Azərbaycanda idman: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 54: Sətir 54:


=== Klub futbol meydançaları ===
=== Klub futbol meydançaları ===

=== Qapalı arenalar ===
Azərbaycanda mühüm qapalı arenalardan [[Bakı Atıcılıq Mərkəzi]], [[Bakı İdman Sarayı]], [[Bakı Su İdmanı Sarayı]], [[Heydər Əliyev adına İdman Arenası]] və [[Milli Gimnastika Arenası]]nı qeyd etmək olar.<ref>{{cite web |title=Bakı Atıcılıq Mərkəzi |url=https://www.mys.gov.az/qurumlar/idman-qurgulari/7/baki-aticiliq-mrkzi |website=www.mys.gov.az |publisher=www.mys.gov.az |accessdate=15 dekabr 2019}}</ref> [[Bakı Tennis Akademiyası]] 2009-cu il mayın 5-də isti­fadəyə verilib və Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur.<ref name="BTA"/> 8-ci mikrorayonda yerləşən akademiyanın ümumi ərazisi 2,7 hektardır.<ref name="BTA">{{cite web |title=Bakı Tennis Akademiyası |url=https://www.mys.gov.az/qurumlar/idman-qurgulari/14/baki-tennis-akademiyasi |website=www.mys.gov.az |publisher=www.mys.gov.az |accessdate=15 dekabr 2019}}</ref>


=== Velodromlar ===
=== Velodromlar ===
Azərbaycanda ilk velodrom olan [[Bakı Veloparkı]] 2015-ci il mayın 13-də istifadəyə verilib.<ref name="rundown"/> Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində yerləşən BMX veloparkında [[2015 Avropa Oyunları]]nın müvafiq yarışı keçirilib.<ref name="rundown"/> Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onunda sahəsi 6700 kvadratmetrdir.<ref name="rundown"/> Həm yarış iştirakçıları həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı veloparkda 1197 nəfərlik tamaşaçı yeri yaradılıb.<ref name="rundown"/> Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb.<ref name="rundown">{{cite web |title=Velopark |url=https://www.mys.gov.az/qurumlar/idman-qurgulari/13/velopark |website=www.mys.gov.az |publisher=www.mys.gov.az |accessdate=15 dekabr 2019}}</ref>
Azərbaycanda ilk velodrom olan Bakı şəhərində velosiped treki [[1980]]-ci ildə istifadəyə verilib. [[Bakı metrosu]]nun [[20 Yanvar metrostansiyası]] yaxınlığında yerləşən velotrek [[2010-cu illər]]də yenidən qurulub. Trekin beton örtüyünün perimetri 333 metr 33 santimetr olmaqla, ümumi ərazisi 13 hektardır.<ref name="trek">{{cite web |title=Respublika Velotreki |url=https://www.mys.gov.az/qurumlar/idman-qurgulari/8/respublika-velotreki |website=www.mys.gov.az |publisher=www.mys.gov.az |accessdate=15 dekabr 2019}}</ref>
[[Bakı Veloparkı]] 2015-ci il mayın 13-də istifadəyə verilib.<ref name="rundown"/> Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində yerləşən BMX veloparkında [[2015 Avropa Oyunları]]nın müvafiq yarışı keçirilib.<ref name="rundown"/> Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onunda sahəsi 6700 kvadratmetrdir.<ref name="rundown"/> Həm yarış iştirakçıları həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı veloparkda 1197 nəfərlik tamaşaçı yeri yaradılıb.<ref name="rundown"/> Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb.<ref name="rundown">{{cite web |title=Velopark |url=https://www.mys.gov.az/qurumlar/idman-qurgulari/13/velopark |website=www.mys.gov.az |publisher=www.mys.gov.az |accessdate=15 dekabr 2019}}</ref>


