Konfutsi (e.ə.551-479) - (həqiqi adı- Kun Tsyu) qədim Çin mütəfəkkiri pedaqoqu və filosofu. Onun təlimini bəzən din adlandırsalar da, bu təlim Çin və Şərqi Asiya həyatına geniş təsir etmiş, konfutsiçilik kimi məlum olan fəlsəfə sisteminin əsasını təşkil etmişdir. Konfutsi ilk universitet yaratmış, təxminən b.e. əvvəl 551-479-cu illərdə müxtəlif xanlıqlarda tərtib olunmuş salnamələri sistem halına gətirmişdir. Onun bütün təlimi əxlaq, etika və insanın insanla qarşılıqlı münasibətinin həyat prinsipləri üzərində qurulub.
Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istəksəmimi ola bilər; istək səmimi olduğunda ancaq ağılislah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusihəyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər.
Bildiyini tətbiq etməyən müəllim və ya tələbə məsləhət görülmüş dərmanı içməyən xəstəyə bənzəyir.
Bilik əldə edə bilməyəcəkmiş kimi, onu itirməkdən qorxurmuş kimi öyrən.
Bilikli adam müəyyən sistemə əsasən danışır.
Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir.
Bir ağaca dırmanmaq istəyirsinizsə, ulduzlara çıxmağı niyyət edin ki, bacara biləsiniz.
Bir cəmiyyətinmusiqisi pozulubsa, o cəmiyyətdə bir çox şeylər pozulmuşdur.
Bir dəfə bütün günü ac-susuz, gecə isə yuxusuz qalıb düşüncələrə daldım, amma heç nə əldə edə bilmədim. Yaxşı olardı ki, həmin vaxtımı oxumağa sərf edəydim.
Bir insan səhər doğru yolda isə, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq.
Bir insana bir dəfə yemək vermək istəyirsinizsə, ona bir balıq verin. Onu ömür boyu qidalandırmaq istəyirsinizsə, ona balıq tutmağı öyrədin.
Bir insanın ağıllı davranması üçün üç yol vardır: Birincisi yaxşı düşünməkdir, ikincisi, təqlid etməkdir, Üçüncüsü, sınamış olmaqdır.
Bir insanın özünü reallaşdırması, özünü digərlərinə həsr etmə biçimidir.
Cəmiyyətdə yaxşı ailələrin etdikləri qiymətləndirilib nümunə sayılsa, onların sayı zaman keçdikcə artar.
Cənnətin bəxş etdiyi şey Təbiət adlanır; bu təbiətə uyğun olan şey vəzifə yolu adlanır; bu yolun tənzimlənməsi Təlimat adlanır. Yol bir an belə tərk edilə bilməz. Əgər onu tərk etmək mümkün olsaydı, bu, yol olmazdı.
Cızıq bir almaz, cızıq olmayan bir çaxmaq daşından daha yaxşıdır.
Danışarkən üç şeyə diqqət yetirmək lazımdır: başqası danışanda sözünü kəsməmək, danışmaq növbəsi çatanda susmamaq, danışarkən əl-qol atmamaq.
Danışmağa dəyər insanlarla danışmazsansa insanları, danışmağa dəyməz insanlarla danışsan sözləri itirərsən. Sən elə biri ol ki nə insanları, nə də sözləri itir.
Dərin olan quyu deyil, qısa olan ipdir.
Dil nöqsanlı olarsa, sözlər düşüncəni yaxşı anlada bilməz. Düşüncə yaxşı anlaşılmazsa, edilməsi lazım olan şeylər yaxşı edilməz, vəzifələr yaxşı yerinə yetirilməz. Vəzifələr lazımi şəkildə yerinə yetirilməzsə, adətlər və mədəniyyətlər pozular. Adətlər və mədəniyyətlər pozularsa, ədalət yanlış yola düşər. Ədalət yolundan çıxarsa, çaşqınlıq içinə düşən xalq nə edəcəyini, işin haraya varacağını bilməz. Deməli: cəmiyyətdə heç bir şey dil qədər əhəmiyyətli deyil.
Doğru olan şeyi görmək, lakin bunu etməmək cəsarətsizlikdir.
Dostlarla münasibətdə onlara bacardıqları şeyi etməyi məsləhət gör, ədəbi gözləyərək onları xeyirxahlığa apar, müvəffəqiyyət qazanmaq ümidi olmayan yerdə hərəkət etməyə cəhd etmə. Özünü alçaldıcı vəziyyətə salma.
Dövlətin xəzinəsi ədalətdir.
