Məqsəd Qocamanov
Məqsəd Qocamanov — texniki elmlər doktoru, professor, BDU-nun kafedra müdiri, Geodeziya və Kartoqrafiya sahəsi üzrə ilk və yeganə elmlər doktoru, beynəlxalq Fotoqrammetriya və məsafədən Duyma Təşkilatının Azərbaycan nümayəndəliyinin sədri.
Məqsəd Qocamanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
Daş Salahlı, Qazax Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Həyatı
redaktəMəqsəd Qocamanov 1960-cı il martın 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1967-1977-cü illərdə 2 №-li Daş Salahlı kənd orta məktəbində oxuyub. 1977-1982-cı illərdə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin (MİİQAiK) geodeziya fakültəsində astronomik-geodeziya ixtisası üzrə (əlavə dəniz geodeziyası ixtisaslaşması almaqla) əyani şöbədə, 1986-1989-cu illərdə MİİQAiK-də əyani aspiranturada (namizədlik dissertasiyasının mövzusu: "Dənizdə obyektlərin koordinatlarının təyin edilməsi üçün Yerin süni peyk sistemi və Yerüstü radiogeodeziya sistemlərindən birgə istifadə metodlarının işlənməsi "; elmi dərəcəsi: texnika elmləri namizədi), 2002-2005-ci illərdə MİİQAiK-də əyani doktoranturada (doktorluq dissertasiyasının mövzusu: "Ərazi xüsusiyyətlərini nəzərə almaqla Dövlət Geodeziya Şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün müasir peyk texnologiyalarının işlənməsi"; elmi dərəcəsi: texnika elmləri doktoru) təhsil alıb. Ali təhsilin bütün pillələrini(universitet, aspirantura, doktorantura) əyani şöbədə Moskva Dövlət Geodeziya və Kartoqrafiya universitetində keçmiş, geodeziya-kartoqrafiya elmi sahəsində ilk və yeganə azərbaycanlı elmlər doktorudur. 1985-ci ildə Azərbaycan Xarici Dillər İnstitutu nəzdində iki illik ingilis dili kursunu bitirib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil işçisi" döş nişanı( 30 noyabr 2012-ci il), Fəxri fərman ( 17 dekabr 2014-ci il), "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı (25 noyabr 2019-cu il), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
1982-1986-cı illərdə SSRİ Nazirlər Soveti yanında Baş Geodeziya və Kartoqrafiya idarəsinin 16 №-li müəssisəsində ( AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsi) mühəndis-briqadir, Texniki Nəzarət şöbəsində baş müfəttiş, 1989-1992-ci illərdə AzNEFTKİMYA İnstitutunda laboratoriya müdiri, assistent, 1992-1994-cü illərdə BDU-nun Geodeziya və kartoqrafiya kafedrasında baş müəllim, 1994-2006-cı illərdə dosent olaraq çalışıb. 2006-cı ilin iyulundan kafedranın professoru, 2011-ci ilin iyulundan isə müdiridir. "Geodeziya", "Geodeziya ölçmələrinin riyazi hesablanması və tarazlaşdırılması", "Xəritələrin geodeziya əsasları", "Geodeziya və kartoqrafiya", "Ali və kosmik geodeziya" fənnlərindən dərs deyir. 160 elmi məqalənin, 2 monoqrafiyanın, 3 ali məktəb dərsliyinin, 12000 termindən ibarət rusca-azərbaycanca lüğətin, 2 müəlliflik şəhadətnaməsinin, 30 fənn proqramı və metodik işin müəllifidir. Ali və kosmik geodeziyanın nəzəri-praktiki məsələləri, Geodeziya ölçmələrinin riyazi tarazlaşdırılması, Dəniz geodeziyasının məsələləri, Peyk texnologiyaları əsasında müasir geodeziya şəbəkələrinin yaradılması, CİS və kadastr sistemlərinin yaradılması, aerokosmik və məsafədən zondla tədqiqat metodları sahələrində tədqiqatlar aparır.Elmi əsərləri bir çox xarici ölkələrin, o cümlədən, Rusiya,Ukrayna, Kazaxstan, Özbəkistan,Gürcüstan, Polşa, Çex respublikası, Kanada, Avstraliya,Türkiyə və başqa ölkələrin mərkəzi dövri jurnallarında və Azərbaycanda nəşr olunmuşdur.
