Dambulaq
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dambulaq | |
---|---|
39°51′25″ şm. e. 46°19′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Dambulaq — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd.[1][2]
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kəndə Dambulaq kənd orta məktəbi,uşaq bağçası, mədəniyyət evi və mağaza əhaliyə xidmət göstərdi
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Dambulaq kəndi Laçın rayonunun şimal hissəsində rayon mərkəzindən 72 km-lik bir məsafədə yerləşir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir.[3] Dambulaq rayonun Hətəmlər, Daşlı, Şəlvə, Kaha, Qorçu, İmanlar, Budaqdərə kəndləri ilə həmsərhəddir.[4]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2006-cı ilin statistikasına görə kəndin əhalisi 500 nəfər olmuşdur.
Kənd əhalisinin milli tərkibi azərbaycan türkləri olmaqla ümumi sayı 786 nəfər 204 ailədən ibarətdir. (01 yanvar 2011-ci il tarixli məlumata əsasən)
Tanınmış şəxsləri
- Əhliman Əsgərov Əvəz oğlu - Birinci Qarabağ müharibəsi şəhidi.
- Nazir Hətəmov Şiraslan oğlu- Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədri, Rusiya silahlı qüvvələrinin kapitanı.
- Mütalib Hətəmov Şiraslan oğlu - Rusiya silahlı qüvvələrinin polkovniki.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əsas təsərrüfatı heyvandarlıq, əkinçilik, bostançılıq və arıçılıqdan ibarət olmuşdur. Əhalinin istehsal etdiyi əsas məhsullar ət, yağ, pendir, yun, xalça, bal müxtəlif taxıl məhsullarından və tərəvəzlərdən ibarət idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Dambulaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 209. ISBN 978-9952-34-155-3.
- ↑ "Laçın rayonu, Dambulaq kəndi". "Vətən Səsi" onlayn qəzet. 06.09.2023. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ "Dambulaq". https://kataloq.gomap.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |