Azərbaycanın dövlət quruluşu: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 76: Sətir 76:
=== Dövlət komitələri ===
=== Dövlət komitələri ===


# [[Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi]]
# [[Dövlət Gömrük Komitəsi (Azərbaycan)|Dövlət Gömrük Komitəsi]]
# Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
# [[Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Azərbaycan)|Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi]]
# Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
# [[Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Azərbaycan)|Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi]]
# Dövlət Statistika Komitəsi
# [[Dövlət Statistika Komitəsi (Azərbaycan)|Dövlət Statistika Komitəsi]]
# Diasporlarla İş üzrə Dövlət Komitəsi kimi dövlət təşkilatları komitələri fəaliyyət göstərir.
# [[Diasporla İş üzrə Dövlət Komitəsi (Azərbaycan)|Diasporla İş üzrə Dövlət Komitəsi]]
# [[Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan)|Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi]]
# [[Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan)|Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi]]
# [[Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Azərbaycan)|Dövlət Şəhərsalma və Arxitektura Komitəsi]]


=== Dövlət şirkətləri və dövlət xidmətləri ===
=== Dövlət şirkətləri və dövlət xidmətləri ===

19:34, 28 yanvar 2022 tarixinə olan versiya

Azərbaycanın dövlət quruluşuAzərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir.

Haqqında

Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti — Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər.

Azərbaycan Respublikasının dövlət başçısı Azərbaycan Prezidentidir və o Azərbaycan xalqı tərəfindən seçilir.

Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentləriniAzərbaycanın birinci vitse-prezidentini təyin edir.

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.

Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir.

İcra Aparatına ümumi rəhbərliyi Prezident həyata keçirir.

Prezidentin və İcra Aparatının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir[1]. Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir[2].

Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir[2].

Şuralar

Komissiyalar

Yerli icra hakimiyyətləri

Fondlar

Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentləriniAzərbaycanın birinci vitse-prezidentini təyin edir.

Hal-hazırda bu vəzifəni Mehriban Əliyeva daşıyır.

Katibliyin sədri vəzifəsini hal-hazırda Altay Həsənov daşıyır.

Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.

Baş Nazir və müavinləri

Nazirliklər

Azərbaycan Respublikasında

  1. Kənd Təsərrüfatı Nazirliyi
  2. Maliyyə Nazirliyi
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  5. Gənclər və İdman Nazirliyi
  6. İqtisadiyyat Nazirliyi
  7. Mədəniyyət Nazirliyi
  8. Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  9. Energetika Nazirliyi
  10. Təhsil Nazirliyi
  11. Xarici İşlər Nazirliyi
  12. Daxili İşlər Nazirliyi
  13. Səhiyyə Nazirliyi
  14. Ədliyyə Nazirliyi
  15. Müdafiə Nazirliyi
  16. Fövqəladə Hallar Nazirliyi fəaliyyət göstərir.

Dövlət komitələri

  1. Dövlət Gömrük Komitəsi
  2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
  3. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  4. Dövlət Statistika Komitəsi
  5. Diasporla İş üzrə Dövlət Komitəsi
  6. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  7. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Dövlət şirkətləri və dövlət xidmətləri

Digər

Dövlət idarələri və Agentliklər

Publik hüquqlu şəxslər

Fondlar

Şuralar, Konfederasiyalar, Banklar

Elm və Təhsil orqanları

Səhmdar Cəmiyyətlər

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətinini həyata keçirən Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Komitələr

Palatalar

Məhkəmə-hüquq orqanları

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi həyata keçirirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları təsbit edilmişdir.

İstinadlar