51°32′51″ şm. e. 14°43′23″ ş. u.HGYO

Muskau sarayı

Vikipediya, azad ensiklopediya
Nigar1972 (müzakirə | töhfələr) (Tarixi) tərəfindən edilmiş 05:51, 5 iyul 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Muskau sarayı
Schloss Muskau
Xəritə
51°32′51″ şm. e. 14°43′23″ ş. u.HGYO
Ölkə
Üslubu İntibah dövrü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muskau sarayı və ya Muskau qalası — Almaniyanın Saksoniya vilayətində qala. Saray 2004-cü ilin iyul ayından UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Muskau Parkı adlı geniş parkda yerləşir.

Muskau su üzərində olan qala növünə aiddir.

Coğrafiyası

Muskau Parkı, Lujiçka çayı üzərində Almaniya-Polşa sərhədinin hər iki tərəfi boyunca uzanan Mərkəzi Avropanın ən böyük və ən məşhur İngilis parklarından biridir.[2]

Tarixi

Muskau bölgəsində keçmiş dövrlərdə iki mühüm ticarət yolu keçirdi. Muskaudakı ən qədim istehkamlar, şübhəsiz ki, bu yolların qorunmasına xidmət edirdi. Bundan əlavə, çay keçidinin yaxınlığında gömrük məntəqəsi var idi.

Qalanın əsası qoyulduğu dövrə aid çox az sənəd qalmışdır. Maskaunun ilk aydın şəkildə sənədləşdirilmiş sahibi Bodo von Euleburg idi. Təxminən 1316-cı ildən 1361-ci ilə qədər qalaya sahib idi.

XV-ci əsrin əvvəllərində qala 2 muxtar hissədən ibarət idi: əsas qala və xarici (forburq). 1447-ci ildə qala Venzel fon Biberşteynin mülkiyyətinə keçdi. Beş il sonra Muskau vilayətinə şəhər statusu verildi. Bu, binanın modernləşdirilməsinə səbəb oldu.

1597-ci ildə İmperator II Rudolf Muskau qəsrini və onun ətrafındakı torpaqları Vilhelm zu Donaya satdı.

Otuzillik müharibə zamanı qala ciddi ziyan gördü. 1643-cü ildə tutuldu və talan edildi. Bərpa 1646-cı ildən sonra başladı və uzun illər davam etdi. Kurt Reinike I von Kallenberg qalanın üç qanadlı Barokko kompleksinə çevrilməsi üçün xeyli vəsait sərf etdi. Eyni dövrdə Muskauda Cəngavərlər Zalı tikildi. Tezliklə qalanın ətrafında parkın yaradılması üzərində iş başladı.

Fon Arnim ailəsi 1945-ci ilə qədər qalaya və ətraf torpaqlara sahib idi. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Saksoniya ADR-in bir hissəsi oldu. Yeni yakimoyyət kompleksi müsadirə etdi. Bu andan etibarən qala Bad Muskau şəhər hakimiyyətinin nəzarətinə keçdi.

İstinadlar