Sezar Sampson

Vikipediya, azad ensiklopediya
Eldarado (müzakirə | töhfələr) (Avroviziya Mahnı Müsabiqəsi: Texniki düzəliş) tərəfindən edilmiş 21:07, 13 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Sezar Sampson
alm. Cesár Sampson
Sezar Sampson 2018-ci ildə
Sezar Sampson 2018-ci ildə
Ümumi məlumatlar
Doğum adı Sezar Sampson
alm. Cesár Sampson
Doğum tarixi (41 yaş)
Doğum yeri Linz, Avstriya
Vətəndaşlığı  Avstriya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, model
Fəaliyyət illəri 2000–h.h.
Janr
Musiqi aləti vokal
Albom şirkəti Symphonix Music
Əlaqələri Symphonix International, Electric Church, Poli Genova, Kristian Kostov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sezar Sampson (alm. Cesár Sampson‎; d. 18 avqust 1983, Linz, Avstriya) — Avstriya müğənnisi, bəstəkarı və modeli. O, "Nobody but You" mahnısı ilə Avstriyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Sezar Sampson 18 avqust 1983-cü ildə Avstriyanın Linz şəhərində anadan olmuşdur. O illərlə sosial işçi olaraq fəaliyyət göstərmişdir. Musiqi sahəsində isə Sezar Symphonix International musiqi birləşməsinin üzvü olaraq çalışır.

Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

Sezar Sampson 20162017-ci illərdə Bolqarıstanın Avroviziya təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir.

5 dekabr 2017-ci il tarixində Avstriyanın ÖRF telekanalı Sezar Sampsonun "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir[1][2]. Mahnının bəstəkarları Boris Milanov və Sebastian eyni zamanda Bolqarıstana Avroviziyada iki il ard-arda yüksək nəticələr qazandırmışdırlar.

Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Sezar 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 13-cü səhnə almışdır. Nəticədə ifaçı 231 xalla yarımfinalda 4-cü yeri tutmuş və ölkəsini Avroviziya finalına yüksəltməyə nail olmuşdur. 26 ölkə təmsilçisinin mübarizə apardığı final mərhələsində mahnısını bir daha ifa edən Sampson finalda münsif səsverməsinə görə birinci yeri tutsa da, SMS səsverməsində 13-cü yerdə qərarlaşmışdır. Ümumi nəticədə isə 342 xal toplayaraq, 3-cü yeri tutmuşdur. Bu Avstriyanın Avroviziyada 2014-cü ildən bəri əldə etdiyi ən yüksək nəticəsi olmuşdur.

  • Nobody but You
  1. "Cesár Sampson to represent Austria in 2018!". eurovision.tv. AYİ. 5 dekabr 2017. 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-08.
  2. "Austria: Cesár Sampson To Eurovision 2018". Eurovoix. 5 dekabr 2017. 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-08.
Əvvəlki:
Neytan Trent
"Running on Air"
Avstriya Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Paenda
"Limits"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]