=== Motor yarışması dairələri ===
=== Üstüörtülü arenalar ===
[[2016]]-cı ildə tikilən [[Bakı Şəhər Halqası]]nda [[Formula 1]] avtomobil yarışına aid olan [[Azərbaycan Qran-prisi]] keçirilir.<ref name="bitron"/> Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin [[İçəri Şəhər]] ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.<ref name="bitron">{{cite web |title=Halqa üzrə bələdçi |url=https://formulaone-west.azurewebsites.net/az/yaris/halqa-uzr-bldci |website=formulaone-west.azurewebsites.net |publisher=formulaone-west.azurewebsites.net |accessdate=15 dekabr 2019}}</ref>
Azərbaycanda mühüm üstüörtülü arenalardan [[Bakı İdman Sarayı]], [[Bakı Su İdmanı Sarayı]], [[Heydər Əliyev adına İdman Arenası]] və [[Milli Gimnastika Arenası]]nı qeyd etmək olar.


== İstinadlar ==
== İstinadlar ==

23:55, 15 dekabr 2019 tarixinə olan versiya

Azərbaycanda idmanAzərbaycan mədəniyyətində mühüm rol oynayır.

Tarixi

İdarəetmə və maliyyələşdirmə

Populyarlıq

İdman KİV-ləri

İdman növünə görə

Komanda idman növləri

Futbol

Voleybol

Basketbol

Otüstü xokkey

Reqbi

Fərdi idman növləri

Güləş

Şahmat

Cüdo

Boks

Qarışıq Döyüş Sənəti

Atletika

Azərbaycan Olimpiya Oyunlarında

Azərbaycan Olimpiya Hərəkatı tarixini ümumiyyətlə, şərti olaraq üç dövrə bölmək olar: Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya Oyunlarında iştirak etdiyi 1952-1988-ci illəri əhatə edən dövr, 1988-1992-ci illərdə oyunlara hazırlıq mərhələsini başa vuraraq, orada Müstəqil Dövlətlər Birliyinin yığma komandası tərkibində iştirak etdiyi dövr və Azərbaycanın müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşulduğu 1992-ci ildən sonrakı dövr.[1]

Azərbaycan idmançıları SSRİ yığma komandasının tərkibində Olimpiya oyunlarının doqquzunda 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Sərbəst üsulla güləşçi Rəşid Məmmədbəyovun 1952 Yay Olimpiya Oyunlarıında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya oyunlarında ilk uğuru kimi qiymətləndirilir.[1] Sonrakı olimpiyadalarda sprinter məsafələrinə qaçan Yuri Konovalovun, müasir beşnövçü Viktor Mineyevin, voleybolçu İnna Rıskalın, hənbolçular Rəfiqə ŞabanovanınLyüdmila Şubinanın, qılıncoynadan İlqar Məmmədovun, futbolçu İqor Ponomaryovun və başqalarının uğurlu çıxışları Azərbaycan idmanının nüfuzunu artırdı.[1]

1992 Yay Olimpiya Oyunlarında Azərbaycan idmanı Müstəqil Dövlətlər Birliyinin yığma komandasında cəmi 5 nəfərlə təmsil olunsa da, Azərbaycan idmançılarından ikisi — cüdoçu Nazim Hüseynov və gimnast Valeri Belinki qızıl medal alaraq, Olimpiya çempionu adına layiq görüldülər.[1]

1992-ci ildə Milli Olimpiya Komitəsinin yaradılması ilə ölkənin Olimpiya Hərəkatında yeni bir dövr başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi.[1] Azərbaycan ilk dəfə olaraq 1996 Yay Olimpiya Oyunlarında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda Azərbaycan 61-ci yer tutdu. Sərbəst üsulla güləşçi Namiq Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə müstəqil Azərbaycan Respublikası idmanının ilk yüksək nəticəsi kimi qiymətlidir.[1]

Qış idman növləri Azərbaycanın idman həyatında yalnız kiçik bir rol oynayır, çünki Azərbaycanda qış iqlimi qış idman növləri çox tətbiq edilməsi üçün kifayət qədər soyuq deyildir.[2] Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən daim iştirak etsə də, heç bir medal qazanmayıb.

