Zəhmət: Redaktələr arasındakı fərq
Sətir 52: | Sətir 52: | ||
|saat qurşağı = +4 |
|saat qurşağı = +4 |
||
|DST = |
|DST = |
||
| |
|telefon_kodu = |
||
| |
|poçt_indeksi = |
||
|poçt indeksləri = |
|poçt indeksləri = |
||
| |
|nəqliyyat_kodu = |
||
|identifikasiya növü = |
|identifikasiya növü = |
||
|identifikasiya ədədi = |
|identifikasiya ədədi = |
14:01, 28 fevral 2020 tarixinə olan versiya
kənd | |
Zəhmət | |
---|---|
40°07′33″ şm. e. 44°24′11″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 847 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Zəhmət (1935-ci ildən), Haçaparaq — Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd.[3]
Tarixi
Kənd rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq[4], Azərbaycan mənbələrində Xocəparak[5] kimi qeyd edilir.
1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə[6], Qafqazın 5 verstlik xəritəsində[7] qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «haçalanmanın başlandığı yer» mənasında işlənən haça sözü ilə[8], qədim türk dilində «gecələr heyvan salınan, hasarlanmış yer» mənasında işlənən parax sözünün[9] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır.
Əhalisi
Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 - cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır[10]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 759 nəfər[10], 1987-ci ildə 2893 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya edilmişdir. İndi ermənilər yaşayır.
Görkəmli şəxsiyyətləri
- Sadıq Şükürov — alim, filoloğiya elmləri doktoru, professor.
- Cabbar Quliyev — Ermənistan SSR Əməkdar Rəssamı (1967).
- Surxay Əkbərov — alim,
İstinadlar
- ↑ https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931). Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82
- ↑ Şükürov S. Uluxanlı (Bədiitarixi, etnoqrafik oçerk), Gəncə, 1999. s.98
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.36
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.263
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, IV c., Bakı, «Elm», 1987. s.359
- ↑ Гасанов А.Г., Гейбуллаев Г.А. О некоторых древнетюркских словах в топонимии Азербайджана, сер. язык и литературы АГУ им. С.М.Кирова, №1, 1979. s.10
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931). Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82-83, 152-153