Ağstafa

Vikipediya, azad ensiklopediya
Мурад 97 (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:31, 15 oktyabr 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Şəhər

Ağstafa şəhəri — Azərbaycan Respublikasının Ağstafa rayonunun mərkəzi. Bakı ilə arasında məsafə 461 km, əhalisi 75300 nəfərdir. [1]

Rayonda aşıq sənəti, xalçaçılıq və sair sahələrdə əvvəlki nəsillərin topladıqları mədəni irsin qorunub saxlanılmasına qayğı göstərilir. Rayonun inzibati mərkəzi Ağstafa şəhəri Gürcüstan sərhəddinin yaxınlığında yerləşir. Bu şəhər 1914-cü ildə dəmir yolu qovşağı kimi inşa edilmişdir. Bu dəmir yolu Tbilisiyə qədər davam edir. Gürcüstan Respublikasının ərazisi ilə Ağstafa Qırmızı Körpü vasitəsilə bir-birindən ayrılır.

Ağstafa sakit şəhərdir. Şəhərin mərkəzindəki səliqəli parkda çox sayda istirahət yerləri vardır. Ağstafa şəhərindən 20 km məsafədə mənzərəli bir yerdə dağlar və meşələr qoynunda yerləşən Tatlı kəndi oradakı Qələmçə bulağı ilə məşhurdur. Bulağın ətrafındakı ərazi istirahət üçün çox münasib yerdir.

Qardaş şəhərlər

Həmçinin bax

Qaynaqlar

  1. http://www.mct.gov.az/?/az/cities/view/327/

Şablon:Ağstafa rayonu kənd/qəsəbələri