Əlillik idmanı

Mühüm idman məkanları

Milli stadionlar

Klub futbol meydançaları

Qapalı arenalar

Azərbaycanda mühüm qapalı arenalardan Bakı Atıcılıq Mərkəzi, Bakı İdman Sarayı, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev adına İdman ArenasıMilli Gimnastika Arenasını qeyd etmək olar.[3] Bakı Tennis Akademiyası 2009-cu il mayın 5-də isti­fadəyə verilib və Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur.[4] 8-ci mikrorayonda yerləşən akademiyanın ümumi ərazisi 2,7 hektardır.[4]

Velodromlar

Azərbaycanda ilk velodrom olan Bakı şəhərində velosiped treki 1980-ci ildə istifadəyə verilib. Bakı metrosunun 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən velotrek 2010-cu illərdə yenidən qurulub. Trekin beton örtüyünün perimetri 333 metr 33 santimetr olmaqla, ümumi ərazisi 13 hektardır.[5]

Bakı Veloparkı 2015-ci il mayın 13-də istifadəyə verilib.[6] Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində yerləşən BMX veloparkında 2015 Avropa Oyunlarının müvafiq yarışı keçirilib.[6] Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onunda sahəsi 6700 kvadratmetrdir.[6] Həm yarış iştirakçıları həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı veloparkda 1197 nəfərlik tamaşaçı yeri yaradılıb.[6] Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb.[6]

Motor yarışması dairələri

2016-cı ildə tikilən Bakı Şəhər Halqasında Formula 1 avtomobil yarışına aid olan Azərbaycan Qran-prisi keçirilir.[7] Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.[7]

İstinadlar

  1. 1 2 3 4 5 6 Heydər Əliyev və Azərbaycanda Olimpiya Hərəkatı (PDF). Bakı. 2002. İstifadə tarixi: 15 dekabr 2019.
  2. "Yaqudin Azərbaycanda qış idman növlərinin inkişafı haqqında". oxu.az. oxu.az. İstifadə tarixi: 15 dekabr 2019.
  3. "Bakı Atıcılıq Mərkəzi". www.mys.gov.az. www.mys.gov.az. İstifadə tarixi: 15 dekabr 2019.
  4. 1 2 "Bakı Tennis Akademiyası". www.mys.gov.az. www.mys.gov.az. İstifadə tarixi: 15 dekabr 2019.
  5. "Respublika Velotreki". www.mys.gov.az. www.mys.gov.az. İstifadə tarixi: 15 dekabr 2019.
  6. 1 2 3 4 5 "Velopark". www.mys.gov.az. www.mys.gov.az. İstifadə tarixi: 15 dekabr 2019.
  7. 1 2 "Halqa üzrə bələdçi". formulaone-west.azurewebsites.net. formulaone-west.azurewebsites.net. İstifadə tarixi: 15 dekabr 2019.

Xarici keçidlər













Azərbaycan idman tarixi - Azərbaycanlıların tarixi qədim olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır. Cəmiyyətin inkişafına əsaslı təsir göstərən bir sıra kəşflər məhz daş dövründə olmuşdur. Bu kəşflər sırasında "oxla kamanın" ixtira edilməsi buna əyani sübütdür.

Tarix

Hələ eramızdan iki min il əvvəl Azərbaycanda bürünc alətlərin işləndiyi vaxtlarda (bürünc dövrü) insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qobustan qədim qayaüstü yazıları buna parlaq misaldır. Qayalar üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir edir.

12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim Şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumatlar verilir. 9-6 əsr əvvəl yaradılmış "Avesta" kitabında insan bədəninin təmizlik və gözəlliyi xüsusi olaraq qeyd olunur.

