Seyşel adaları

Vikipediya, azad ensiklopediya
Əbdürrəhman (müzakirə | töhfələr) tərəfindən edilmiş 19:40, 27 fevral 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Seyşel adaları
Repiblik Sesel
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Finis Coronat Opus, The End Crowns the Work, Another world, Mae Diwedd y Gwaith yn ei Goroni
Rəsmi dili İngilis dili
Fransız dili
Seyşel Kreol dili
Paytaxt Viktoriya
Ən böyük şəhər Viktoriya - 26 min nəfər (2009-cu il)
İdarəetmə forması Prezident Respublikası
Sahəsi Dünyada 189-cu
 • Ümumi 459 km²
Əhalisi
 • Əhali 92 min nəfər (195-ci)
 • Siyahıyaalma (2010) 90 945 nəf.
 • Sıxlıq 186.2 nəf./km² (60-cı)
ÜDM (AQP)
 • Ümumi 2 355 million dollar
Valyuta Seyşel rupisi
İnternet domeni .sc
ISO kodu SC
BOK kodu SEY
Telefon kodu +248
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Seyşel

Seyşel adaları (rəsmi adı Seyşel Adaları Respublikası) — Hind okeanının qərb hissəsində dövlət. Seyşel, Amirant, Kosmoledo və s. adaları əhatə edir. 92 adadan ibarətdir. Sah. 405 km². Paytaxtı Viktoriya şəhəridir.

Tarixi

Adalar 1505-ci ildə Portuqaliyalılar tərəfindən kəşf olunub. 1768-ci ildə Fransızlar tərəfindən işğal edildi. 1794-cü ildə Böyük Britaniya Krallığının hakimiyyəti altına keçdi. 1810-cu ildə İngilis koloniya idi. 1814-cü ildə Paris Sülh Müqaviləsi ilə tam şəkildə Birləşmiş Krallığa verildi. 1903-cü ildə Birləşmiş Krallığa aid bir koloniya oldu. 1976-ci ildə müstəqilliyini əldə etdi. Bir il sonra hərbi çevriliş edildi və France Albert Rene hakimiyyəti ələ keçirdi. 1979-cu ildə elan edilən yeni konstitusiya ilə tək partiyalı bir dövlət oldu. France Albert Rene 1989-cu il seçkilərini də qazanaraq üçüncü dəfə prezident oldu. 1977-ci ildəki çevrilişdən sonra ilk çox partiyalı seçki 23-26 iyul 1992-ci ildə keçirildi. Seçkinin məqsədi konstitusiya layihəsini hazırlamaqla vəzifəli 23 nəfərlik bir komissiyanın üzvlərini müəyyən etmək idi. Konstitusiya təklifi 15 noyabr 1992-ci ildə xalq səsverməsinə təqdim edildi, amma 60 %-lik həddi keçə bilmədiyi üçün qəbul edilmədi.

Əhalisi

Əhalinin etnik tərkibini Kreollər təşkil edir. Kreol fransız əsilli olub Luizianada və İspan əslli olub Karib Adalarında doğulmuş və buralarda yaşamış kəslər deməkdir. Bunlar əsas etibarilə Fransız, İspan, Asiyalı və Afrikalı insanların bir-birləriylə qaynayıb-qarışması nəticəsi meydana gələn mələz insanlardır. Xalqın çoxu Katolikdir. Bundan başqa bir qədər Müsəlman, Protestant və Hindust da var. İngilis və Fransız rəsmi dillərdir. Bundan başqa Fransızcanın başqa forması olan Seyşel Kreol dili var. Burada əhalinin 60 %-i oxuyub-yaza bilir.


İqtisadiyyat

Ölkə iqtisadiyyatı əsas olaraq əkinçilik və turizmə əsaslanır. Bundan başqa istehlak mallarının ixracatından da əhəmiyyətli bir gəlir əldə edilir. Ölkədə yetişən başlıca əkinçilik məhsulları: banan, şirin kartof, manyok və bunun məhsulu nişasta, kokonat və vanil. Ölkənin ən əhəmiyyətli sənayesi qida sənayesidir. Bundan başqa dəniz məhsulları əhəmiyyətli bir gəlir mənbəyidir. İşçi qüvvəsinin 19%-i əkinçilikdə, 20%-i mədənçilik və inşaatçılıkta, 14%-i dövlət sektorunda və ictimai xidmətlərdə, 11%-i də restoran və otel operatorluğunda işləyir.

Idxal və ixrac daha çox Böyük Britaniya, Fransa, Cənubi Afrika, YəmənPakistan ilə edilir. Əsas ixrac məhsulları bunlardır: Qurudulmuş kokos içi, darçın, sabun və ətir yağı, vanil və balıq. Digər əhəmiyyətli gəlir gətirən qaynaqlar isə quano, tısbağa qabığı, Akula üzgəci və balıq məhsullarıdır.

Nəqliyyat sistemi kifayət qədər olub, ölkənin ən inkişaf etmiş şəhəri və limanı paytaxtı Viktoriyadır.

  1. http://chartsbin.com/view/edr.