1992
İl
1992 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1992 MCMXCII |
Yuli təqvimi | 1992 |
Yuli təqvimi bizans erasında |
7500-7501 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2744-2745 (21 aprel) |
Avropa təqvimi |
5752-5753 ה'תשנ"ב - ה'תשנ"ג |
Hicri təqvim | 1412-1413 |
Erməni təqvimi | 4484-4485 (11 avqust)
ՌՋՂԲ |
Çin təqvimi | 4688-4689 辛未 - 壬申 ağ qoyun - qara meymun |
Efiopiya təqvimi | 1984 - 1985 |
Hind təqvimi | |
- Vikram-samvat | 2048-2049 |
- Şaka sambat | 1914—1915 |
- Kali-yuqa | 5093-5094 |
İran təqvimi | 1370-1371 |
Buddist təqvimi | 2535 |
Holosen təqvimi | 11992 |
Yapon xronologiyası | 4 Heysey erası |
Fransız inqilabı təqvimi | 200—201 |
Çuçxe təqvimi | 81-ci çuçxe ili |
Minqo təqvimi | 81-ci Tayvan ili |
Hadisələr
redaktə- 7 fevral - Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri - Maastrix müqaviləsinin imzalanması.
- 14 fevral – MDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında sazişin imzalanması.
- 31 mart - Rusiya Federasiyası ilə Federasiya subyektləri arasında federativ müqavilələrin imzalanması.
- 17 yanvar - Azərbaycan Respublikası Ali Sovetinin daimi fəaliyyət göstərən işçi orqanı – Milli Şura tərəfindən 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında" qanun qəbul edilməsi.
- 19 yanvar - İslandiya dövləti tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması.
- 30 yanvar:
- Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlərin yaradılması
- Azərbaycan Respublikasında gömrük xidmətinin yaradılması.
- Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1995-ci il 1 yanvardən ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısının keçirilməsi.
- 31 yanvar - Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulması.
- 10 fevral - Azərbaycanla Meksika arasında diplomatik münasibətlərin qurulması.
- 11 fevral - Erməni silahlı qüvvələri tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğal edilməsi.
- 16 fevral - Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - Economic Cooperation Organization) üzv olması.
- 17 fevral – Erməni silahlı qüvvələri tərəfindən Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndinin işğal edilməsi.
- 20 fevral - Azərbaycan Respublikası ilə Almaniya və Avstriya arasında diplomatik münasibətlərin yaradılması.
- 21 fevral - Azərbaycan Respublikası ilə Fransa və Polşa arasında diplomatik əlaqələrin bünövrəsinin qoyulması.
- 25 fevral - Azərbaycan Respublikası ilə Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlərin yaradılması.
- 26 fevral
- Ermənilərin azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmələri.
- Azərbaycan Respublikası ilə Banqladeş arasında diplomatik münasibətlərin yaradılması.
- 28 fevral
- Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrinin vahid komandanlıq altında birləşdirilməsi barədə fərman verilməsi.
- Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları və Hindistan arasında (bu ölkələr Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də və 26-da tanımışdı) diplomatik münasibətlərin yaradılması.
- 29 fevral - Ermənistan silahlı qüvvələrinin Rusiyanın (keçmiş SSRİ-nin) respublika ərazisindəki 7-ci ordusunun köməyi ilə Laçın rayonuna ilk dəfə genişmiqyaslı hücuma keçməsi.
- 1 mart:
- MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikovun əmri ilə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının Xankəndi (Stepanakert) şəhərindən çıxarılmasına başlanılması.
- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Praqadakı rəhbər toplantısında təşkilatın 1992-ci il fevralında Azərbaycan və Ermənistanda səfərdə olmuş ilk missiyanın hazırladığı hesabat əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunması.
- Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında diplomatik münasibətlərin yaradılması.
- 2 mart - Azərbaycan Respublikasının dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından olan BMT-yə üzv qəbul olunması.
- 6 mart - Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında hakimiyyət dəyişikliyinin baş verməsi.
- 9 mart - Argentina dövləti tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması barədə bəyanat verilməsi.
- 11 mart:
- Avropa Şurası Nazirlər Komitəsi tərəfindən erməni qüvvələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı zorakılıq və hücumlarını pisləyən bəyanat qəbul edilməsi.
- Azərbaycan Respublikası ilə Böyük Britaniya və Qvineya Respublikası arasında diplomatik münasibətlərin yaradılması.
- 12 mart - Azərbaycan Respublikası Daxili Qoşunlarının yaradılması.
- 14 mart - Azərbaycan Respublikası ilə Liviya arasında diplomatik münasibətlərin yaradılması.
- 23 mart - Azərbaycan Respublikası il' Koreya Respublikası, Salvador və Somali dövlətləri ilə diplomatik münasibətlərin yaradılması.
- 30 mart - Azərbaycan Respublikası ilə İraq arasında diplomatik münasibətlərin yaradılması.
- 1 aprel - Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik münasibətlərin yaradılması. (Niderland Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanımışdı).
- 2 aprel - Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb), Danimarka və Yunanıstan arasında (hər ikisi ülkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) diplomatik münasibətlərin yaradılması.
- 4 aprel - Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və Misir arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanması.
- 7 aprel - Azərbaycan Respublikası ilə İsrail dövləti arasında diplomatik əlaqalərin yaradılması.
- 8 aprel - Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun fərmanı ilə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarında və Ermənistanla sərhəd bölgələrdə birbaşa prezident üsul-idarəsinin tətbiq edilməsi.
- 16 aprel - Azərbaycan Respublikası ilə Monqolustan (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 20-də tanımışdı) arasında diplomatik münasibətlərin yaradılması.
- 20 aprel - Azərbaycan Respublikası ilə Estoniya arasında diplomatik əlaqələrin yaradılması.
- 27 aprel - Azərbaycan Respublikası ilə Macarıstan arasında diplomatik əlaqələrin yaradılması.
- 29 aprel - Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələrin yaradılması.
- 8 may:
- Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərinin işğal edilməsi.
- Azərbaycan Respublikası ilə İsveç və İtaliya arasında diplomatik əlaqələrin yaradılması.
- 14 may - Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında A.Mütəllibovun yenidən hakimiyyətə gətirilməsi.
- 18 may:
- Laçın rayonunun Ermənistan Respublikası tərəfindən işğal edilməsi.
- Azərbaycan Respublikası ilə Moldova arasında diplomatik münasibətlərin qurulması barədə protokolun imzalanması.
- 23 may - Vatikan dövləti tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin tanınması.
- 27 may - Azərbaycan Respublikasının parlamenti tərəfindən “Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanunun qəbul edilməsi.
- 28 may - Sədərək-Dilucu körpüsünün (Ümid körpüsünün) açılması.
- 29 may - Azərbaycan Respublikası ilə Tacikistan arasında diplomatik münasibətlərin yaradılması.
- 1 iyun - Azərbaycan Respublikası ilə Lüksemburq (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması.
- 3 iyun - Azərbaycan Respublikasının UNESCO-ya üzv qəbul edilməsi.
- 7 iyun – Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti seçilməsi.
- 9 iyun - Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası və Türkmənistan arasında diplomatik münasibətlərin yaradılması.
- 12-16 iyun - Azərbaycan ordusunun Goranboy və Ağdam rayonları istiqamətindən irimiqyaslı hücumu. Goranboy rayonunun (keçmiş Şaumyan) Ağcakənd, Buzluq, Erkəç, Mənəşli, Rus borisi və s., Xocalı rayonunun Naxçıvanlı, Pircamal, Dəhraz, Ağbulaq kəndlərinin geri alınması.
