Insomniac Games
Bu səhifədə iş davam etməkdədir. |
Insomniac Games | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tipi | filial |
Sənaye | videooyun sənayesi[d] |
Məhsulları |
|
Təsis tarixi | 28 fevral 1994 ) |
Əvvəlki adı | Xtreme Software, Inc. (1994–1995) |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
Bölmələr | Insomniac North Carolina[1] |
Rəhbərlik | |
Təsisçi |
|
insomniac.games | |
Vikianbarda əlaqəli mediafayllar |
Insomniac Games, Inc. (əvvəllər Xtreme Software) — ABŞ video oyun istehsalı şirkəti. Şirkət 1994-cü ildə Ted Prays tərəfindən "Xtreme Software" adı altında təsis edilmişdir və növbəti ilə adını dəyişmişdir. Şirkət ən çox Əjdaha Spayro, Retçet və Klenk kimi erkən PlayStation talismanların müəllifi, eləcə də "Resistance" franşizasının, 2014-cü ildə satışa çıxarılan "Sunset Overdrive" və 2018-ci ildə satışa çıxarılan "Spider-Man" video oyununun istehsalçısı olmaqla tanınır.
Şirkətin ilk layihəsi ilk PlayStation konsolu üçün hazırlanan "Disruptor" video oyunu idi. Bu oyunun pis satmasına görə şirkət müflisləşməyə çox yaxın idi. "Insomniac Games" şirkətinin növbəti layihəsi "Spyro the Dragon" idi. Oyunun əldə etdiyi müvəffəqiyyət iki il ərzində daha iki sikvelin satışa çıxarılmasına gətirib çıxarmışdır. a successful video game that spawned two sequels within two years. "Insomniac Games" şirkəti "Sony Computer Entertainment" ilə yaxından əməkdaşlıq edirdi və korporasiya üçün iki oyun franşizası yaratmışdır – "Ratchet & Clank" və "Resistance". Bu iki franşiza şirkət üçün həm tənqidi, həm də ki maddi uğur olmuşdu. .irkət 2013-cü ildə ilk çoxplatformaları video oyunu olan "Fuse" video oyununu satışa çıxarmışdır, lakin bu oyun şirkətin ən pis qarşılanan oyununa çevrilmişdir.
"Insomniac Games" 2014-cü ildən bəri öz oyunlar portfelini genişləndirmək üzrə fəaldır. Şirkət 2014-cü ildə "Microsoft Studios" ilə "Sunset Overdrive" üzərində işləmiş, "GameTrust" ilə "Song of the Deep" üzərində partnyorluq etmiş, bir neçə mobil oyun və virtual reallıq layihəsi yaratmış, eləcə də ilk "Ratchet & Clank" video oyununun remeykini buraxmışdır. Şirkət ilk lisenziyalı epizodu olan "Marvel's Spider-Man" video oyununu PlayStation 4 konsolu üçün 2018-ci ildə satışa çıxarmışdır.
"Sony" şirkətinin daimi əməkdaşı olmağına baxmayaraq və əvvəlki baş qərargahının "Naughty Dog" studiyasının baş qərargahı ilə eyni binada olmasına baxmayaraq, "Insomniac Games" heç vaxt "SIE Worldwide Studios" qrupunun bir üzvü olmamışdır. "Insomniac Games" illər boyunca tənqidçilərdən diqqətə layiq təqdir almışdır. Şirkət "IGN" tərəfindən ən yaxşı iyirminci video oyun istehsalçısı adlandırılmışdır.
İstinadlar
- ↑ Makuç, Eddi. "Spider-Man, Ratchet & Clank Dev Insomniac Games Reveals New Logo". gamespot.com. GameSpot. September 20, 2017. 20 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 3, 2018.
- ↑ Вайс А. Создающая игры про Человека-паука Insomniac Games выросла до 520 сотрудников (rus.). // Игромания 2023. ISSN 1560-2583
Xarici keçidlər
- insomniac.games — "Insomniac Games" şirkətinin rəsmi saytı