Dünya qandallarında uzaq olan nəcib insanlar, onların ardınca müəyyən yerə bağlılıqdan, onların ardınca şəhvətdən, onların ardınca dedi-qodudan uzaq olanlar gedirdilər.
Dünyada çiçəkləməyən otlar, meyvə verməyən çiçəklər var!
Dünyada ən gözəl mənzərə sizin göstərdiyiniz həyat yoli ilə inamla addımlayan uşağın görünüşüdür.
Dünyanı idarə edəcək nəcib insan inadla heç nədən yapışmamalı, heç nəyi qabaqcadan rədd etməməli, həmişə doğru olanın tərəfində durmalıdır.
Dünyanın yalnız lazımsız hissəsi insana açıla bilər və yalnız sarsaq adamlar özlərini hər şeyi bilən göstərə bilərlər.
Ev rahatlığına alışmış alicənab adına layiq deyil.
Evdən kənar olanda özünüzü hörmətli qonaqları qarşılayırmış kimi göstərin. İnsanların xidmətindən istfadə edərkən özünüzü elə aparın ki, sanki təntənəli mərasim yerinə yetirirsiniz. Özünüzə rəva bilmədiyinizi başqalarına etməyin. Belə olan halda nə dövlətdə, nə də ailədə narazılıq olar.
Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dövr edər.
Ədəb qaydaları ilə tanış olmadan xarakterin qurulması mümkün deyil.
Əxlaqi münasibətdə səndən geri qalanlardan özünə dost seçmə.
Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır.
Əgər biz həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu necə bilərik?
Əgər doğru olanı görüb ona əməl etmirsinizsə, cəsarətiniz çatışmır.
Əgər dostluqda həddindən artlq səmimi olsan, dostların rəğbətini itirəcəksən.
Əgər fəzilətə görə idarə, mərasimə görə hərəkət edilərsə, xalq nəinki utanacaq, eyni zamanda itaət göstərməyə hazır olacaq.
Əgər hökmdar valideynlərinə hörmət edirsə, sadə camaat da mərhəmətli olacaq. Əgər ağa köhnə dostlarını unutmursa, onun qulluqçuları da daşürəkli olmayacaq.
Əgər insan möhkəm, qətiyyətli, sadə və az danışandırsa, o artıq insanlığa yaxındır.
Əgər insanın təbiiliyi tərbiyəliliyini kölgədə qoyarsa, o vəhşiləşər. Əgər tərbiyəlilik təbiiliyi kölgədə qoyarsa, yazı bilicisi alınar. Həm təbiiliyi, həm də tərbiyəliliyi özündə birləşdirən adam ləyaqətli insan ola bilər. Əsl insan hər şeyi öz gücü ilə əldə edir.
Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.
Əgər mən düz, təmiz, səmimi insanamsa, dediklərimi hamı əmrsiz yerinə yetirəcək. Yox, əgər belə deyiləmsə, hətta əmr edilsə belə mənə qulaq asmayacaqlar.
Əgər mərhəmət göstərməyə imkanınız varsa, hətta müəllimə də yol verməyin.
Əgər nifrət edirsənsə, deməli sənə qalib gəliblər!
Əgər sənin arxanca tüpürürlərsə, deməli qabaqda gedirsən.
Əldə ediləcək bir mənfəəti olduğu halda ədaləti düşünən, təhlükə qarşısında həyatını heçə sayan və köhnə təəhhüdlərini unutmayan insan mükəmməl bir insandır.
Ən böyük müvəffəqiyyət yıxılmamaq deyil, yıxıldıqdan sonra yenidən dirçəlməkdir. [2]
Ən yaxşı insan fərq qoymadan hamıya yaxşılıq edəndir.
Ən yüksək bilik - bu anadangəlmə bilikdir. Bundan aşağı - təlim vasitəsi ilə əldə edilmiş bilikdir. Daha aşağı - çətinliklərə üstün gəlməklə əldə edilmiş biliklərdir. Ən dəyərsiz odur ki, kim ki, çətinliklərdən ibrət dərsləri çıxartmaq istəmir.
Əsl bilik – bildiyin şeyi bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir.
Əsl məlumat insanın cəhalətini tanımasında yatar.
Əsl səhvlər düzəldilə bilməyən səhvlərdir.
Ətraflıca çalış, doğru bir şəkildə araşdır, diqqətlicə düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi bir şəkildə tətbiq et.
Geniş məlumatı olmaq, sağlam və içdən bir məqsədi olmaq, ciddi olaraq araşdırmaq, dərin- dərin düşünmək: Bax, ərdəm bunların içindədir.
Gerçəyi bilənlər ilə onu sevənlər heç bir zaman bərabər deyildirlər.
