Kiçik Asiya
Kiçik Asiya | |
---|---|
Anadolu | |
Ümumi məlumatlar | |
Sahəsi | 757.000 km² |
Yerləşməsi | |
40°15′00″ şm. e. 36°00′00″ ş. u.HGYO | |
Akvatoriya | Aralıq dənizi, Qara dəniz, Egey dənizi |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Asiya - Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir.
Kiçik Asiya termini fransızların Minor Asia sözündən götürülüb. Türkiyədə və Yaxın Şərqdə Anadolu adlanır.
Çayları
Kiçik Asiya yarımadasının çayları Qara, Aralıq, Egey və Mərmərə dənizlərinə tökülür. Ən böyük çaylarından Qara dənizə Qızıl İrmak (950km), Yaşıl İrmak (400 km, Kilkit qolu ilə), Çorox (360 km), Səkəriyə (690 km); Egey dənizinə Kiçik Məndərəs, İldiz, Böyük Məndərəs; Aralıq dənizinə isə Seyhan (450km) və Ceyhan (350 km) çayları tökülür. Mesepatomiyanın böyük çaylarından Fərat öz mənbəyini və yuxarı axarında yerləşən qollarını Şərqi Anadoludan alır.