Oktavian Avqust

(Oktavian səhifəsindən yönləndirilmişdir)

Sezar Avqust (23 sentyabr e.ə. 63[1][2], Roma[5]19 avqust 14[1][3]) — Oktavian olaraq tanınan, e.ə. 27 — eramızın 14-cü ilinə qədər hakimiyyətdə olan ilk Roma imperatoru. Roma Prinsipatının (Roma imperiyasının ilk mərhələsi) qurucusu olması onun insanlıq tarixinin ən təsir gücünə malik başçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdi.[6] Avqustun hakimiyyəti Pax Romana adlanan dinclik dövrünün başlanğıcını qoydu. İmperiyanın ərazisini genişləndirmək uğrunda sərhədlərdə davam edən işğallara və 4 fərqli imperator tərəfindən idarə olunması ilə nəticələnən bir illik vətəndaş müharibəsinə baxmayaraq, romalılar iki əsrdən çox genişmiqyaslı münaqişələrdən uzaq qaldı.

Oktavian Avqust
lat. Imperator Caesar Divi f. Augustus
bayraq
I Roma İmperatoru
bayraq2
16 yanvar e.ə. 27 – 19 avqust 14
ƏvvəlkiYuli Sezar
SonrakıTiber Sezar Avqust
Şəxsi məlumatlar
Doğum adı C. Octavius C.f.[4]
Doğum tarixi 23 sentyabr e.ə. 63[1][2]
Doğum yeri
Vəfat tarixi 19 avqust 14[1][3] (76 yaşında)
Atası Qay Yuli Sezar
Uşaqları
Ailəsi Yulilər-Klavdilər
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsl adı Qay Oktavi olan Avqust pleybeylərin ekvit qoluna mənsub köklü və varlı bir ailədə dünyaya göz açdı. Anasının dayısı Qay Yuli Sezar e.ə. 44-cü ildə qətlə yetirildi və Sezarın vəsiyyətinə əsasən, Avqust onun oğulluğu və varisi elan olundu; beləcə, Sezarın adı, mal-mülkü və legionları ona miras qaldı. Avqust, Mark AntoniMarkus Lepid Sezarın qatillərini məğlub etmək üçün İkinci Triumvirat qurdular. Filippi döyüşündən (e.ə. 42-ci il) sonra Triumvirat üzvləri Roma İmperiyasını öz aralarında böldü və onu de facto diktatorlar olaraq idarə etdilər. Üzvlərin öz məqsədləri uğrunda daim bir-biri ilə yarışması Triumviratın parçalanmasına gətirib çıxardı; Lepid e.ə. 36-cı ildə sürgün olundu və Oktavian e.ə. 31-ci il Aksi döyüşündə Antonini məğlub etdi.

İkinci Triumviratın süqutundan sonra, Avqust hakimiyyəti Senata, icraçı magistratlaraqanunverici məclisə verərək, azad respublikanı zahirən bərpa etdi. Buna baxmayaraq, o, Senatın ona ən yüksək hərbi vəzifə, tribuna və senzor səlahiyyəti verməsinə nail olaraq, öz diktator hakimiyyətini qoruyub saxladı. Oxşar qeyri-müəyyənlik onun seçdiyi adlarda da özünü göstərirdi; belə ki, o, monarx titullarını rədd etdiyi halda, özünü Prinseps adlandırması Avqust titulundan istifadə etməsi faktı ilə üst-üstə düşürdü.

Həyatı

redaktə
 
Yuli Sezarın öldürülməsi

Oktavian Avqust tarixə Roma İmperiyasının əsasını qoymuş imperator kimi düşmüşdür. Məhz o, e.ə. I əsrdə Romanı dağıdan vətəndaş müharibələrinə son qoyaraq, 200 il ərzində ölkənin sabitliyinə və çiçəklənməsinə səbəb olmuş yeni Roma hökuməti təşkil etmişdir.

 
Mark AntoniKleopatra

Qay Oktavius (əsasən Oktavian kimi tanınan; 35 yaşında ikən Avqust titulunu almışdır) e.ə. 63-cü ildə anadan olmuşdur. O, gənc yaşında ikən Romanın məşhur siyasətçisi olmuşdur. Yulius Sezarın öz övladı olmadığından bacarıqlı gənc Oktavianı oğulluğa götürərək, siyasi karyerasında ona köməklik göstərmişdir. Belə ki e.ə. 44-cü ildə Yuli Sezar öldürüldükdə gənc tələbə Oktavianın 18 yaşı var idi. Yuli Sezarın ölümü Romanın müxtəlif hərbi və siyasi qrupları arasında çəkişmələrə səbəb olmuşdur. Oktavian tezliklə Sezarın bir neçə legionunun dəstəyini qazana bilmişdir, lakin ordunun əksəriyyəti Mark Antoniyə üstünlük verirdilər. Nəticə etibarilə Qərbi Roma Oktavianın, Şərqi Roma isə Antoninin təsir dairəsində qalmaqda davam edirdi. Bu vəziyyət bir müddət sürdükdən sonra Antoninin Kleopatra ilə sevgi romanına başının qarışmasından istifadə edən Oktavian öz mövqelərini bir daha möhkəmləndirdikdən sonra Antoniyə müharibə elan edir. Aksium burnu yaxınlığındakı məşhur dəniz döyüşündə Oktavian qələbə çalır. Antoni və Kleopatra ozlərinə qəsd edərək ölürlər.

 

Qəddarlıqla hakimiyyətə gələn Oktavian sülhsevərlik göstərərək senatorları sakitləşdirmək üçün e.ə. 27-ci ildə respublikanın bərpa olunduğunu elan edir və bir çox səlahiyyətlərini yerə qoyur, lakin əsas ordunun yerləşdiyi İspaniya, Qalliya, Suriya üzərindəki hökmranlığı öz əlində saxlamaqla faktiki hakimiyyəti öz əlində saxlamış olur. Senat onun Avqust titulu almasına səs versə də o, monarxlığı qəbul etmir. Roma respublika olaraq qalır. Avqust sadəcə Prinseps (ilk və ya birinci vətəndaş) statusuna malik olmuş olur. Senat onun bütün qərarlarını təsdiqləməyə hazır idi. Faktiki o diktatora çevrilmiş olur. E.ə. 14-cü ildə onun ölümündən sonra vərəsəliklə Avqust titulu oğulluğuna keçməklə Roma respublikadan monarxiyaya keçmiş olur. Oktavian Romanı 40 il idarə etmişdir. Onun apardığı siyasət uzun müddət Avropada iz buraxmışdır. Onun vaxtında Roma ordusu İspaniyanı, İsveçrəni, Qalatiyanı (Kiçik Asiyanı) fəht etmiş olur. Romanın şimal sərhədləri Reyn və Dunaya qədər çatmış olur.

 
Aksium burnu yaxınlığındakı məşhur dəniz döyüşündə Oktavianın qələbəsi

Avqust çox bacarıqlı inzibatçı olmuşdur. O vergi və maliyyə sistemində təftəş və islahatlar keçirmişdir. O, ordunu yenidən quraraq daimi donanma yaratmışdır. O, eyni zamanda şəxsi mühafizə dəstəsini — pretorian qvardiyasını yaratmışdır. Onun zamanında Romada çoxlu yollar salınmış, ictimai binalar, məbədlər tikilmiş, şəhərin yeni strukturu qurulmuşdur, nikah və uşaqların tərbiyəsi haqqında qanunlar qəbul edilmişdir. Bu dövr Roma ədəbiyyatının qızıl dövrü sayılır. Bu illər məşhur böyük şair Vergilius, yazıçılar Qorasius, Tit Livius yaşamışlar. Onun öz övladı olmadığından Tiberius oğulluğa götürmüş və varisi elan etmişdir.

 
Avqust məqbərəsi

Yulius-Klavdius sülaləsinin zaman xətti

redaktə
NeronKlavdiKaliqulaTiberiOktavian Avqust