Seyşel adaları
Seyşel adaları | |||||
---|---|---|---|---|---|
Repiblik Sesel | |||||
| |||||
Finis Coronat Opus, The End Crowns the Work, Another world, Mae Diwedd y Gwaith yn ei Goroni | |||||
Rəsmi dili |
İngilis dili Fransız dili Seyşel Kreol dili |
||||
Paytaxt | Viktoriya | ||||
Ən böyük şəhər | Viktoriya - 26 min nəfər (2009-cu il) | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Sahəsi | Dünyada 189-cu | ||||
• Ümumi | 459 km² | ||||
Əhalisi | |||||
• Əhali | 92 min nəfər (195-ci) | ||||
• Siyahıyaalma (2010) | 90 945 nəf. | ||||
• Sıxlıq | 186.2 nəf./km² (60-cı) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 2 355 million dollar | ||||
Valyuta | Seyşel rupisi | ||||
İnternet domeni | .sc | ||||
ISO kodu | SC | ||||
BOK kodu | SEY | ||||
Telefon kodu | +248 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Seyşel adaları (rəsmi adı Seyşel Adaları Respublikası) — Hind okeanının qərb hissəsində dövlət. Seyşel, Amirant, Kosmoledo və s. adaları əhatə edir. 92 adadan ibarətdir. Sah. 405 km². Paytaxtı Viktoriya şəhəridir. İqtisadiyyatın başlıca sahəsi - turistik biznesdir.
Tarixi
Adalar 1505-ci ildə Portuqaliyalılar tərəfindən kəşf olunub. 1768-ci ildə Fransızlar tərəfindən işğal edildi. 1794-cü ildə Böyük Britaniya Krallığının hakimiyyəti altına keçdi. 1810-cu ildə İngilis koloniya idi. 1814-cü ildə Paris Sülh Müqaviləsi ilə tam şəkildə Birləşmiş Krallığa verildi. 1903-cü ildə Birləşmiş Krallığa aid bir koloniya oldu. 1976-ci ildə müstəqilliyini əldə etdi. Bir il sonra hərbi çevriliş edildi və France Albert Rene hakimiyyəti ələ keçirdi. 1979-cu ildə elan edilən yeni konstitusiya ilə tək partiyalı bir dövlət oldu. France Albert Rene 1989-cu il seçkilərini də qazanaraq üçüncü dəfə prezident oldu. 1977-ci ildəki çevrilişdən sonra ilk çox partiyalı seçki 23-26 iyul 1992-ci ildə keçirildi. Seçkinin məqsədi konstitusiya layihəsini hazırlamaqla vəzifəli 23 nəfərlik bir komissiyanın üzvlərini müəyyən etmək idi. Konstitusiya təklifi 15 noyabr 1992-ci ildə xalq səsverməsinə təqdim edildi, amma 60 %-i keçə bilmədiyi üçün qəbul edilmədi.
Əhalisi
Əhalinin etnik tərkibini Kreollər təşkil edir. Kreol fransız əsilli olub Luizianada və İspan əslli olub Karib Adalarında doğulmuş və buralarda yaşamış kəslər deməkdir. Bunlar əsas etibarilə Fransız, İspan, Asiyalı və Afrikalı insanların bir-birləriylə qaynayıb-qarışması nəticəsi meydana gələn mələz insanlardır. Xalqın çoxu Katolikdir. Bundan başqa bir qədər Müsəlman, Protestant və Hindust da var. İngilis və Fransız rəsmi dillərdir. Bundan başqa Fransızcanın başqa forması olan Seyşel Kreol dili var. Burada əhalinin 60 %-i oxuyub-yaza bilir.