Çövkən
Bu məqalə Çövkən haqqındadır. Digər mənalar üçün Çovqan (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Çövkən | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mənşə ölkəsi | |
İcraçı qurum | Azərbaycan Respublikası Atçılıq Federasiyası |
Xüsusiyyətləri | |
Tipi | Fərdi |
Cinsiyyətə görə | Kişi, qadın |
Vikianbarda əlaqəli mediafayllar |
Chovqan, a traditional Karabakh horse-riding game in the Republic of Azerbaijan | |
---|---|
UNESCO-nun Qeyri-maddi Mədəni İrsi | |
Ölkə | Azərbaycan |
İstinad | 905 |
Region | Avropa və Şimali Amerika |
Daxil edilməsi | 2013 (8-ci sessiya) |
Chogān, a horse-riding game accompanied by music and storytelling | |
---|---|
UNESCO-nun Qeyri-maddi Mədəni İrsi | |
Ölkə | İran |
İstinad | 1282 |
Region | Asiya |
Daxil edilməsi | 2017 (12-ci sessiya) |
Çövkən, bəzən çovqan[3] — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir.[4]
"Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.[5][6]
Etimologiya
[redaktə | vikimətni redaktə et]"Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.[7] Rəssam Elçin Muxtar Elxan "El-oba oyunu, xalq tamaşası" kitabında yazır:
Çövkən IX-XVII yüzilliklərdə Azərbaycanda geniş yayılmış, əsasən at üstündə, qismən atsız oynanılan qədim oyun və bu zaman istifadə olunan ucu əyri uzun dəyənəyin adıdır. Musiqinin müşayiəti ilə keçirilən bu oyunda atları rəng etibarı ilə bir-birindən fərqli olan hər dəstədə 6-8, bəzən isə daha çox atlı iştirak edirdi. Oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq idi. Əhalinin müxtəlif təbəqələri arasında geniş şöhrət tapmış, bəzən isə kişilərlə yanaşı, qadınların iştirakı ilə keçirilən bu oyunun əski qaynaqlarda "kuyiçövkən", "çomaq oyunu" və "çövkənbazi" adları ilə qeyd edilən başqa variantları da olmuşdur.[8] |
Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir. O, "çövkən" sözünün və oyununun türk mənşəli olması türklər yaşayan arealda böyük izlər buraxaraq digər xalqlar tərəfindən mənimsənilib və geniş yayıldığını qeyd edib.[9]
Tarixi
[redaktə | vikimətni redaktə et]Komanda oyun növü olan çövkən yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olmuşdur.[11] Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çövkən yarışlarının keçirildiyi göstərir.[11] Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir.[11] Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.[11][12]
Akademik Teymur Bünyadova görə, çövkən oyununun mahiyyəti gəncləri qəhrəmanlıq ruhunda tərbiyə etməkdir.[7] Folklorşünas Məhəmməd Məmmədovun fikrincə, orta əsrlərdə vaxtaşırı müharibələr güclü və məharətli döyüşçülərin hazırlanmasını tələb edirdi ki, onda da çövkən oyunu mühüm rol oynayıb.[13]
1842-ci ildə Britaniyalı səyyah M. Braun çövkən haqqında öz fikirlərini belə izah edirdi:
Bu, atlarla əsl hokkey oyununa bənzəyir. Çox gözəl oyun növüdür və düşünürəm ki, qərblilər üçün də faydalı olardı.[4] |
Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşa şəhərindəki Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən yarışları keçirilib.[7]
1950-ci illərdə başda çövkən olmaqla bir sıra Azərbaycan milli atüstü oyunları bərpa edildi. Bu sahənin tədqiqatçısı Fikrət Hüseynov tarixi sənədlər və folklor materialları əsasında oyun qaydalarını hazırlayaraq kitabça şəklində çap etdirdi.[8] 1960-cı ilin may ayında ilk dəfə olaraq Azərbaycanın qərb bölgəsinin bir neçə kənd komandası arasında çövkən yarışı keçirildi.[14] Bir ildən sonra çövkən yığma komandası Bakı cıdır meydanında respublika komandasına 2:1 hesabı ilə qalib gəldi. Çövkən Moskvada keçiriləcək yarışlarda iştirak etmək hüququ qazandı.[14]
2006-cı ildən Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialında çövkən üzrə "Prezident Kuboku" keçirilir.[15] Həmin ildə çövkənlə məşğul olan və yarışlarda iştirak edən cəmi 3 Azərbaycan rayonu vardısa, 2014-cü il müddətində onların sayı 20-ə çatmışdı.[4][16] 2016-cı ildə Prezident Kuboku uğrunda Azərbaycandan 22 şəhər və rayonundan 24 komanda iştirak etmişdir.[17]
"Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.[5]
Oyunun qaydaları
[redaktə | vikimətni redaktə et]Azərbaycanın Qarabağ bölgəsində formalaşmış Qarabağ atları çövkən oyunu üçün ən ideal atlar hesab edilir.[7][18][19]
Meydança
[redaktə | vikimətni redaktə et]Oyunlar uzunluğu 90–250, eni 60–120 metrədək olan meydançada keçirilir.[16] Bu oyun üçün futbol meydançasından istifadə etmək olar.[16]
Top
[redaktə | vikimətni redaktə et]Bu oyunda istifadə edilən top girdə və 38–41 sm arasında olur.[4]
Əsas qaydalar və ümumi anlayış
[redaktə | vikimətni redaktə et]Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunurdu. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. 10 dəqiqə fasilə olur.[4]
Xalların hesablanma sistemi
[redaktə | vikimətni redaktə et]Qapı çərçivəsindən cərimə meydançasına daxil olub topu qapıya vurmaq hesaba alınmır.[4]
Hakimlər
[redaktə | vikimətni redaktə et]Çövkən oyunlarının hakimi isə, adətən, meydanı at üstündə müşayiət edir. Ona yan xətlərdə duran iki hakim də köməklik göstərir.[4]
Oyunçular
[redaktə | vikimətni redaktə et]Seçilmək üçün bir dəstənin üzvləri mütləq o biri dəstəninkindən fərqli geyimdə oyuna qatılırlar. Çövkənin özəlliyi ondan ibarətdir ki, yaş həddi tələb olunmur. Fiziki cəhətdən sağlam olan şəxs hər vaxt çövkənlə məşğul ola bilər. Oyunçunun xüsusi geyim formasına papaq, çuxa, at minmək üçün gen şalvar, yüngülboğazlı çəkmə daxildir. Oyunçular eyni formadan, eyni uzunluqda olan çomaqdan istifadə edirlər. Oyunçu geyim qaydalarına əməl etməyəndə, kobudluq edəndə meydandan birdəfəlik və ya 2 dəqiqəlik qovula bilər.[4]
Mədəniyyətdə
[redaktə | vikimətni redaktə et]Ədəbiyyatda
[redaktə | vikimətni redaktə et]Azərbaycan ədəbiyyatında çövkənin izlərinə çox rast gəlinir.[8] "Kitabi-Dədə Qorqud" boylarında, I Şah Təhmasibin "Kuh və çövkən" və Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində çövkəndən bəhs edilir.[4][8][12] Klassik Azərbaycan şairləri olan Qətran Təbrizi, Xaqani Şirvani, Zülfüqar Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və digərlərinin şeirlərində çövkənlə bağlı müəyyən ifadələrə rast gəlinir.[13] "Kitabi-Dədə Qorqud" dastanının "Salur Qazanın evinin yağmalanması" boyunda yazılır:
Qılıncını nə öyərsən, mərə kafir, əyri başlı çövkənimcə gəlməz mənə.[13] |
Ədəbi nümunələrdən də məlum olur ki, Azərbaycanda çövkən oyununda təkcə kişilər deyil, qadınlar da iştirak edib. Nizaminin "Xosrov və Şirin" poemasında Şirin çövkən meydanında Sasani hökmdarı II Xosrovdan geri qalmır. Şirin ilə bərabər qızların da bu oyunda iştirakı təsvir edilir.[8] Yazıçı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanında xüsusi bir fəsil çövkən oyununa həsr olunub. O bölümdə göstərilir ki, Ərəb Xilafəti dövründə bu oyun ən təntənəli bayramlar, xüsusi günlər zamanı keçirilirdi və bu oyunun ən yaxşı ustaları kimi azərbaycanlılar ora aparılırdı.[6]
Kinoda
[redaktə | vikimətni redaktə et]Azərbaycan kinematoqrafında çövkənə həsr olunan filmlərdən "Çovqan oyunu", "Çövkən" və "Uç, mənim atım"-ı qeyd etmək olar.
