Jerar de Nerval
Jerar de Nerval | |
---|---|
fr. Gérard de Nerval | |
| |
Doğum adı | Gérard Labrunie |
Təxəllüsü | Gérard Labrunie |
Doğum tarixi | 22 may 1808[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 26 yanvar 1855[1][3][…] (46 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri | |
Milliyyəti | Fransız |
Fəaliyyəti | şair, dramaturq, romançı, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | Fransız dili |
Janr | Romantizm |
Jerar de Nerval Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Jerar de Nerval (fr. Gérard de Nerval; 22 may 1808[1][2][…], Keçmiş VII arondisman[d] – 26 yanvar 1855[1][3][…], Keçmiş VII arondisman[d]) — Romantizm hərəkatının ən güclü nümayəndələrindən biri. Fransız yazar, şair və səyyah.
Həyatı
[redaktə | mənbəni redaktə et]Paris şəhərində dünyaya gələn Nervalın anası o, iki yaşında olarkən Sileziyada vəfat etmişdir. Atası Napoleon Bonapartın ordusunda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Jerar de Nerval əmisi Atuan Buşerin himayəsində Valois bölgəsinin ucqar hissələrindən olan Mortefontuanda qalır. Atasının 1814-cü ildə müharibədən qayıtmasından sonra yenidən Parisə göndərilir. Uşaqlıq illərinin keçiridiyi Valoisə bir neçə dəfə geri dönən Nerval, Valoisin gündəlik həyatından, təbilətindən bəhs edən əsərlər yazır.
Tərcüməcilik sənətinə olan maraq nəticəsində İohann Volfqanq Götenin Faust əsərini 1828-ci ildə tərcümə edir. Uğurlu tərcümə nəticəsində, ədəbi mühütdə qısa zamanda tanınan Nerval Henrix Heynenin şeirlərini 1840-cı ildə fransız dilinə tərcümə edir. Universitetdə təhsil aldığı illərdə Aleksandr Düma və Théophile Gautier ilə dostluq münasibətləri yaradır. Jerar de Nervalın şeirlərində romantik deizm açıq şəkildə hiss olunur. Yaradıcılığının yeni çiçəkləndiyi bu dönəmində Viktor Hüqoda Nervalın fəaliyyətini yaxından izləyir.
Dövrünün tanınmış masonlarından biri olan Nerval, müntəzəm şəkildə narkotik maddələrdən istifadə edirdi. 1841-ci ildən etibarən bir necə dəfə ruhi xəstəxanada müalicə almağa başlamışdır. Nervalın səyyah olması ona bir çox ölkələri gəzməyə şərait yaratmışdır. Gəzdiyi ölkələrin heç birində daimi məskunlaşmayan Nerval 1820-ci illərdə Parisdə, 1830-1840-cı illərdə isə Lüksemburq və Hollandiya da yaşadığı eşqlərini şeirlərində dilə gətirmişdir.
1855-ci ildə, 47 yaşında olarkən Parisdə bir parkda ilk aşiq olduğu qadını ailəsi ilə birlikdə piknik edərkən görür. Bir zamanlar sevdiyi qadının xoşbəxt bir ailəyə sahib olmasını gördükdə yenidən ruh düşgünlüyü yaşamağa başlayır. İntihar etməzdən əvvəl xalasına yazdığı məktubda bu axşam məni gözləmə, çünki gecə qara və ağ olacaq başlıqlı bir şeir yazır və özünü işıq dirəyindən asaraq intihar edir. Nervalın intihar etməsinin əsas səbəbi kimi ilk sevdiyi qadın, ailəsi ilə birlikdə görməsi göstərilir.
Paris şəhərində Per-Laşez qəbiristanlığında dəfn olunan Jerar de Nerval sevgisi naminə intihar edən nadir romantizm şairlərindən hesab olunur. Nervalın əsərləri Umberto Eko tərəfindən İtalyan dilinə tərcümə edilmiş və bu tərcümələr italyan ədəbiyyatının formalaşmasında mühüm rol oynamışdır. Nerval eyni zamanda Sürrealizm avanqard cərəyanını əsas ilham qaynaqlarından biri hesab olunur.
Önəmli əsərləri
[redaktə | mənbəni redaktə et]- 1851 - Voyage en Orient (Şərqə səyahət) (Qahirə və Beyrut şəhərinə etdiyi səfərlər zamanı yazmışdır.)
- 1852 - Les Nuits d'Octobre (oktyabr gecələri)
- 1853 - Sylvie (romantizm epoxasının ən öməmli əsərlərindən biri hesab olunur.)
- 1854 - Les Filles du Feu (Atəşin qızları) (Kiçik hekayələrdən ibarətdir.)
- 1855 - Aurelia (romantizm epoxasının ən öməmli əsərlərindən biri hesab olunur.)
- 1856 - Promenades et Souvenirs (Səfərlər və Xatirələr)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Gerard de Nerval // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Gérard de Nerval // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 22 mayda doğulanlar
- 1808-ci ildə doğulanlar
- Parisdə doğulanlar
- 26 yanvarda vəfat edənlər
- 1855-ci ildə vəfat edənlər
- 46 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar
- Əlifba sırasına görə yazıçı və şairlər
- Fransa şairləri
- Fransa yazıçıları
- Fransa tərcüməçiləri
- Fransız yazıçılar
- Fransız şairlər
- Masonlar
- İntihar edən yazıçılar
- İohann Volfqanq Götenin tərcüməçiləri