Mark Antoni
Mark Antoni (e.ə. 83[1], Roma, Qədim Roma[3] – e.ə. 30[1], İsgəndəriyyə, Ellin Misiri[d][4][5][…]) — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı.
Mark Antoni | |
---|---|
lat. M.Antonius M.f.M.n. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 83[1] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 30[1] |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Atası | Kritli Mark Antoni[2][1][…] |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Roma respublikası |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
E.ə. 43-cü ildə Mutin şəhəri yaxınlığında senat qoşunlarına məğlub olduqdan sonra Oktavian Avqust və Mark Emili Lepid ilə ittifaqa girmiş (2-ci triumvirat), e.ə. 42-ci ildə Oktavianla birgə Sezarın qatilləri Brut və Kassini məğlub etmişdi. Bundan sonra imperiyanın şimal əyalətlərini idarə edən Antoni, Misir hökmdarı Kleopatra ilə yaxınlaşmış və Misirə arxalanaraq hakimiyyət uğrunda Oktavianla mübarizəyə başlamışdı. E.ə. 36-cı ildə Antoni 100 minlik qoşunla Atropatenaya hücum etmiş, lakin tələfat verərək (təqr. 24 min nəfər) geri çəkilmişdi. Aksi vuruşmasında (e.ə. 31) məğlub edilən Antoni Misirə qaçmış və Oktavianın qoşunları Misirə daxil olduqda özünü öldürmüşdü.
Mark Antoni və Kleopatra
redaktəKörpə oğlu ilə müştərək hakimiyyəti vasitəsilə Kleopatranın Misir hakimiyyətindəki mövqeyi həmişə olduğundan daha möhkəm idi. Hələ də Nil daşqınları məhsul qıtlığına, infiliasiya və aclığa səbəb olurdu. Elə bu vaxt Romada Sezarın mütəffiqlərinin ikinci triumviratı (Mark Antoni, Oktavian və Lepid) və Sezarın sui-qəsdçiləri Brut və Kassius arasında münaqişə gedirdi. Hər iki tərəf Misirdən dəstək istədi və bir qədər yubatdıqdan sonra Kleopatra Sezarın Misirdə yerləşdirdiyi dörd Roma legionunu triumvirata dəstək üçün göndərdi. E.ə. 42-ci ildə Filip döyüşündə Brut və Kassinin qüvvələrini məğlub etdikdən sonra, Mark Antoni ve Oktavian Romada hakimiyyəti öz aralarında böldülər. Az sonra Mark Antoni Sezarın sui-qəsdinin mürəkkəb nəticəsində oynadığı rolu izah etmək üçün Kleopatranı Klikiya şəhəri olan Tarsusa çağırdı. Plutarx tərəfindən qeydə alınan rəvayətə görə Kleopatra Tarsusa gözəl bir gəmidə gəlmişdi və İsidanın xalatını geyinmişdi. Antoni onun gözəlliyinə valeh olmuşdu. O, Kleopatranın kiçik bacısı və rəqibi, həmin vaxt sürgündə olan Arsinoeni aradan qaldırmağa kömək edəcəyinə dair vəd verərək Misiri və Kleopatranın tax-tacını qoruyacağı barədə razılığa gəldi. Kleopatra Misirə geri döndü, ondan az sonra 3-cü arvadı Fulviya və uşaqlarını Romada qoyan Antoni onun arxasınca Misirə getdi. O, e.ə. 41–40-cı illərin qışını İskəndəriyyədə keçirdi və bu dövr ərzində o və Kleopatra məşhur "misilsiz qaraciyərlər" adlanan kef məclisini (içki cəmiyyətini) təşkil etdilər. E.ə. 40-cı ildə Antoni Romaya geri döndükdən sonra, Kleopatranın Aleksandr Helios (günəş) və Kleopatra Selena (ay) adlı əkizləri dünyaya gəldi.
Hakimiyyət uğrunda mübarizə
redaktəFulviya xəstələnib dünyasını dəyişdikdən sonra Antoni Oktavianın ögey bacısı Oktavia ilə diplomatik evlilik quraraq Oktaviana olan sədaqətini sübut etməli oldu. Misir Kleopatranın hakimiyyəti altında daha da inkişaf etmişdi və e.ə. 37-ci ildə Mark Antoni Parfiya krallığına qarşı təxirə salınmış hərbi yürüşünə maliyyə dəstəyi almaq üçün Kleopatra ilə yenidən görüşdü. Bunun müaqbilində isə o, Kipr, Krit, Kirenaika (Liviya) və Erika, həmçinin Suriya və Livanın böyük hissəsi daxil olmaqla şərqi Misir imperiyasını geri verməyə razı oldu. Onlar yenidən sevgili oldular və e.ə. 36-cı ildə Kleopatra Ptolemey Filadelfos adlı daha bir oğlan uşağı dünyaya gətirdi. Parfiyada biabırçı məğlubiyyətdən sonra, Antoni açıq şəkildə arvadı Oktavianın onunla barışmaq cəhdlərini rədd etdi, əvəzində isə, Misirə və Kleopatraya geri döndü. E.ə. 34-cü ildə "İskəndəriyyə bəxşişləri" kimi bilinən ictimai bayramda Antoni Sezarionu Sezarın oğlu və qanuni varisi elan etdi (övladlığa götürdüyü Oktaviandan fərqli olaraq) və Kleopatradan olan hər üç övladına torpaq bağışladı. Bu hadisə Antoni və Antonin tamamilə Kleopatranın idarəsi altında olduğunu iddia edən qəzəbli Oktavian arasında müharibə propaqandasını başlatdı. E.ə. 32-ci ilin sonlarında Roma Senatı Antonini təltif edildiyi bütün titullardan məhrum etdi və Oktavian Kleopatraya müharibə elan etdi.
Məğlubiyyət və ölüm
redaktəE.ə. 31-ci il, sentiyabrın ikisində Aksi döyüşündə Oktavianın qüvvələri Antoni və Kleopatranın qüvvələrini məğlub etdi. Kleopatranın gəmiləri döyüşü tərk etdi və Misirə qaçdı. Tezliklə Antoni xilas ola bildi və bir neçə gəmi ilə Kleopatranın ardınca getməyə nail oldu. İskəndəriyyə Oktavianın qüvvələrinin hücumu altında olduğu bir vaxtda Antoni Kleopatranın intihar etməsi barədə şayiə eşitdi. O, qılıncın üstünə atıldı və şayiənin yalan olaması barədə xəbər gələn kimi dünyasını dəyişdi. E.ə. 30-cu il, avqustun on ikisində Antonini torpağa tapşırdıqdan və zəfər çalmış Oktavian ilə görüşdükdən sonra, Kleopatra iki qadın qulluqçusu ilə bərabər özünü otağa qapadı. Onun intihar üsulu dəqiq məlum deyil, lakin Plutarx və başqa yazıçılar onun ilahi kral hakimiyyətinin rəmzi olan və gürzə kimi bilinən zəhərli ilan vasitəsilə intihar etməsi ehtimalını irəli sürmüşdülər. Onun vəsiyyətinə əsasən Kleopatranın cəsədi Antonin cəsədinin yanında dəfn edilmişdi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 M. Antonius (30) M. f. M. n. // Digital Prosopography of the Roman Republic (ing.).
- ↑ 1 2 3 http://www.strachan.dk/family/antonius.htm.
- ↑ 1 2 http://www.city-data.com/world-cities/Rome-History.html.
- ↑ 1 2 http://search.informit.com.au/fullText;dn=700028765003471;res=IELHSS.
- ↑ 1 2 http://www.cleveland.com/books/index.ssf/2010/12/stacy_schiff_conjures_a_fascin.html.
- ↑ 1 2 3 http://www.infoplease.com/ipa/A0932250.html.
- ↑ 1 2 3 http://www.comicvine.com/house-of-night-4/4000-315294/.