Gənc insanlara yuxarıdan aşağı baxmaq olmaz. Ola bilsin ki, onlar böyüyüb görkəmli insanlar olacaq. Amma qırx, yaxud əlli yaşına çatıb heç bir şey əldə etməyən insan hörmətə layiq deyil.
Gözəl danışan və cazibədar xarici görünüşü olan nadir halda əsl insan olur.
Gözəllik hər şeyə verilib, amma bunu görmək hər kəsə nəsib olmaz.
Güclü olan, zəif yanını hər kəsdən yaxşı biləndir; daha güclü olan isə zəif yanına hökm edə biləndir.
Gülərüzlü olmayan bir Adam, mağaza açmamalıdır.
Günəşin batdığı yerdə balaca insanların kölgəsi böyük görünür.
Heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmamışdır.
Heç nə nə gec olur, nə də tez... Hər şey vaxtında olur.
Heç vaxt yıxılmayan yox, yıxılıb qalxan böyükdür.
Həqiqətən, həyat çox sadədir, amma biz onu təkidlə mürəkkəbləşdirik.
Həqiqəti səhər öyrənib axşam ölmək olar.
Həqiqi əxlaqın nədən ibarət olduğu aydın olsa, o zaman başqa şeylər də aydınlaşacaq.
Hər bir insan alicənab ola bilər. Bunu üçün yalnız alicənab olmaq qərarını vermək lazımdır.
Hər hansı məqsədə çatmaq üçün bir çox arzu və istəklərdən imtina etməlisən.
Hər kəs evinin önünü süpürsə, küçələr təmiz olar.
Hər şey bir-birinə zərər vermədən birlikdə qidalanır. Mövsümlərin, günəşin və ayın gedişatı, onların arasında heç bir toqquşma olmadan izlənilir. Kiçik enerjilər çay axınlarına bənzəyir; daha böyük enerjilər güclü çevrilmələrdə görünür. Göyü və yeri bu qədər böyük edən də budur.
Hər şeyin öz gözəlliyi var, amma hər kəs onu görə bilməz.
Həyat həqiqətən sadədir, amma biz onu mürəkkəbləşdirməkdə israr edirik.
Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə,sonunu gətirmək çətindir.
Həyatda ən böyük arzum yaxın adamlarıma sədaqətli olmaq, cəmiyyətə xidmət etmək və qocalara yardım əli uzatmaqdır.
Həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu necə bilərik?
Hörmətli oğul, bu, öz xəstəliyi ilə ata-anasını məyus edən övladdır.
Xalqı ləyaqətlə idarə etsəniz, insanlar hörmətli olacaq. Xalqla yaxşı davranarsınızsa, insanlar səylə çalışacaqlar. Fəzilətli insanları uca tutsanız, biliksizlərə yol göstərsəniz, insanlar sizə etibar edəcəklər.
Xeyirxah bir insan özünü yetişdirərkən başqalarını da yetişdirmək istər. Öz bilgisini genişləndirərkən başqalarının bilgisini də inkişaf etdirməyə çalışar.
Xeyirxah mərd və sarsılmaz olar.
Xeyirxah təklikdə qalmaz. Onun mütləq qonşusu olacaq.
Xəta etmək bir şey deyil, onu unutmaq pisdir.
Xoşbəxt olmaq üçün olduğunuz andan daha yaxşı bir an olduğuna qərar vermək üçün gözləməyi dayandırın.Xoşbəxtlik hədəf deyil, səyahətdir. Çoxları xoşbəxtliyi insandan yüksək, bəziləri daha aşağı axtarır. Ancaq xoşbəxtlik insanın boyu ilə eyni səviyyədədir.
Xoşbəxtlik səni başa düşəndə, böyük xoşbəxtlik səni sevəndə, əsl xoşbəxtlik sevdiyin vaxtdır.
İdarə etmək dürüstlük deməkdir. Sən doğru idarə etsən səhv olmağa kimsə cəsarət edə bilməz.
İdarəetmənin dörd rüsvayçı üsulu: qabaqcadan xəbərdarlıq etmədən işdən qovmaq - bu, qəddarlıqdır; möhlət vermədən işçidən nəticə tələb etmək - bu, zorakılıqdır; işçi ilə ədavət aparmaq - bu, nadanlıqdır; işçinin əməkhaqqını kəsmək - bu, ədalətsizlikdir.
İnsan ancaq öz təkəbbüründən əl çəkdikdən sonra cəmiyyətlə ayaqlaşa bilər.
İnsanın davranışını müşahidə edin, əməllərinin səbəbini dərk edin,onun asudə vaxtında ona baxın. O halda, bu insan sizin üçün sirr olaraq qalacaqmı?