- 17 iyun-9 iyul - Azərbaycan ordusunun cəbhənin bütün istiqamətlərindən hücumu. Ağdərə şəhəri və onun ətrafındakı kəndlərin, həmçinin Cəbrayıl və Füzuli rayonları istiqamətindən edilən hücum nəticəsində Xocavənd (keçmiş Hadrut) rayonunun 20-yədək kəndinin geri alınması.
- 17 iyun:
- Azərbaycan Respublikası ilə Belçika Krallığı (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması.
- Azərbaycan Respublikasının prezidenti seçilmiş Əbülfəz Elçibəy and içərək səlahiyyətlərinin icrasına başlaması.
- 19 iyun - Azərbaycan Respublikası ilə Avstraliya arasında diplomatik münasibətlərin yaradılması.
- 20 iyun - Azərbaycan Respublikası ilə Estoniya (ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 20-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması.
- 21 iyun – Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulması.
- 25 iyun - İstanbulda Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsis edilməsi.
- 26 iyun - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edilməsi.
- 29 iyun - Azərbaycan Respublikası ilə Yeni Zelandiya arasında diplomatik münasibətlərin yaradılması.
- 9 iyul - Qarabağ ərazisində 1 aylıq müddətə atəşkəsin elan edilməsi.
- 6 avqust - Ermənistan ordusunun atəşkəsi pozması, buna cavab olaraq Azərbaycan ordusunun Ağdərə, Kəlbəcər və Ağdam istiqamətlərindən hərbi əməliyyatlara başlaması.
- Avqustun sonları, sentyabr ayının əvvəlləri - Keçmiş Ağdərə rayonunun Aterk, Heyvalı (Drmbon) və s. kəndlərinin işğaldan azad edilməsi ilə Tərtər-Kəlbəcər yolunun açılması.
- 15 avqust - Azərbaycan Respublikasının milli pul vahidi olan manatın dövriyyəyə buraxılması.
- 28 avqust — Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı Ballıqaya qətliamı törədildi.
- 13 sentyabr – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaradılması.
- 26 sentyabr – Vətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsi.
- 2 oktyabr – Xocavənd rayonunun Ermənistan Respublikası tərəfindən işğal edilməsi.
- 3 oktyabr - Azərbaycan ordusunun Laçın şəhərinin 3 km-nə çatması.
- 3 noyabr – Vətəndaş Həmrəyliyi Partiyasının rəsmi dövlət qeydiyyatına alınması. (Şəhadətnamə-7).
- ATƏM-in Minsk qrupunun yaradılması.
- "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi.
Doğumlar
redaktə- Hazal Ərgüclü—Şimali Kipr və Türkiyə aktrisası
- Demet Özdemir—türk aktrisası
- 20 aprel:
- Bəstəmsu Özdəmir—türk aktrisası
- 20 avqust:
- Nəslihan Atagül—türk aktrisası
- 25 oktyabr:
- Ayça Ayşin Turan—türk aktrisası
Ölümlər
redaktə- 1 aprel — Xəlil Abbasov — Sosialist Əməyi Qəhrəmanı (1948), Böyük Vətən müharibəsi iştirakçısı.
- 6 aprel – İsaak Azimov – ABŞ yazıçısı.
- 16 may – Arif Nərimanbəyov – Azərbaycan kinooperatoru.
- 12 iyun – Allahverdi Bağırov – Azərbaycanın Milli Qəhrəmanı.
- 15 iyun - Çingiz Mustafayev – Azərbaycanın Milli Qəhrəmanı, jurnalist.
- 18 iyun – Şirin Mirzəyev – Azərbaycanın Milli Qəhrəmanı.
- 16 iyul – Muxtar Qasımov – Azərbaycanın Milli Qəhrəmanı.
- 19 iyul — Gültəkin Əsgərova, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- 12 avqust – Con Keyc – amerikalı bəstəkar.
- 12 sentyabr – Entoni Perkins – ABŞ aktyoru.