Beynəlxalq Fotoqrammetriya və Məsafədən Duyma Təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin sədri, MDB ölkələri Geodeziya-Kartoqrafiya Xidmətləri Şurasının Təhsil komissiyasının üzvü, AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya institutu nəzdində fəaliyyət göstərən doktorluq dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurasının üzvü(2005-2018), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Coğrafiya üzrə ekspert komissiyasının üzvü (2018-ci ildən), BDU-nun Coğrafiya fakultəsinin Elmi və Metodik Şuralarının üzvüdür
Ailəlidir, bir qızı, bir oğlu var.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
redaktə- Moskva, Rusiya; GEOFORUM: "Geodeziya və kartoqrafiya elminin müasir vəziyyəti və perspektivləri" elmi-praktiki simpozium (2003);
- Lvov, Ukrayna; "Geodeziya elmi və istehsalatının müasir nailiyyətləri": 8-ci Beynəlxalq elmi-texniki konfrans (2003);
- Moskva, Rusiya; GEOFORUM: "Geodeziya və kartoqrafiya elminin müasir vəziyyəti və perspektivləri" elmi-praktiki simpozium (2004);
- Moskva, Rusiya; MİİQAiK-in 225 illiyinə həsr edilmiş Beynəlxalq elmi-texniki konfrans (2004);
- Bakı, Azərbaycan; "Təbiət kataklizmləri və müasir sivilizasiyanın qlobal problemləri" Beynəlxalq elmi-praktik simpozium (2007);
- Bakı, Azərbaycan; sabiq prezident Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans. BDU (2007);
- Sofia,Bulgaria; 9TH international multidisciplinary scientific geoconference: modern management of mine producing geology and environmental protection(2009);
- Sharm El-Sheikh, Egypt; 11th International Conference on Mining, Petroleum and Metallurgical Engineering (MPM11) (2009);
- Moskva, Rusiya; MİİQAiK-in 230 illiyinə həsr edilmiş beynəlxalq eimi-texniki konfrans (2009);
- Moskva, Rusiya; Высшее геодезическое образование - история, настоящее и будущее - 175-лет высшего геодезического образования в России(2010);
- Tibilisi, Georgia; Sonthern Cancarus Conference in Climate Currricula in Highter Educatin (2010);
- Moskva, Rusiya; Rusiyada ali geodeziya təhsilinin 175 illiyinə həsr edilmiş beynəlxalq forum (2010);
- Vienna, Austria; 100 Years Advancing Remote Sensing Science(2010);
- Bakı, Azərbaycan; XXI əsrin ekocoğrafi çağrışları və Azərbaycan(2011);
- Daşkənd, Özbəkistan; "Torpaq ehtiyatlarının səmərəli istifadəsi və mühavizəsinin aktual problemləri"nə həsr edilmiş Beynəlxalq elmi kanfrans (2011);
- Bakı, Azərbaycan; Qloballaşma və Coğrafiya/Prof. M.A.Müseyibovun 85 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans(2012);
- Bakı,Azərbaycan; Geodeziya və kartoqrafiya kafedrasının 40 illik yubileyi(2012);
- Melburn, Australia; The XXII Congress of the İnternational Society for Photogrammetry and Remote Sensing(İSPRS) (2012);
- Кобулети, Грузия; Современные проблемы охраны окружающей среды, архитектуры и строительства.Вторая международная конференция(2012);
- Боржоми,Грузия; Современные проблемы охраны окружающей среды, архитектуры и строительства. Третья международная конференция(2013);
- Jarnoltowek,Poland; On recent geodynamics of the Sudenty MTS and adjacent areas/14- th Czech-Polish Workshop (2013);
- Bakı,Azərbaycan; Müstəqillik illərində Coğrafiya elminin inkişafı(2013);
- Hannover, Germany; Hannover Workshop (2013);
- Тюмень, Россия; Окружающая среда и менеджмент природных ресурсов/ V Международная конференция(2014);
- Toronto, Marriot Eaton, Canada; Joint International conference on geospational theory, processing, modelling and applications (ISPRS+IGU)(2014);
- Bakı, Azərbaycan; Müasir coğrafiya elminin tətbiqi istiqamətləri/prof. R.X.Piriyevin 90 illiyinə elmi-praktik konfrans(2014);
- Bakı, Azərbaycan; 2-ci Xəzər Beynəlxalq Su Texnologiyaları konfransı(2014);
- Bakı, Azərbaycan; Coğrafiya: nəzəriyyə, praktika və innovasiya – Elmi-praktiki konfrans(2015);
- Тбилиси,Грузия; Современные проблемы охраны окружающей среды, архитектуры и строительства. Пятая международная конференция(2015);
- Prague, Czech Respublic; The XXIII Congress of the İnternational Society for Photo grammetry and Remote Sensing (2016);
- Bakı, Azərbaycan;Azərbaycan regionlarının coğrafi problemləri/Respublika elmi praktik konfransı(2016);
- Macedonia, International Balkan University; Apply the science of today-create the opportunities of tomorrow/ İnternational conference(ICASEM)(2017);
- Тбилиси,Грузия; Современные проблемы охраны окружающей среды, архитектуры и строительства. Седьмая международная конференция(2017);
- Lənkəran, Azərbaycan; Akademik H.Ə.Əlıiyevin 105 illiyinə həsr edilmiş elmi-praktik konfrans(2017);
- Bakı, Azərbaycan; Natural disasters and human life safety/ International scientific- technical Conference(2017);
- Bakı, Azərbaycan; Strateji yol xəritələri və coğrafi tədqiqatlar/respublika elmi- praktik konfrası(2018);
- Bakı, Azərbaycan; Understanding the problems in inland waters:case study for the Caspian basin(2018);
- Səlcuq universiteti (Türkiyə) - AMEA, Həsən Əliyev adına Coğrafiya institutu; International scientific- technical Congress Eurasion GIS 2018;
- Bakı, Azərbaycan; Caspian basin conference (2018);
- Тбилиси,Грузия; Современные проблемы охраны окружающей среды, архитектуры и строительства. Восьмая международная конференция(2018);
- Москва, Россия; Международная конференция, посвященная к 240-летию со дня основания МИИГАиК(2019);
- Тбилиси,Грузия; Современные проблемы охраны окружающей среды, архитектуры и строительства. Девятая международная конференция(2019);
Seçilmiş əsərləri
redaktə- Дифференциальные связи геодезических и прямоугольных пространственных координат(1989).
- Анализ алгоритмов определения координат наземными радиогеодезическими системами(1989).
- К определению координат объектов на море наземными и спутниковыми измерениями(1991).
- Универсальные алгоритмы решения геодезических засечек на эллипсоида(1995).
- Априорная оценка точности положения морских объектов(1998).
- Особенности выполнения съемки подводных коммуникации гидролокатором(1999).
- Роль и значение геометрического фактора при построении геодезических сетей(1999).
- К вопросу реконструкции государственных геодезических сетей(2000).
- Научно-практические задачи геодезии на современном этапе развития в Азербайджанской Республике(2001).
- Методика установления морских государственных границ на Каспийском море(2003).
- Определение координат донных пунктов с использованием эстакад (2004).
- Возможные варианты схемы и программы реконструкции и развития ГГС Азербайджана (2004).
- Особенности детального изучения фигуры квазигеоида на территории Азербайджанской Республики (2004).
- Анализ состояния существующей государственной геодезической сети Азербайджанской Республики (2004).
- Результаты априорной оценки точности уравненных элементов проектируемой сети Азербайджана (2005).
- Геодезический мониторинг положений морских объектов (2006).
- Связь спутниковой и наземной систем нормальных высот в Азербайджане (2006).
- Принцип установления спутниковой системы нормальных высот в Азербайджане (2006).