İnsanın ölüm anındakı sözləri çox qiymətlidir.
İnsanlar bir-birini qardaş bilməlidir.
İnsanlar məni tanımır deyə üzülməyəcəm; insanları tanımıram deyə üzüləcəm.
İnsanlar özləri üçün var-dövlət və şöhrət istəyirlər. Əgər bunları düzgün yolla əldə etmək mümkün deyilsə, onlardan çəkinmək lazımdır. İnsanlar yoxsulluqdan və şöhrətsizlikdən qorxurlar. Amma hər ikisi labüddürsə, o halda şərəfini itirmədən onları qəbul etmək lazımdır.
İnsanlar sahib olduqlarını kiçik hesab edər, sahib ola bilmədiklərini əhəmiyyət verər.
İnsanlar təbiətcə bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar.
İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin onsuz da öləcəklər.
İnsanların məni başa düşməməsindən yox, mənim insanları başa düşməməyimdən kədərlənirəm.
İnsanların səni tanımadıqlarından narahat olma, sən insanları tanımadığına görə narahat ol.
İnsanların ümidləriylə oynama, bəlkə də tək sahib olduqları şey odur.
İntiqam səfərinə çıxacaqsansa, özün üçün də bir məzar qaz.
Kamandan ox atmaq bizə həqiqəti necə tapmağı öyrədir. Oxatan yanılanda günahı başqalarında yox, özündə axtarır.
Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır. [3]
Kamil insan öz-özlüyündə ciddi, böyüklərə xidmət edərkən ehtiramı əldən verməyən, xalqa qarşı çox incə olan və onları idarə edərkən də ədalətli davranan şəxsdir.
Kasıb paltarından və kobud qidasından utanan, amma həqiqət axtaran alim! Daha nə deyəsən?
Kəndin sevimlisi - fəzilətin düşməni.
Kəskin sözlər fəziləti, xırda işlərdəki təmkinsizlik isə böyük işləri məhv edir.
Kiçik işlərlə məşğul olsanız, böyük işlərdə uğur qazana bilmərsiniz.
Kiçik üstünlüklərin arxasından qaçarkən böyük müvəffəqiyyətləri qaçıra bilərsiniz.
Kiçiklər ot kimidir, böyüklər isə külək: külək nə istiqamətə əsərsə, otlar da o istiqamətə əyilər.
Kim ki, oxuyur, ancaq düşünmür, o, çaşqınlıqda qalacaq. Kim ki, düşünür, amma oxumaq istəmir, o, çətin vəziyyətə düşəcəkdir.
Kimin doğru olduğunu müzakirə etməyin, nəyin doğru olduğuna qərar verin.
Kimsə deyib: “ Düz deyirlərmi ki, pisliyə yaxşlıqla cavab vermək lazımdır?” Müəllim dedi: “ O halda, yaxşılığın əvəzini nəylə vermək lazımdır? Pisliyin əvəzini ədalətlə, yaxşılığın əvəzini isə yaxşılıqla vermək lazımdır”.
Köhnə məlumatlardan bəhrələnərək yeni məlumatlar əldə etmək təlim-tərbiyənin təməlidir. Bu işi bacaran insan müəllim sayıla bilər.
Köhnəni canlandır, amma yenini də bil, bax o zaman öyrədici ola bilərsən.
Köhnəyə müraciət edən yeni şeylər açmaq bacarığına malikdir, müəllim olmağa layiqdir.
Qadınların düşündüyünü, adətən, kişilər həyata keçirirlər.
Qadınlarla və nanəcib insanlarla düzgün ünsiyyət qurmaq çox çətindir. Əgər onları özünə yaxınlaşdırsan, sırtıq olacaqlar, uzaqlaşdırsan, nifrət edəcəklər.
Qaranlığı lənətləməkdənsə, bir şam yandır.
Qayda-qanun olan ölkədə hərəkətlərində, danışığında cürətli ol. Qayda-qanun olmayan ölkədə hərəkətlərində cürətli, danışıqlarında isə ehtiyatlı ol.
Qədim dövrlərdə insanlar özlərini təkmilləşdirmək üçün təhsil alırdılar. Bu gün başqalarını təəccübləndirmək üçün oxuyurlar.
Qədimdə insanlar çox danışmağı sevməzdilər. Onlar öz sözlərinin arxasınca çata bilməyəcəklərini özləri üçün rüsvayçılıq hesab edirdilər.
Qədimdə insanlar elmi kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün onu dünyanı fəth etmək naminə öyrənirlər.
Qənaət sahibi olmayan ömrü boyu əziyyət çəkəcək.
Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan.
Qəzəbli adamları eşitmək zülmün başlanğıcıdır.
Qisas almaqdan qabaq iki qəbir qaz.
Qiymətli bir insan gördüyümüz zaman onun kimi olmağı düşünməliyik. Dəyərsiz bir kimsəyə rast gəldiyimiz zaman geri dönməli və özümüzü araşdırmalıyıq.
Qiymətli daşı sürtmədən cilalamaq olmaz. İnsan da kifayət qədər cəhdlər etməsə, uğur qazana bilməz.
Qışqıranın səsi pis eşidilər.
Qocalıq, inanın mənə, yaxşı və xoş bir şeydir. Düzdür, sizi yavaş-yavaş səhnədən düşürürlər, amma sonra sizə tamaşaçı kimi rahat bir tövlə verilir.
Qocalıq qarın yağması kimi qəfildən gəlir: səhər durub görürsən ki, dörd bir tərəf ağa bürünüb.
Ləyaqətli adamla danışmamaq adamı, ləyaqətsiz adamla danışmaq isə sözləri itirməkdir.
Ləyaqətli insan başqalarınn ardınca getmir. Dünya işlərini qiymətləndirən nəcib insan heç nəyi rədd etmir, heç nəyi bəyənmir, hər şeyi ədalətlə ölçür.
Ləyaqətli insan geniş idraka və möhkəm ruha malikdir. Onun daşıdığı yük ağır, getdiyi yol isə uzaqdır. Onun daşıdığı yük insanlıqdır. Məgər bu yük ağır yük deyilmi? Onun getdiyi yolu yalnız ölüm başa çatdıra bilər.Məgər o yol uzaq deyil?
Ləyaqətli insanla rastlaşanda ona necə bərabər olmağın barədə düşün. Nanəcib insanla rastlaşanda isə özünə bax və özünü mühakimə et.
Lovğalıq insanın bütün yaxşı xüsusiyyətlərini məhv edir.
Məgər əsl insanlıq bizdən uzaqdadır? Əgər sən onu istəsən, o həmin an sənin yanında olar!
Məqsədə çatmaq üçün öz canını fəda etmək böyük insanlara xas olan keyfiyyətdir.
Məlumat insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlı olmaq qorxudan qurtarar.
Məlumata sahib olaraq doğulmuş biri deyiləm. Öyrətməyi sevirəm və öyrənməyə çalışıram.
Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim.
Mən çox şeyi müəllimlərimdən öyrəndim, daha çox şeyi yoldaşlarımdan, bundan da çox şeyi şagirdlərimdən öyrəndim.
Mən eşidirəm və unuduram. Mən görürəm və yadımda saxlayıram. Mən edirəm və dərk edirəm.
Mən həqiqəti qarşıma məqsəd qoydum, fəziləti köməkçim etdim, insanlıqda özümə dayaq, incəsənətdə istirahət tapdım.
Mən hətta iki nəfərdən ibarət cəmiyyətdən nəsə tapıb öyrənəcəm. Onların üstünlüyünü təqlid etməyə çalışar, nöqsanlarından isə özüm üçün nəticə çıxararam.
Mən məqsədimə çatmaq, həqiqətimi həyata keçirmək üçün tək yaşayıram. Mən bu sözləri eşitmişəm, amma heç vaxt belə bir adama rast gəlməmişəm.
Məni narahat etmir ki, məni başqaları tanımır, məni narahat edir ki, mən başqalarını tanımıram.
Mərhəmət dolaşan yer gözəldir. Məgər onun kənarlarında yaşamayıb müdrikliyə çatmaq olarmı?
Mərhəmətli insan uzun müddət sıxıntıda, eləcə də bekar qala bilməz.
Məsləhəti yalnız öz cahilliyini bilib bilik axtarana ver.
Milləti itaətə məcbur etmək olar, lakin elm öyrənməyə yox.
Möhkəm orta- fəzilətlərin ən yüksəyidir. Amma çoxdandır ki, insanlar arasında ona nadir halda rast gəlinir.
Müdrik həyəcanın, insanpərvər qayğının, qoçaq qorxunun nə olduğunu bilmir.
Müdrik adam özünə rəva görmədiyi şeyi başqasına da rəva görməz.
Müdrik insan, nə qədər çətin olursa-olsun, xidmət etməyi ön plana keçirər. Ondan nə fayda hasil ediləcəyi isə sonra düşünüləcək bir məsələdir.
Müdrik insan ona edilməsini arzu etmədiyi şeyi başqalarına etmir.
Müdriklik adamların necə inkişaf etdiyini diqqətlə izləməkdən yaranır.
Müəllim dedi: “Deyəsən, mənim işim ümidsizdir. Mən səhvlərini bilib özü qarşısında günahını boynuna alan adama hələ rast gəlməmişəm”.
Müəllim dedi: “Kobud qida yemək, bulaq suyu içmək, başını dirsəyinə söykəyib yatmaq - bunların hamısında bir sevinc vardır. Ədalətsiz əldə edilmiş var-dövlət və şöhrət isə mənim üçün üzən buludlardır!”
Müəllim dedi: “Qarşımda yaxşılıq görəndə qabağa qaçıram ki, geridə qalmayım. Qarşımda pislik görəndə oradan sanki ayaqlarım qaynar suya düşmüş kimi qaçıram”.
Müəllim dedi: “Mən başa düşə bilmirəm: necə ola bilər ki, etibar etmədiyin adamla iş görəsən? Oxu olmayan araba ilə necə hərəkət etmək olar?”
Müəllim dedi: “Mən qadın gözəlliyini sevdikləri qədər fəziləti sevən adama rast gəlməmişəm”.
Müəllim dedi: “Mən uydurmur, ancaq ötürürəm. Keçmişə inanır və onu sevirəm”.
Müəllim dedi: “Müdrik insan sulara, mərhəmətli insan isə dağlara sevinir. Müdrik fəaldır, mərhəmətli sakitdir. Müdriklər həyata sevinir, mərhəmətlilər uzun ömür sürürlər”.
Müəllim dedi: “Nəcib insan alət deyil”.
Müəllim dedi: “On evdən ibarət istənilən kənddə fəzilətdə məndən üstün olan adam tapılar, amma oxumağa olan sevgimə bərabər adam tapılmaz”.
Müəllim dedi: “Şagirdlərim! Elə zənn edirsiniz ki, sizdən nə isə gizlədirəm? Yox, sizdən heç nə gizlətmirəm. Mən yalnız sizə məlum olanları deyirəm”.
Müxtəlif yollarla gedən insanlar bir yerdə işləyə bilməzlər.
Müvafiq biliyə malik olmayan hörmət əzaba, ehtiyatlılıq qorxaqlığa, cəsurluq ağılsızlığa, açıqürəklilik kobudluğa çevrilir.
Nadan həmişə adamların onu tanımadığından, müdrik isə əksinə, onun adamları tanımamasından gileylənir.
Necə ki almaz yonulmadan gözəlləşə bilməzsə , insan da dərd çəkmədən yetkinləşə bilməz.
Nə axtardığını bilməyən tapdığını anlaya bilməz.
Nə qədər yavaş getdiyiniz önəmli deyil, əsas odur ki dayanmayasınız.
Nə vaxt görsəniz ki, məqsədə çatmaq mümkün deyil, məqsədi yox, hərəkət planını dəyişin.
Nəcib adam həyatında üç şeydən uzaq olmalıdır: həyat gücü bol olan gənclikdə qadınlarla maraqlanmaqdan, həyat gücü qüdrətli olan yetginlikdə rəqabətdən, həyat gücü kasad olan qocalıqda isə xəsislikdən.
Nəcib insan bədbəxtliyə mətinliklə sinə gərir, nanəcib isə daha da açılır.
Nəsib insan doyunca yeməyə və varlı yaşamağa cəhd etmir. O, işlərində tələsir, danışığında ləngiyir. O, fəzilətli insanlarla ünsiyyət quraraq özünü nizamlayır. Belə insan haqqında demək olar ki, o özünü oxumağa həsr edib.
Nəcib insan hamı ilə razılıqla yaşayır, nanəcib isə özünə bənzərlərini axtarır.
Nəcib insan heç kimdən yalan gözləmir, amma onu aldadırlarsa, o bunu birinci olaraq hiss edir.
Nəcib insan hər şeydən əvvəl oz vəzifəsinə hörmətlə yanaşır.Cəsur olub vəzifəsini bilməyən nəcib insan qiyamçı, nanəcib isə soyğunçu olar.
Nəcib insan insanlara özündə xeyirxahlığı görməyə kömək edir, pis şeyləri görməyi isə öyrətmir. Nanəcib isə tam əksinə edir.
Nəcib insan qəzəbi də, mərhəməti də eyni ləyaqətlə qarşılayır.
Nəcib insan qida haqqında yox, ədalətli yol barəsində düşünür. O, tarlada çalışıb ac qala bilər. O özünü oxumağa həsər edər, çoxlu mükafat qəbul edə bilər. Ancaq o, yoxsulluq barəsində yox, ədalətli yol haqqında narahat olur.
Nəcib insan lazımi, nanəcib insan isə sərfəli şey barəsində düşünür.
Nəcib insan ləyaqətlə Səmanın hökmünü, nanəcib insan isə təlaş içində uğur gözləyir.
Nəcib insan öz üstünlüyünü bilir, amma rəqabətdən qaçır. O hamı ilə yola gedir, amma heç kimlə sövdələşməyə girmir.
Nəcib insan özünə, nanəcib insan isə başqalarına qarşı tələbkardır.
Nəcib insanlar başqalarının ardınca getmir, onlarla əmin-amanlıqda yaşayırlar. Nanəcib adamlar isə başqalarının ardınca gedir, amma onlarla razılıqda yaşamırlar.
Nəcib ruh sakit olur. Nanəcib insan həmişə təlaşlı olur.
Nəyi ki, özünə arzu etmirsən, onu insanlara (başqalarına) etmə.
Nümunəvi insanlar ədaləti anlar. Ədaləti anlamayan ədalətsiz olar.
Nümunəvi insanlar yumşaq xasiyyətlidir Və hirslənməkdən qaçınarlar.
Oxumaq və vaxtı gələndə ondan istifadə etmək gözəl deyilmi! Uzaqdan gələn dostla söhbət etmək sevinc deyilmi! Ləyaqətinə görə qiymətləndirilməmək və inciməmək ucalıq deyilmi!
Oxumağa üç il sərf edib yüksək vəzifə tutmaq istəməyən adama rast gəlmək asan deyil.
On beşdə ürəyim öyrənməyə başladı; otuzda mən möhkəm dayandım; qırxda artıq şübhəm qalmadı; əllidə mən cənnət mandatını bilirdim; altmışda qulağım itaətkar idi; Yetmiş yaşımda normanı aşmadan ürəyimin istəyini yerinə yetirə bildim.
Orta - müdrikliyə ən yaxın olan nöqtədir: bu nöqtəyə çatmamaq, onu keçmək kimi bir şeydir.
Sevdiyiniz peşəni seçin. Beləcə bir gün belə işləmək məcburiyyətində qalmazsınız.
Səbrin bitdiyi yerdə dözüm başlayır.
Səhvi düzəltməmək ən böyük səhvdir.
Səni başa düşürlərsə, bu, xoşbəxtlikdir. Səni sevirlərsə, bu, böyük xoşbəxtlikdir. Sən sevirsənsə, bu, həqiqi xoşbəxtlikdir.
Sizə hecə rəftar edilməsini istəyirsinizsə, siz də insanlara qarşı elə rəftar edin.
Soyuqlar düşəndə ən axırıncı şam və sərv ağaclarının öz geyimlərini itirdikləri məlum olur.
Söhbətə layiq olan adamla söhbət etməmək,həmin adamı itirmək deməkdir. Söhbətə layiq olmayan adamla söhbət etmək isə sözləri itirmək deməkdir. Müdrik insan nə insanları, nə də sözləri itirir.
Söz doğru, hərəkət isə qəti olmalıdır.
Sözlərin gücünü anlamadan, insanların gücünü anlaya bilməzsən.
Sözlərin qüvvətini bilməyən insanlarla əsaslı bir mövzunu danışmaq mümkün deyil.
Susmaq- heç vaxt xəyanət etməyən böyük dostdur.
Susmaq, insanı ələ verməyən sadiq bir yoldaşdır.
Suya daş atarkən hər dəfə dairənin mərkəzinə düşürsən.
Şagirdlərindən biri Konfutsiyə, “Ölüm nədir?” deyə sual verəndə, Konfutsinin, şagirdinə cavabı belə olub: “Həyat haqqında nə bilirsən ki, sənə ölümdən bəhs edim?”
Taleyi dərk etmədən nəcib insan olmaq olmaz. Lazımi şeyi dərk etmədən həyatda dayaq əldə etmək mümkün deyil. Sözlərin əsl mənasını dərk etməyi öyrənmədən insanları tanımaq olmaz.
Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver.
Tanrım! Səndən başqa hər şeyi olanlara yazığım gəlir.
Tarixi öyrən, tarixi öyrən. Dövlətçiliyin bütün sirləri tarixdə yatır.
Təbiətinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar.
Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar.
Təklikdə öz günahlarını düşün, cəmiyyət içində öz günahlarını unut. İnsan öz əsrini aydın dərk edəndə əhval-ruhiyyəsi yazşılaşıb sabitləşir. Əhval-ruhiyyə sabitləşəndə ürəkdə dinclik bərqərar olur. Ürəkdə dinclik olanda insan öz niyyətini həyata keçirməyə qadir olur.
Tələbənin ən mühüm vəzifəsi vicdanlı və səmimi olmasıdır. Onunla bərabər səviyyədə olmayanlarla yoldaşlıq etməsin. Xəta etdikdə isə düzəltməkdə tərəddüd etməsin.
Təlim görməmiş insanları müharibəyə yollamaq onları satmaq deməkdir.
Təvazökar olaraq danışmayan bir adam, zamanla bununla əlaqədar bütün sözləri də unuda bilər.
Üç şey heç vaxt geri qayıtmır: zaman, söz, imkan. Ona görə də vaxtı itirmə, sözlərini seç, imkanı əldən vermə.
Üç yol biliyə aparır: 1.Düşüncə yolu - bu yol ən alicənab yoldur. 2.Təqlid yolu - bu, ən asan bir yoldur. 3. Təcrübə yolu - bu, ən acı yoldur.
Ürəyinizcə olan iş seçin ki, ömrünüz boyu bir gün də olsa belə işləməyəsiniz.
Üstün insanın izlədiyi yol geniş və uzaqlara çatır, lakin gizlidir. Adi kişilər və qadınlar, nə qədər cahil olsalar da, onun biliklərinə qarışa bilərlər; lakin onun ən yüksək nöqtəsində hətta müdriklərin də bilmədiyi bir şey var. Adi kişilər və qadınlar, adi xarakter standartlarından nə qədər aşağı olsalar da, bunu praktikada həyata keçirə bilərlər; lakin onun ən yüksək həddə çatdığı bir şey var ki, hətta müdrik də onu həyata keçirə bilmir. Yer və göy nə qədər böyük olsa da, insanlar hələ də onlarda narazı qalacaq bəzi şeylər tapırlar. Beləliklə, əgər üstün insan öz yolundan bütün böyüklüyü ilə danışsa, dünyada heç bir şey onu qəbul edə bilməyəcək və o, onun kiçikliyi ilə danışsa, dünyada heç bir şey tapılmayacaq.
Üstün insan, öyrənmədiyi bir şey varsa və ya öyrəndiyi şeydə başa düşə bilmədiyi bir şey varsa, zəhmətinə ara verməz. Araşdırmadığı, soruşduqlarında bilmədiyi bir şey olsa da, işinə ara verməz. Üzərində düşünmədiyi və ya düşündüyü şeydə qavramadığı hər hansı bir şey olsa da, işinə ara verməz. Ayrı-seçkilik etmədiyi və ya ayrı-seçkiliyi aydın olmayan bir şey olsa da, işinə ara verməz. Əgər əməl etmədiyi bir şey varsa və ya əməli ciddi şəkildə uğursuz olarsa, o, işini dayandırmaz. Başqa bir insan bir səylə uğur qazanarsa, yüz zəhmət sərf edər. Başqa bir adam on cəhdlə uğur qazansa, min cəhd edər. Qoy insan bu yolla getsin və küt də olsa, mütləq ağıllı olacaq; zəif olsa da, şübhəsiz ki, güclü olacaq.
Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Ya Rəbb, mənə kitabla dolu bir ev və çiçəklə dolu bir bağça versən yetər.
Yaxşı idarəetmənin sirri: hökmdar hökmdar kimi, əsabələr əsabə kimi, ata ata kimi, oğul oğul kimi olmalıdır.
Yaxşı insan, gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən adamdır.
Yaxşı insanlar həmişə məğlub olurlar. Çünki ədalətli döyüşürlər.
Yaxşılığı yaxşılıqla, pisliyi də ədalətlə qarşıla.
Yalnız ən müdriklər və ən axmaqlar heç vaxt dəyişilmirlər.
Yalnız əsl insan sevməyə və nifrət etməyə qadirdir.
Yalnız həqiqi insani insan həm sevməyi həm də nifrət etməyi bacarır.
Yalnız keçmişi davam etdirməklə gələcəyə çatmaq olar.
Yalnız özündə nadanlığı aşkar edib bilik axtarana məsləhət ver. Yalnız öz fikirlərini söyləyə bilməyənə kömək et. Kvadratın bir bucağını tapıb o biri üçünü təsəvvürünə gətirməyi bacaranı öyrət.
Yeganə mövcud səhv-keçmiş səhvlərini düzətməməkdir.
Yer və Göy bir-birindən ayrı olsa da, onlar bir iş görürlər.
Yetkin insan gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən adamdır.
Yol insanı yox, insan yolu genişləndirir.
Yüksək rütbən olmadığına görə narahat olma. Bu yüksək rütbəyə layiq olub-olmadığın barədə narahat ol. Səni tanımadıqları üçün narahat olma. Sən tanınmağa layiq olub-olmadığın barədə narahat ol.