39°51′25″ şm. e. 46°19′37″ ş. u.HGYO

Dambulaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dambulaq
39°51′25″ şm. e. 46°19′37″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dambulaq xəritədə
Dambulaq
Dambulaq

DambulaqAzərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd.[1][2]

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Kəndə Dambulaq kənd orta məktəbi,uşaq bağçası, mədəniyyət evi və mağaza əhaliyə xidmət göstərdi

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Dambulaq kəndi Laçın rayonunun şimal hissəsində rayon mərkəzindən 72 km-lik bir məsafədə yerləşir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir.[3] Dambulaq rayonun Hətəmlər, Daşlı, Şəlvə, Kaha, Qorçu, İmanlar, Budaqdərə kəndləri ilə həmsərhəddir.[4]

2006-cı ilin statistikasına görə kəndin əhalisi 500 nəfər olmuşdur.

Kənd əhalisinin milli tərkibi azərbaycan türkləri olmaqla ümumi sayı 786 nəfər 204 ailədən ibarətdir. (01 yanvar 2011-ci il tarixli məlumata əsasən)

Tanınmış şəxsləri

  1. Əhliman Əsgərov Əvəz oğlu - Birinci Qarabağ müharibəsi şəhidi.
  2. Nazir Hətəmov Şiraslan oğlu- Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədri, Rusiya silahlı qüvvələrinin kapitanı.
  3. Mütalib Hətəmov Şiraslan oğlu - Rusiya silahlı qüvvələrinin polkovniki.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq, əkinçilik, bostançılıq və arıçılıqdan ibarət olmuşdur. Əhalinin istehsal etdiyi əsas məhsullar ət, yağ, pendir, yun, xalça, bal müxtəlif taxıl məhsullarından və tərəvəzlərdən ibarət idi.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Dambulaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 209. ISBN 978-9952-34-155-3.
  3. "Laçın rayonu, Dambulaq kəndi". "Vətən Səsi" onlayn qəzet. 06.09.2023. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  4. "Dambulaq". https://kataloq.gomap.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.