Bu baxımdan Dünya şöhrəti qazanmış görkəmli mütəfəkkirlərimizin əsərlərini, folklor materiallarını araşdırdıqca xalqımızın hələ qədim dövrlərdə fiziki tərbiyəyə böyük yer verdiyinin şahidi oluruq. Xalq nağıllarında, əfsanələrdə, xalqın igidləri, qəhrəmanları özlərinin fiziki hazırlığı ilə həmişə seçilmişdir və bu istiqamətdə onların qarşısında geniş və mürəkkəb tələblər irəli sürülmüşdür. Eyni zamanda güc-qüvvənin el-obanın azadlığına, xeyirxah işlərinə yönəldilməsi tövsiyə edilir.

1900-cü ilin əvvəllərində Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etməyə başlayır. 1910-cu ildə Bakı gimnaziyasının müəllimi V.Qriçbovski tərəfindən üzgüçülük məktəbi yaradılmışdı. Bu qəbildən Bakı gimnaziyasının müəllimi Leonid Romançenkonun həyatı diqqətəlayiqdir. 1912-ci ildə Bakı gimnaziyasının müəllimi Leonid Romançenko 24 saat 20 dəqiqə ərzində Xəzər dənizində 48 km məsafəyə üzmüşdür. Bu o dövr açıq dəniz marafonçusu üçün görülməmiş nəticə idi. Bununla L.Romançenko əvvəlki rekordçu La Manşı keçən ingilis Burqisin rekordunu kölgədə qoydu. Lakin 1917-ci ilə qədər bu nəticələr tək-tək idmançılara məxsus idi və bu həvəskar idmançılara öz ustalıqlarını artırmağa heç kəs kömək etmirdi. Bu hadisədən sonra Bakı üzgüçülük məktəbində məşğul olanların sayı 200-dən çox olmuşdur.

1920-ci ildə respublikamızda "Sokol" və "Unita", "Avtomotor", "Vodnik", "Reçnik" və b. cəmiyyətlər (bu cəmiyyətlər inqilabdan sonra bədən tərbiyəsi birliyinə çevrildi) fəaliyyət göstərirdi. 1921-ci ildən başlayaraq müxtəlif idman növləri üzrə şəhərlərarası yarışlar keçirildi. Bədən tərbiyəsi və idman işlərinə Azərbaycan həmkarlar ittifaqları xüsusi qayğı göstərməyə başladı (1922). Bakıda ilk dəfə olaraq bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı (1923).

Azərbaycanda boks (1920), futbol (1921), ağırqaldırma (1925), yunan-Roma (1924), sərbəst güləş (1928) üzrə ilk respublika çempionatı keçirilmişdir. 1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti könüllü idman cəmiyyətləri yaradılması haqqında qərar qəbul etdi. ÜİHİMŞ qərarı əsasında 1936 ildə həmkarlar ittifaqlarının könüllü idman cəmiyyətləri yaradıldı. 1936-cı ildə Azərbaycan LKGİ MK-ın qərarı ilə ayrı-ayrı idman cəmiyyətələri yanında uşaq idman məktəbləri yaradıldı. Respublikada 8 uşaq idman məktəbi (1941), 15 könüllü idman cəmiyyəti (1958) fəaliyyət göstərirdi.Hazırda respublikamızda 14 idman cəmiyyəti fəaliyyət göstərir.

