Alban təqvimi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür.[1] Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır.
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Cənubi Qafqaz təqvimləri
redaktəQədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur.
Erməni dilində | Gürcü dilində | Alban dilində | Qriqorian təqvimi |
---|---|---|---|
նաւասարդ (navasardi) | Axaltslisa | Navasardos | Avqust |
հոռի (horhi) | Seteli | T'ule | Sentyabr |
սահմի (sahmi) | Teriati | Namos' | Oktyabr |
տրէ (tre) | Tristini | Çil | Noyabr |
քաղոց (kaqots) | Apani | Bokavon | Dekabr |
արաց (aratz) | Novtzeni | Mare | Yanvar |
մեհեկան (maxetsi) | Nivnçani | Boceone | Fevral |
արեգ (areq) | İqaçay | J'qul | Mart |
ահեկան (ahekan) | Vardupay | Bontoke | Aprel |
մարերի (mareri) | Marçini | Orili | May |
մարգաց (marqaç) | Bubas | Exna | İyun |
հրոտից (hrotiç) | Kuraluban | Baxna | İyul |
Aylar
redaktəNavasardun
redaktəAlban təqvimində ilk ay olmuşdur. Əslən orta pəhləvi dilində olub "yeni il" mənasına gəlir.
T'ule
redaktəAlban təqviminin ikinci ayı. T'ul — albanca olub, "şərablıq üzüm" deməkdir.[2] Udi dilində də üzüm mənasına gəlir.[Qukasyan 1]
Namos'
redaktəAlban təqviminin üçüncü ayı. Bu ad üçün iki ehtimal irəli sürülüb. Bir ehtimala görə o farsca ibadət mənasına gələn "namaz" sözündəndir, ikinci bir ehtimala görə isə bu yenə farsca olan "nəm" sözündən gəlir.
Çil
redaktəTəqvimin dördüncü ayıdır. Udi dilində "toxum" mənasına gəlir.[Qukasyan 2]
Bokavon
redaktəTəqvimin beşinci ayı. Udi dilindəki "yığmaq, dərmək" mənasına gələn[Qukasyan 3] "bok'sun" sözündən yarandığı güman edilir.[3]
Altı və yeddinci aylar
redaktəAlban təqviminin altıncı və yeddinci aylarının mənası barədə etimoloji təklif irəli sürülməmişdir.
J'qul
redaktəAlban təqviminin səkkizinci ayıdır. Udi dilində "yaz, bahar" mənasına gəlir.[Qukasyan 4]
Doqquz və onuncu aylar
redaktəBu ayların adlarının mənası haqqında məlumat yoxdur və Udi dili ilə də açıqlanmır.
Exna
redaktəAlban təqviminin on birinci ayıdır. Udi dilində "ex" sözü "biçin" mənasına gəlir.[Qukasyan 5]Gürcü və Erməni təqvimindəki paralel aylar da "biçin ayı" mənası verir.[4]
Baxna
redaktəAlban təqviminin son ayıdır. Udi dilində be'q' sözü "günəş" mənasına gəlir.[Qukasyan 6]
Mənbə
redaktə- Jost Gippert, Annual of Armenian Linguistics 9, 1988, 35–46.
İstinadlar
redaktə- ↑ Nouveau journal asiatique: ou recueil de mémoires, d'extraits et de Notices. Cild 10. Səh 527.
- ↑ P. İnqorokva, "Jvel-kartuli c‘armartuli k‘alendari 2", Sakartvelos muzeumis moambe 7, 1931–32, səh.300
- ↑ W. Schulze, Die Sprache der Uden in Nord-Azerbajdžan, Wiesbaden 1982, səh.284
- ↑ E. Dulaurier, Recherches sur la chronologie arménienne, t.1, Paris 1859, səh. 167
Voroşil Qukasyan — Udincə-Azərbaycanca-Rusca lüğət, Bakı, "Elm", 1974: