Azərbaycanın dövlət quruluşu: Redaktələr arasındakı fərq
Teqlər: Əllə geri qaytarma Mobil redaktə Mobil veb redaktə |
→Dövlət şirkətləri və dövlət xidmətləri: jhkhiuyuiyuyffhgfhvnvjouoytr5e3q Teqlər: Geri qaytarıldı Vizual redaktor |
||
Sətir 62: | Sətir 62: | ||
=== Dövlət şirkətləri və dövlət xidmətləri === |
=== Dövlət şirkətləri və dövlət xidmətləri === |
||
== guvjkjhsdfghbbmjklbvcDigər == |
|||
== Digər == |
|||
=== Dövlət idarələri və Agentliklər === |
=== Dövlət idarələri və Agentliklər === |
12:11, 13 noyabr 2021 tarixinə olan versiya
Azərbaycanın dövlət quruluşu — Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir.
Haqqında
Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti — Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər.
Azərbaycan Respublikasının dövlət başçısı Azərbaycan Prezidentidir və o Azərbaycan xalqı tərəfindən seçilir.
Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentlərini və Azərbaycanın birinci vitse-prezidentini təyin edir.
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.
Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.
Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.
Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir.
İcra Aparatına ümumi rəhbərliyi Prezident həyata keçirir.
Prezidentin və İcra Aparatının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir[1]. Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir[2].
Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir[2].
Şuralar
Komissiyalar
Yerli icra hakimiyyətləri
Fondlar
Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentlərini və Azərbaycanın birinci vitse-prezidentini təyin edir.
Hal-hazırda bu vəzifəni Mehriban Əliyeva daşıyır.
Katibliyin sədri vəzifəsini hal-hazırda Altay Həsənov daşıyır.
Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.
Baş Nazir və müavinləri
Nazirliklər
Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi fəaliyyət göstərir.
Dövlət komitələri
Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Diasporlarla İş üzrə Dövlət Komitəsi kimi dövlət təşkilatları və komitələri fəaliyyət göstərir.
Dövlət şirkətləri və dövlət xidmətləri
guvjkjhsdfghbbmjklbvcDigər
Dövlət idarələri və Agentliklər
Publik hüquqlu şəxslər
Fondlar
Şuralar, Konfederasiyalar, Banklar
Elm və Təhsil orqanları
Səhmdar Cəmiyyətlər
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətinini həyata keçirən Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.
Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Komitələr
Palatalar
Məhkəmə-hüquq orqanları
Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi həyata keçirirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları təsbit edilmişdir.
İstinadlar
- ↑ Azərbaycan Respublikasının Konstitusiyası. e-qanun.az (az.)
- ↑ 1 2 ADMİNİSTRASİYA. president.az (az.)