Azərbaycan Olimpiya Hərəkatı

Azərbaycan Olimpiya Hərəkatı (OH) tarixini şərti olaraq üç dövrə bölmək olar. Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi dövr (1952-1988), Müstəqil Dövlətlər Birliyi (MDB) yığma komandası tərkibində iştirak etdiyi dövr (1988-1992) və Azərbaycan müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşulduğu dövr (1992). Azərbaycan idmançıları SSRİ Olimpiya komandasının tərkibində Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Sərbəst üsulla güləşçi R.Məmmədbəyovun 1952-ci il Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda Y.Konovalov, A. Kornelyuk (atletika), İ.Rıskal, V.Lantratova (voleybol) V.Mineyev (müasir beşnövçülük), A.İbrahimov (sərbəst güləş), R. Şabanova, L. Şubina, L. Savkina (həndbol), İ.Məmmədov, B.Koretski (qılıncoynatma), İ. Ponamaryov (futbol) və başqalarının uğurlu çıxışları Azərbaycan idmançılarının nüfuzunu daha da artırdı. 1992 il Barcelona Olimpiadasında Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) yığma komandasında cəmi 5 nəfər idmançı ilə təmsil olunsa da, idmançılarımızdan ikisi N.Hüseynov (cüdo), V. Belinki (gimnast) yüksək nəticələr göstərərək Olimpiya çempionu adına layiq görülmüşdülər. 1992 ildə Milli Olimpiya Komitəsi (MOK) - Azərbaycan Milli Olimpiya Komitəsinin - yaradılması və onun Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınması ilə ölkəmizin Olimpiya Hərəkatında (OH) yeni bir dövr başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi. Azərbaycan ilk dəfə olaraq 1996 il Atlanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən N. Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan Respublikasının Milli Olimpiya komandasının Olimpiya oyunlarında qazandığı ilk medaldır. MOK.-un prezidenti İlham Əliyev komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, Azərbaycanda Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbaycan MOK-u Azərbaycanda Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir.

İdmançılarıçılarımızı Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlamaq və rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 yanvar tarixli sərəncamı MOK-un daha məqsədyonlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması nəticəsində Azərbaycan İdmançılarından 31 nəfəri 10 idman növü üzrə XXVII Yay Olimpiya Oyunlarında iştirak etdi (2000).

Avstraliyanın Sidney şəhərində keçirilən XXVIII YOO Azərbaycan idmançıları yüksək nəticələr göstərdilər (15.IX.2000). Z. Meftahəddinova (stend atıcılığı) və N. Abdullayev (sərbəst güləş) qızıl, V.Ələkbərov (boks) bürünc medal qazandılar. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycan 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi.

Azərbaycan idmançılarının XXVIII Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respublikasınının Prezidenti İlham Əliyevin imzaladığı "XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" sərəncamı əsas zəmin yaratmış oldu (05.VI.2003).

XXVIII Yay Olimpiya Oyunlarına hazırlığa başlamış 130 idmançıdan 38 nəfəri oyunlarda iştirak etmək şərəfinə nail ola bilmişdir. Onlardan 36 nəfəri lisenziya, iki nəfəri isə üzgüçülük idman növü üzrə Beynəlxalq Federasiyanın qərarı ilə xüsusi buraxışla (vayld-kart) oyunlarda iştirak etmək hüququ qazanmışlar. Respublikamız XXVIII Yay Olimpiya Oyunlarında idmanın 12 növü üzrə 38 idmançı ilə təmsil olundu. XXVII Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda ölkəmiz 3 yeni idman növü – bədii gimnastika, taekvondo, qılıncoynatma və daha çox idmançı ilə yarışılara qatılmışdı. XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tuta bilmişdir.Bu nailiyyətlərin əldə olunmasında komandamızın üzvlərindən F. Mansurovun (yunan-Roma) qızıl, İ.Aşumovanın (güllə), Z.Meftahətdinovanın (stend), A.Məmmədovun, F.Aslanovun (boks) bürünc medalları xüsusi rol oynadı. 15- XXVIII Yay Olimpiya Oyunlarında(1952-2004) 140 idmançımız iştirak edib. 15 qızıl, 12 gümüş, 13 bürünc medal qazanılmışdır. Müstəqil Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında 9 medal qazanmışlar ( o cümlədən 3 qızıl, 1 gümüş, 5 bürünc). 2007-ci ildə respublikamızda 36 beynəlxalq yarış təşkil olunmuşdur. Cari ilin 7 ayı ərzində isə artıq 18 beynəlxalq yarış keçirilmişdir. Müstəqillik dövründə respublikamızda fəaliyyət göstərən idman qurğuları və bədən tərbiyəsi sağlamlıq komplekslərinin sayı 8940-a çatmışdır. Müstəqillik qazandıqdan sonra Azərbaycan idmançıları Avropa , dünya və kubok yarışlarında 2615 medal qazanıblar: (897 qızıl,705 gümüş, 1013 bürünc).

Dünya idman arenasında öz layiqli yerini tutan Azərbaycan bir çox beynəlxalq yarışların ev sahibi olub. Ölkədə keçirilən bu yarışlar artıq bir növ adət halını alıb. Hər il ölkədə bədii gimnastika, taekvando, güləş, boks, karate, futbol və s. idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. 

2000-2007-ci illərdə Azərbaycanda keçirilən beynəlxalq oyunlar və turnirlər

2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində baş tutub. Yarışda qitənin 30 ölkəsindən 300-dək cüdoçu iştirak edib.

Bir il sonra, 2004-cü ildə Azərbaycanda baş tutan digər yarış bədii gimnastika üzrə dünya kuboku olub. Bu yarışlar da Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edib. 2004-cü ildə keçirilən irimiqyaslı turnirlərdən biri də Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri olub. Paytaxtda baş tutan turnir Bakı İdman Sarayında keçirilib. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparıb.

Artıq 2005-ci ildə ölkədə bədii gimnastika üzrə 27-ci dünya çempionatı keçirilib. Çempionat Heydər Əliyev adına İdman-Konsert kompleksində keçirilib. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak ediblər.

2006-cı ildə Respublikada baş tutan digər bir çempionat hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatda sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışlar baş tutub. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparıb.

Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilər dünya çempionatı uğrunda mübarizə aparıblar. Çempionatda 102 ölkədən 2500-dən çox idmançı iştirak edib.

2007-ci ildə daha bir çempionat paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Qitə çempionatı Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış hesab olunur. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, LitvaYunanıstandan olan 100-dən çox idmançı iştirak edib.

2009-2012-ci il uğurları

İki illik fasilədən sonra 2009-cu ildə Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilib. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak edib. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku keçirilib. Bakı İdman Sarayında Yarışda Pankration-qaydasız döyüş üzrə üçüncü Dünya kuboku yarışı keçirilib. Yarışda Azərbaycan millisi də daxil olmaqla, ümumilikdə 25 ölkədən olan 120-dən çox idmançı baş mükafat uğrunda mübarizə aparıb.

2010-cu ildə ölkəmizdə daha fərqli bir idman növü üzrə yarış keçirilib. Qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak edib. Bu il ərzində keçirilən daha bir çempionat bodibildinq üzrə olub. 64-cü dünya çempionatında 63 ölkənin idmançısı birincilik uğrunda mübarizə aparıb. Yarış kişi bodibildinqçilər arasında həyata keçirilib.

Gənclər arasında boks üzrə dünya çempionatı da 2010-cu ildə ölkəmizin paytaxtında keçirilib. Bakı Sərhədçi Olimpiya İdman Mərkəzində gənclər baş tutan çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Yarışda sərbəst, yunan-roma və qadın güləşi üzrə idmançılar mübarizə aparıb. Yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı iştirak edib.

Cüdo üzrə "World Masters" beynəlxalq turniri 2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb.

Bu il ərzində baş tutan lisenziya xarakterli yarışlardan biri də Cüdo üzrə Dünya Kuboku olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya Çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Boks üzrə dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir. Bu çempionat həm də 2012-ci il London olimpiadasına lisenziya xarakteri daşıyıb.

2012-ci ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı respublikada keçirilib. 21-27 avqust tarixini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr - 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. 2012-ci ildə keçirilmiş yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub.

Bu il ərzində Bakıda ilk keçirilən yarışlardan biri də "GT3 və klassik Formula 1" yarışı olub. oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların "City Challenge" Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır.

2015 Avropa Oyunları

2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb.

Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.

Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb.Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar.

2015 Avropa Oyunlarının rəsmi büdcəsi 1.12 milyard Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Satışa 600 000 bilet çıxarılıb. Avropa Oyunlarının təşkili üçün 15 000 könüllü səfərbər olub.

Hazırda Azərbaycanda 21 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir.