Məmmədov — geniş yayılmış Azərbaycanlı soyadı.

Məmmədov
Mammadov
Əlifba latın əlifbası
Etimologiya
Mənşə Azərbaycan dili
Digər adlar
Qohum ad(lar) Mamedov[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Bu soyadı olan tanınmış şəxslər

  • Cəbrayıl Məmmədov (d. 1946) — Azərbaycan Tibb Universitetinin "Terapevtik və pediatrik propedevtika" kafedrasının professoru, Respublikanın baş allerqoloqu, Tibb elmləri doktoru.
  • Gündüz Məmmədov (d. 1974) — Azərbaycan əsilli Krım Muxtar Respublikasının prokuroru.
  • Havar Məmmədov (d. 1945) — Bakı Mühəndislik Universitetinin rektoru, İxtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədri, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015).
  • İlqar Məmmədov (riyaziyyatçı) (d. 1971) — Riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının rəhbəri.
  • İlqar Məmmədov (siyasətçi) (d. 1970) — Siyasətçi, rəsmi dövlət qeydiyyatından keçmiş Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, REAL-ın Siyasi Komitəsinin üzvü. Keçmişdə: AMİP-in sədr müavini, Respublikaçı Alternativ Hərəkatının qurucu üzvü.
  • İlqar Məmmədov (hərbçi) (d. 1970) — Azərbaycan Respublikası Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi.
  • İlqar Məmmədov (idmançı) (d. 1965) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
Digər


Həmçinin bax

redaktə