Alıqulu
Alıqulu | |
---|---|
39°44′48″ şm. e. 46°24′41″ ş. u.HGYO | |
Ölkə | |
Alıqulu — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Laçın rayonunun Pircahan inzibati ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Etnotoponimdir[2].
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, qarışıq mallar mağazası, feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan əlavə Alıqulu kəndinin ətrafında "Yalkənd" adlanan dağın üstündə kiçik həcmli televizor ötürücü stansiyası fəaliyyət göstərirdi. Kəndin idarə və müəsisələri, 50-ə yaxın fərdi yaşayış evi telefonlaşdırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il qərarı ilə Alıqulu kənd mədəniyyət evinə şəhid Sədrəddin Nurəddin oğlu Allahverdiyevin adı verilmişdir.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Alıqulu kəndi rayon mərkəzinin şimal-qərbində yerləşir. Rayon mərkəzindən 36 km məsafədədir. Ərazisi 834 ha-dır (Meşəli ərazilər daxil deyildir). Kənd Pircahan kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Dəniz səviyyəsindən 1500-1600 mr yüksəklikdədir. Laçın-Kəlbəcər, Laçın-Şəlvə-Qorçu magistral yolunun üstündədir. Pircahan, Aşağı Qaraçanlı, Yuxarı Qaraçanlı, Bülövlük yaşayış məntəqələri ilə həmsərhəddir. Kəndin ətrafında "Mirəyal" dağ meşələri, Yalkənd dağı və Şeştaxta adlanan düzənlik, Qızdırma bulağı, Daş bulaq və s. yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Erməni işğalınadək kənd əhalisi əsasən Azərbaycan türklərindən ibarət idi. Lakin assimlyasiya olunmuş kürdlər də yaşayırdılar. Belə ki, Məmmədsəfilər deyilən nəslin əsli 19-cu əsrin əvvəlində İrandan gəlmiş kürd idi. Erməni işğalında qədər kənddə evlərin sayı 86, əhalinin sayı 369 nəfər olmuşdur.
Tanınmış şəxsiyyətlər
[redaktə | mənbəni redaktə et]- Novruz Əzimov - Bakı futbol klubunun baş məşqçisi.
Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən fatehlər
- Allahyarov İlqar Nurəddin oğlu - 10 yanvar 1994-cü ildə Füzuli rayonunda şəhid olub.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Alıqulu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 256. ISBN 978-9952-34-155-3.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Laçının zəngin təbii ehtiyatları 17 ildir düşmən işğalı altındadır Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine
- Аверьянов П.И. - "Курды в войнах России с Персией и Турцией в течение XIX столетия. Современное политическое положение турецких, персидских и русских курдов",типография штаба кавказского военного округа Тифлис, Год издания: 1900, cтр. 24.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |