайджанский спортсмен завоевал лицензию на летние Олимпийские игры-2024". www.1news.az (rus.)). 28.04.2024. 2024-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2024.
  12. 1 2 Azerisport.com idman portalı. "Бадминтонисты Азербайджана завоевали лицензии на Олимпиаду-2024". www.azerisport.com (rus.)). 30.04.2024. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.04.2024.
  13. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan birinci dəfə Olimpiadada 2 badmintonçu ilə təmsil olunacaq". www.azertag.az (az.)). 30.04.2024. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.04.2024.
  14. Report İnformasiya Agentliyi. "Определились соперники азербайджанских бадминтонистов на летних ОИ Париж-2024". www.report.az (rus.)). 30.04.2024. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.04.2024.
  15. Media.az. "Определились соперники азербайджанских бадминтонистов на летних ОИ Париж-2024". www.media.az (rus.)). 30.04.2024. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.04.2024.
  16. 1 2 Azerisport.com idman portalı. "Сельджан Махсудова завоевала олимпийскую лицензию". www.azerisport.com (rus.)). 25.04.2024. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  17. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Selcan Mahsudova Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.azertag.az (az.)). 25.04.2024. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  18. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Азербайджанские гимнасты завоевали золотые и серебряные медали в Нидерландах". www.azertag.az (rus.)). 25.04.2024. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  19. Azerisport.com idman portalı. "Зохра Агамирова завоевала олимпийскую лицензию, став 12-й на Чемпионате Мира, а Илона Зейналова финишировала 51-й". www.azerisport.com (rus.)). 24.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  20. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycanın bədii gimnastı Paris Olimpiadasına lisenziya qazanıb". www.azertag.az (az.)). 24.08.2024. İstifadə tarixi: 24.08.2024.
  21. Azerisport.com idman portalı. "Команда Азербайджана завоевала олимпийскую лицензию". www.azerisport.com (rus.)). 24.08.2024. 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  22. Təbriz Quliyev / Report İnformasiya Agentliyi. "Azərbaycanın bədii gimnastları olimpiadaya lisenziya qazanıblar". www.report.az (az.)). 24.08.2024. 2024-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  23. 1 2 Haqqin.az. "Исторический для Азербайджана Евро-2023: группа впервые завоевала золото, Зохра Агамирова взяла первую в карьере медаль ОБНОВЛЕНО 18:10". www.haqqin.az (rus.)). 24.08.2024. 2024-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  24. Haqqin.az. "Команда Азербайджана завоевала медаль на чемпионате мира по художественной гимнастике ВПЕРВЫЕ В ИСТОРИИ!". www.haqqin.az (rus.)). 24.08.2024. 2024-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  25. Azerisport.com idman portalı. "Мурад Аллахвердиев завоевал лицензию на Олимпиаду, Магомед Абдуллаев вышел в полуфинал". www.azerisport.com (rus.)). 28.06.2024. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
  26. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan idmançısı Murad Allahverdiyev "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.azertag.az (az.)). 28.06.2024. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
  27. Azerisport.com idman portalı. "Магомед Абдуллаев завоевал олимпийскую лицензию, выйдя в финал Евроигр". www.azerisport.com (rus.)). 30.06.2024. 2024-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.06.2024.
  28. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Məhəmməd Abdullayev "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.azertag.az (az.)). 30.06.2024. 2024-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.06.2024.
  29. Azerisport.com idman portalı. "Ниджат Гусейнов завоевал олимпийскую лицензию". www.azerisport.com (rus.)). 25.04.2024. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  30. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Nicat Hüseynov "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.azertag.az (az.)). 25.04.2024. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  31. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycanın daha bir idmançısı Paris Olimpiadasına lisenziya qazanıb". www.azertag.az (az.)). 28.06.2024. 2024-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
  32. İdman.Biz. "Малик Гасанов едет в Париж!". www.idman.biz (rus.)). 28.06.2024. 2024-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
  33. İdman.Biz. "Alfonso Dominqes də Paris-2024-də!". www.idman.biz (az.)). 28.06.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
  34. İdman.Biz. "Альфонсо Домингес завоевал лицензию на Париж-2024!". www.idman.biz (rus.)). 28.06.2024. 2024-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
  35. Azerisport.com idman portalı. "Магомедхан Магомедов завоевал олимпийскую лицензию, Туран Байрамов и Гаджи Алиев обидно проиграли". www.azerisport.com (rus.)). 25.04.2024. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  36. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Güləşçimiz Paris Olimpiadasına lisenziya qazanıb". www.azertag.az (az.)). 25.04.2024. 2024-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  37. Azerisport.com idman portalı. "Санан Сулейманов, одолев Малхаза Амояна, заработал олимпийскую лицензию, Эльданиз Азизли и Рафик Гусейнов в финале Чемпионата Мира". www.azerisport.com (rus.)). 25.04.2024. 2024-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  38. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Sənan Süleymanov olimpiadaya lisenziya qazanıb". www.azertag.az (az.)). 25.04.2024. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  39. Azerisport.com idman portalı. "Хасрат Джафаров, победив Славика Галстяна, завоевал олимпийскую лицензию и вышел в финал Чемпионат Мира". www.azerisport.com (rus.)). 25.04.2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  40. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Dünya çempionatı: Həsrət Cəfərov olimpiadaya lisenziya qazanıb". www.azertag.az (az.)). 25.04.2024. 2024-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  41. İdman.Biz. "Əliabbas Rzazadə Paris-2024-ə lisenziya qazanıb - FOTO". www.idman.biz (az.)). 25.04.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  42. Trend İnformasiya Agentliyi. "Азербайджанский борец завоевал лицензию на Париж-2024". www.trend.az (rus.)). 25.04.2024. 2024-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  43. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Hacı Əliyev Olimpiadaya lisenziya əldə edib". www.azertag.az (az.)). 25.04.2024. İstifadə tarixi: 25.04.2024.
  44. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Гаджи Алиев стал обладателем лицензии на Олимпиаду". www.azertag.az (rus.)). 25.04.2024. 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  45. Olimpnews.az. "Turan Bayramov Paris Olimpiadasına lisenziya qazandı". www.olimpnews.az (az.)). 25.04.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  46. İdman.Biz. "Туран Байрамов завоевал лицензию на Олимпиаду - ВИДЕО". www.idman.biz (rus.)). 25.04.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  47. Minval.az. "Борец Осман Нурмагомедов пробился на Олимпиаду (фото, видео)". www.minval.az (rus.)). 25.04.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  48. İdman.Biz. "Osman Nurmaqomedov da Paris-2024-ə lisenziya qazanıb - FOTO - VİDEO". www.idman.biz (az.)). 25.04.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  49. First News Media. "Азербайджанские борцы завоевали пять лицензий в Париж-2024 на турнире в Баку - ФОТО - ОБНОВЛЕНО". www.1news.az (rus.)). 25.04.2024. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  50. Apasport.az. "Giorgi Meşvildişvili 5-ci lisenziyaya sahib çıxdı". www.apasport.az (az.)). 25.04.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  51. Apasport.az. "Murad Məmmədov Paris-2024-ə lisenziya qazanıb". www.apasport.az (az.)). 25.04.2024. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  52. İdman.Biz. "Мурад Мамедов завоевал лицензию на Париж-2024". www.idman.biz (rus.)). 25.04.2024. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  53. Apasport.az. "Rafiq Hüseynov Paris-2024-ə vəsiqə qazanıb". www.apasport.az (az.)). 25.04.2024. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  54. İdman.Biz. "Рафик Гусейнов завоевал лицензию в Париж-2024". www.idman.biz (rus.)). 25.04.2024. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  55. Apasport.az. "Sabah Şəriəti də Parisə yollanır". www.apasport.az (az.)). 25.04.2024. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  56. İdman.Biz. "3-я ЛИЦЕНЗИЯ азербайджанских борцов в Стамбуле". www.idman.biz (rus.)). 25.04.2024. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  57. Report İnformasiya Agentliyi. "Mariya Stadniк Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.report.az (az.)). 25.04.2024. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  58. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Мария Стадник завоевала лицензию на летние Олимпийские игры «Париж-2024»". www.azertag.az (rus.)). 25.04.2024. İstifadə tarixi: 25.04.2024.
  59. Report İnformasiya Agentliyi. "Azərbaycanın daha bir idmançısı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.report.az (az.)). 24.08.2024. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  60. Azerisport.com idman portalı. "Рамазанова завоевала лицензию на Олимпиаду". www.azerisport.com (rus.)). 24.08.2024. 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  61. Azerisport.com idman portalı. "Анна Башта получила травму и осталась без лицензии". www.azerisport.com (rus.)). 24.08.2024. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  62. Qafqazinfo. "Anna Başta Olimpiya Oyunlarına lisenziya qazandı". www.qafqazinfo.az (az.)). 24.08.2024. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  63. First News Media. "Анна Башта едет на Олимпиаду". www.1news.az (rus.)). 24.08.2024. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  64. International Fencing Federation. "ANNA BASHTA". www.fie.org (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  65. Azerisport.com idman portalı. "Азербайджанский таэквондист снова победил чемпиона мира и завоевал олимпийскую лицензию". www.azerisport.com (rus.)). 25.04.2024. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  66. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Qaşım Maqomedov "Paris-2024"ə lisenziya qazanıb". www.azertag.az (az.)). 25.04.2024. 2023-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  67. Azəri-Press Agentliyi. "Azərbaycanın daha bir idmançısı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.apa.az (az.)). 24.08.2024. 2024-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  68. Report İnformasiya Agentliyi. "Азербайджанский триатлонист завоевал лицензию на летние Олимпийские игры". www.report.az (rus.)). 24.08.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  69. Report İnformasiya Agentliyi. "Azərbaycanın daha 2 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib". www.report.az (az.)). 24.08.2024. İstifadə tarixi: 24.08.2024.
  70. Report İnformasiya Agentliyi. "Азербайджанские спортсмены получили очередные лицензии на летние Олимпийские игры - 2024". www.report.az (rus.)). 24.08.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  71. Azərbaycan Milli Olimpiya Komitəsi. "Azərbaycan idmançıları Paris-2024-ə daha 2 lisenziya qazandılar". www.olympic.az (az.)). 24.08.2024. İstifadə tarixi: 24.08.2024.
  72. Haqqin.az. "Азербайджан получил еще две олимпийские лицензии в Париж - ИХ СТАЛО 48". www.haqqin.az (rus.)). 24.08.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  73. Azerisport.com idman portalı. "Легкоатлетка Азербайджана завоевала лицензию в Париж-2024". www.azerisport.com (rus.)). 24.08.2024. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  74. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Atletimiz "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.azertag.az (az.)). 24.08.2024. İstifadə tarixi: 24.08.2024.
  75. Olympedia.org. "Anna SKİDAN". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  76. Olympedia.org. "Azerbaijan at the 2008 Summer Olympics". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  77. Azerisport.com idman portalı. "Легкоатлетка сборной Азербайджана стала третьей на чемпионате Европы". www.azerisport.com (rus.)). 08.08.2022. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.08.2022.
  78. Azerisport.com idman portalı. "Скидан стала 4-й на ЧМ". www.azerisport.com (rus.)). 08.08.2022. 2023-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.08.2022.