Təsviri incəsənətdə
[redaktə | vikimətni redaktə et]Çövkən orta əsrlərə aid miniatürlərdə də təsvir edilib.[8]
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Çövkən oyununu təsvir edən miniatür
-
Əbülqasım Firdovsinin Şahnamə əsərinin 15-ci əsrə aid manuskripti. Leyden Universitetinin kitabxanası, Hollandiya
-
Özbəkistan poçt markası
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 List of Intangible Cultural Heritage in Need of Urgent Safeguarding, Liste du patrimoine immatériel nécessitant une sauvegarde urgente, Lista del Patrimonio Cultural Inmaterial que requiere medidas urgentes de salvaguardia (ing.).
- ↑ 1 2 Representative List of the Intangible Cultural Heritage of Humanity, Liste représentative du patrimoine culturel immatériel de l’humanité, Lista Representativa del Patrimonio Cultural Inmaterial de la Humanidad (ing.).
- ↑ Azərbaycan Sovet Ensiklopediyası. 10-cu cild. S. 377.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Çövkən - sağlamlıq və sevgi". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ 1 2 "Chovqan, a traditional Karabakh horse-riding game in the Republic of Azerbaijan". www.unesco.org. UNESCO. Archived from the original on 2017-05-10. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ 1 2 "Qarabağ atları üzərində çövkən oyununun UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması mühüm hadisədir". anl.az. anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ 1 2 3 4 "İgidlik və cəsurluq rəmzi - atüstü milli oyunlarımız". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ 1 2 3 4 5 6 "Çövkən - dünyada tanınan mədəni irsimiz". anl.az. anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ "Çövkən bizim xalqımıza məxsusdur". www.anl.az. Xalq Cəbhəsi. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ Л. С. Бретеницкий, Б. В. Веймарн. Искусство Азербайджана IV–XVIII веков. — М., 1976. с. 88
- ↑ 1 2 3 4 "AZƏRBAYCANIN İDMAN TARİXİ". www.azerbaijan.az. www.azerbaijan.az. 2016-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ 1 2 "Britaniyanın nüfuzlu "The Telegraph" qəzeti Azərbaycanın qədim çövkən oyunundan yazıb". www.xalqqazeti.com. www.xalqqazeti.com. 2015-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- ↑ 1 2 3 "Çövkən - tarixdən bu günə". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ 1 2 "Atçılığa münasibət kökündən dəyişdirilməlidir". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ "Prezident Kuboku uğrunda V çövkən milli oyunu başa çatdı". anl.az. anl.az. Archived from the original on 2022-08-12. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ 1 2 3 "Çövkən - tarixdən bu günə". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ "Çövkən oyunu getdikcə populyarlaşır". www.xezerxeber.com. Xəzər Xəbər. 21 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ Borg, Chris. "National spirit: The Azerbaijani sport that makes horse sense". edition.cnn.com. CNN. Archived from the original on 2021-10-17. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ Abbasov, Shahin. "Azerbaijan and Iran: Wrestling over Polo-like Game". www.eurasianet.org. www.eurasianet.org. Archived from the original on 2017-09-09. İstifadə tarixi: 21 iyun 2016.
- ↑ Singh, Jaisal (2007). Polo in India. London: New Holland. S. 15. ISBN 978-1-84537-913–1.