- The State of SGN of Azerbaijan Respublic and the modern technoloqies of its reconstruction and developments (2007).
- О развитии системы высотного обеспечения на территории Азербайджана (2007).
- Донная морская геодезическая сеть и особенности ее построения (2007).
- The connections of the systems of geodetic coordinates (2008).
- Выбор и оценка точности метода интерполяции высот (разностей высот) геоида (2008).
- Методика построения детальной карты высот квазигеоида на территории Азербайджана (2008).
- Creating data base for iron ore reserves evaluation in Egypt by utilizing GIS technologys(2009).
- Геодинамические полигоны Азербайджана и цели их создания(2009).
- Выбор оптимальной проекции для территории Арабской Республики Египет (2010).
- Дифференциальная связь геодезических координат(2013).
- Переход от геодезической высоты к высоте в поле силы тяжести(2013).
- Vahid koordinat sistemi geodezik təminatının əsası kimi (2013).
- Using satellite images for wireless network planning in Baku city(2013).
- The features of the use of GIS technologies for monitoring of the situation of main water lines in Azerbaijan(2014).
- The stability of the geodetic points in connection with geodynamic processes in Azerbaijan(2014).
- The development of the normal heights system in Azerbaijan by the Satellite methods(2014).
- Geodeziyanın əsas elmi məsələsi və onun həll metodları(2016).
- Transmilli komminikasiya layihələrinin geodeziya təminatına qoyulan dəqiqlik tələbləri(2017).
- Картографическая ландшафтометрия: развитие на стыке наук, состояние, перспективы(2017).
- Hərbi coğrafi informasiya sisteminin topoqrafik məlumat bazasının yaradılma xüsusiyyətləri(2017).
- Требования к тематическому содержанию карт охраны природы(2018).
- Features of geodetic maintenance for water supply projects in Azerbaijan(2018).
- A special map base of the military geographic information system(2018).
- Оценка роли геодинамических процессов в возникновении аварий на магистральной линии водоснабжения Огуз-Габала-Баку(2019).
- Особенности геодезических работ при установке морских эстакад и платформ в Азербайджанском секторе Каспийского моря(2019).
- Experimental justification of implementation of the composite projection in Azerbaijan(2019).
- Azərbaycanda tətbiq edilən geodezik proyeksiyaların dəqiqliyinin qiymətləndirilməsi(2019).
- Optimal geodezik proyeksiyanın seçilməsinin nəzəri və metodiki əsasları(2019).
Kitabları
redaktə- Aerofotoplanalmanın əsasları. Dərs vəsaiti (1992).
- Geodeziya ölçmələrinin riyazi hesablanması. Ali məktəblər üçün dərslik (2000).
- Rusca-azərbaycanca geodeziya, kartoqrafiya və aerofototopoqrafiya terminləri lüğəti (2001).
- Определение параметров движения объектов с использованием рекуррентных формул Калмана (на примере движения морского судна), Москва (2003).
- Реконструкция и развитие геодезических сетей с использованием спутниковых технологий, Москва-Баку (2008).
- Геодезический мониторинг и обеспечение работ на море, Москва-Баку (2009).
- Hərbi topoqrafiya, Ali məktəblər üçün dərslik (2009).
- Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması. Ali məktəblər üçün dərslik (2014).
Dövlət və beynəlxalq proqram və qrantlar
redaktə- Beynəlxalq Tempus təhsil proqrammı üzrə geodeziya və geoinformatika sahəsində beynəlxalq ekspert (Bişkek, 2006).
- Hindistanın Musore universitetində N.R.Rajendra Prosalın namizədlik dissertasiyasına opponent(2006).
- Torpaqların kadastr qiymətləndirilməsi (Public İnvestment Capacity Bulilding Proyect) – Finnmap(2012).
- Şuşa şəhərinin 3D modelı əsasında mövcud vəziyyətin qiymətləndirilməsi və təhlili (2013-2014).
- Azərbaycan ərazisində geodinamik və vulkanik aktivlik, gərginlik və deformasiya şəraitinin tədqiqi (2017-2019).