Cavanşir Məmmədov (general)

Azərbaycan polis general-mayoru

Cavanşir Qəhrəman oğlu Məmmədov (1953, Şahmarlı, Dmanisi rayonu) — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru.

Cavanşir Məmmədov
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi[a]
bayraq2
iyun 1995 – 9 iyul 2016
SonrakıOqtay Kərimov
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini
bayraq2
1994 – iyun 1995
1993 – 1993
ƏvvəlkiAbdulla Allahverdiyev
SonrakıMəhərrəm Əliyev
1991 – 1992
ƏvvəlkiVəzifə təsis edildi.
1989 – 1991
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 1953
Doğum yeri
Təhsili
Rütbəsi Şablon:General/Azərbaycan

Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həyatı

redaktə

1953-cü ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Şahmarlı kəndində anadan olmuşdur. 1974-cü ildə M. F. Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunu, 1983-cü ildə Krasnoyarsk Dövlət Universitetinin hüquq fakültəsini, 1985-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1976-cı ildən daxili işlər orqanlarında xidmət edir. Bu dövrdə ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparmışdır.

1989–1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992–1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir.

1994-cü ildə DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, bir müddətdən sonra həmin idarənin rəisi vəzifəsində çalışmışdır.

2001-ci ilin iyun ayından Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunmuşdur.

İctimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunması fəaliyyətindəki uğurlu nəticələrə və müsbət göstəricilərə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Ailəlidir. İki övladı var.

Qeydlər

redaktə
  1. 2001-ci ilin iyun ayında Azərbaycan DİN İctimai Təhlükəsizlik İdarəsinin adı Baş İctimai Təhlükəsizlik İdarəsi olaraq dəyişdirilmişdir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saytında Cavanşir Məmmədov haqqında səhifə. mia.gov.az (az.)