Həzi Aslanov (polis): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 43: Sətir 43:
Ailəlidir. 3 övladı var.
Ailəlidir. 3 övladı var.


Sovet Ittifaqı Qəhrəmanı, general [[Həzi Aslanov|Həzi Aslanovun]] nəvəsidir.
İki dəfə Sovet Ittifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru [[Həzi Aslanov|Həzi Aslanovun]] nəvəsidir.


== Xarici keçidlər ==
== Xarici keçidlər ==

05:29, 25 aprel 2016 tarixinə olan versiya

Həzi Aslanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı şəhəri
Təhsili Bakı Dövlət Universiteti
İxtisası hüquqşünas
Atası Arif Aslanov
Rütbəsi polis general-mayoru

Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Aslanov Həzi Arif oğlu — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru.

Həyatı

Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993-2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Ailəlidir. 3 övladı var.

İki dəfə Sovet Ittifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun nəvəsidir.

Xarici keçidlər

  • Azərbayсan Respublikası Daxili İşlər Nazirliyinin saytında Həzi Aslanov haqqında səhifə. mia.gov.az  (az.)