Natalya Varley

Sovet və Rusiya teatr və kino aktrisası

Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — SovetRusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989).

Natalya Varley
rus. Наталья Варлей
Doğum adı Natalya Vladimirovna Varley
Doğum tarixi (77 yaş)
Doğum yeri Konstansa, Rumıniya Rumıniya
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Həyat yoldaşı Nikolay Burlyayev
Vladimir Tixonov
Uşağı Vasili
Atası Vladimir Viktoroviç Varley
Anası Ariadna Sergeyevna Senyavina
Fəaliyyəti aktrisa
şairə
Fəaliyyət illəri 1966-cı ildən
Təhsili
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
IMDb ID0890046
natalyavarley.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur.

Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir [1]. Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir.

1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür.

Bir gün anası Natalyanı sirkə aparır. Natalya kassada 11-13 yaşlı uşaqların uşaq sirk studiyasına dəvətilə bağlı elan görür. Növbəti gün qız valideynlərindən gizlin olaraq göstərilən ünvana gəlir. Həmin studiyanın pedaqoqları onu qəbul edirlər. Beləliklə, Natalya Varley 1965-ci ildə Dövlət sirk və estrada sənəti məktəbini bitirərək Moskva sirkinin Rəngli bulvardakı truppasına qoşulur. Orada ekvilibrist kimi çalışmağa başlayır.

İş elə gətirir ki, bir gün Natalya məşhur kloun Leonid Yengibarovla çıxış edir. Natalyanın kinoya gəlişinin əsas səbəbkarı da məhz Yengibarov olur. Onun yaxın dostlarından biri Georgi Yunqvald-Hilkeviç Odessa kinostudiyasında rejissor kimi çalışırdı. 1966-cı ildə o, sirkin yeni təqdimetməsinə gəlir və təsadüfən orada Natalyanı görür. Varley rejissorun o qədər xoşuna gəlir ki, elə o andaca onu çəkəcəyi yeni "Göy qurşağının formulu" filminə dəvət edir. N. Varley razılaşır və ona epizodik tibb bacısı rolu həvalə olunur.

Onun bütün SSRİ-də tanınmasına isə sayca 2-ci çəkildiyi "Qafqaz əsiri" filmi səbəb olur. Həmin filmdə ona əsas qadın obrazı olan idmançı, komsomolçu və gözəl Nina rolu verilmişdi. Filmin quruluşçu rejissoru Leonid Qaydayın həyat yoldaşı xatırlayır ki, Qayday Nina obrazına olduqca böyük sayda aktrisa sınamışdı. Lakin Natalyanın qeyri-adi cazibəsi və gənclik səmimiyyəti rejissoru məhz onu seçməyə vadar edir. Film böyük müvəffəqiyyət qazanır və Varley ağlasığmaz məşhurluqla qarşılaşır.

Natalya Varley 1967-ci ilə qədər Moskva Dövlət Sirkində çalışır və 1971-ci ildə Şşukin adına teatr məktəbini bitirir. 1971-1978-ci illərdə K.S. Stanislavski adına Moskva dram teatrının aktrisası olmuşdur.

1971-ci ildə tanınmış rus aktyoru Vyaçeslav Tixonovun oğlu Vladimir Tixonovla ailə həyatı qurmuşdur. Bu izdivacdan onların Vasiliya adlı oğulları dünyaya gəlmişdir. 1980-ci illərdə Ədəbiyyat institutuna daxil olmuş və 2-ci kursda oxuyarkən ikinci oğlu anadan olmuşdur.

Filmoqrafiya

redaktə
İl Azərbaycanca adı Orijinal adı Rol
1966 Göy qurşağının formulu Формула радуги tibb bacısı
1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları Кавказская пленница, или Новые приключения Шурика Nina
1967 Viy Вий Pannoçka
1969 Qızıl Золото Musya Volkova
1970 Qaçış Бег keçisaç qız
1970 Yefreytor Zbruyevin yeddi adaxlısı Семь невест ефрейтора Збруева Qalina Listopad
1971 12 stul 12 стульев Yelizaveta
1971 Qara quru çörək rus. Чёрные сухари
alm. Schwarzer Zwieback
Tatyana
1973 Meqre və oturacaqdakı adam Мегрэ и человек на скамейке Monik Ture
1973 Dmitri Kantemir Дмитрий Кантемир Rodika
1974 Üç gün Moskvada Три дня в Москве Olya Potapova
1975 İyirmi doqquzuncu ilin baharı Весна двадцать девятого Ella Mixaylovna
1975 Böyük attraksion Большой аттракцион Daşa Kalaşnikova
1975 Sirkdə sirk çex. Cirkus v cirkuse
rus. Соло для слона с оркестром
Tanya İvanova
1976 Topaz Топаз Süzi Kurtua
1978 Bu gün və ya heç vaxt Сегодня или никогда Tanya
1978 Seçim Выбор
1979 Elə belə olacaq Так и будет Olqa Fyodorovna
1980 Kloun Клоун Taya
1980 Mənim atam idealistdir Мой папа — идеалист Alyona
1981 Köhnə məktub Старые письма Liza
1981 Keçid yaş dövrü Переходный возраст İzolda
1981 Yeganə kişi Единственный мужчина Vika Mikulina
1982 Gözləmirdik, güman etmirdik! Не ждали, не гадали! professorun arvadı
1982 Böyümək istəmirəm Не хочу быть взрослым Yekaterina Orlova
1983 Tilsim Талисман Dükün anası
1983 Haray Набат "Tanya" / İrina Radçuk
1984 Əvvəlcədən duya bilmədik Нам не дано предугадать Nesterovun arvadı
1984 Gələcəkdən gəlmiş qonaq Гостья из будущего məşqçi Marta Erastovna Skrıl
1977-
1984
Alovlu yollar özb. Olovli yoʻllar
rus. Огненные дороги
Mariya Kuznesova
1986 Təhlükəli mükafat Опасный приз Lyubov İvanovna
1986 Kənar şəxslərə girişə icazə verilir Посторонним вход разрешён Dimanın anası
1989 Gənclik səhvləri Ошибки юности
1992 Yad oyun Чужая игра ana
1993 Bolşevik döngəsinin kiçik adamları və ya pivə istəyirəm Маленькие человечки Большевистского переулка, или Хочу пива Vera
1994 Zümrüd şəhərinin sehrbazı Волшебник Изумрудного города Bastinda / Ginqema
1997 Əsas məsələ haqqında köhnə mahnılar 2 Старые песни о главном 2 Nina
2005 12 ay 12 месяцев tərbiyəçi
2005 Oskar Оскар Şarlotta
2006 Boz Köpəklər cinsindən olan canavar iti Волкодав из рода Серых Псов Kenderatın anası

İstinadlar

redaktə
  1. "Наталья Владимировна Варлей. Биографическая справка". 2015-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-22.

.

Xarici keçidlər

redaktə