Adil xan Ziyadxanov
Adil xan Əbülfət ağa oğlu Ziyadxanov (d., 25 sentyabr (7 oktyabr) 1870, Yelizavetpol – 14 dekabr 1957, İstanbul) — Gəncə xanı Cavad xanın və Qacar vəliəhd-şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadimi, alimi və diplomatı.[2] AXC Xarici İşlər Nazirliyində I müavin və AXC-nin İrandakı səfiri kimi vəzifələrdə çalışmışdır.[3]
Adil xan Ziyadxanov | |
---|---|
30 oktyabr 1918[1] – 7 dekabr 1918 | |
1 avqust 1919 – 22 iyun 1921 (de-yure) | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr (7 oktyabr) 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 1957 (87 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | vəkil, diplomat, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏbülfət ağanın üçüncü oğlu Adil xan 25 sentyabr (7 oktyabr) 1870-ci ildə Gəncə şəhərində anadan olub.[4][5] Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir. Anası Azər Humayun xanım naibüssəltənə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır. Şahverdi xan və İsmayıl xan adlı iki böyük qardaşı olmuşdur.[6]
Adil xan Ziyadxanov 1957-ci ildə İstanbulda vəfat etmişdir.
Təhsili
redaktəOrta təhsilimi Gəncə Kişi Gimnaziyasında almışdır. 1894-cü ilin 1 iyununda ali təhsilini Moskva Universitetinin hüquq fakültəsində bitirmişdir.[5]
Fəaliyyəti
redaktəÇar dövrü
redaktəAvropa və Şərq dillərini əla bilib. 1905-ci ildən Bakıda Ə. B. Topçuboşovun (1865–1934) redaktorluğu altında çıxan "Kaspi" qəzetiylə əməkdaşlıq edib, orada maarifçi məqalələrlə çıxış edib. Həmin ildə Azərbaycan türkləri adından çar II Nikolaya göndərilmiş petisiyanı o da imzalamışdı. 1906-da Tiflisdə canişinin rəhbərliyi altında təşkil olunmuş erməni-müsəlman münaqişəsini nizamlayan çoxgünlük yığıncaqlarda da Adil xan da iştirak etmişdir.
1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini "Avropada üç aylıq bir səyahətim" adıyla Gəncədə nəşr etdirib (1909).
O, 1917-ci ildə Gəncə Müsəlman İcraiyyə Şurasının seçilmiş 7 daimi üzvündən biri olmuşdur.
Şamaxı bölgəsində bolşeviklərlə birləşmiş erməni və malakan silahlı dəstələri müsəlmanları kütləvi surətdə qıranda oraya Gəncədən göndərilən silahlı könüllülərin təşkilatçıları sırasında Adil xan Ziyadxanov da olmuşdur.[2]
AXC dövrü
redaktə1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin XİN rəhbəri olan Əlimərdan bəy Topubaşovun müavini təyin edilmişdir. Topçubaşov İstanbulda olduğuna görə, Adil xan Ziyadxanov faktiki olaraq nazir vəzifəsini yerinə yetirmişdir.
16 noyabr 1918-də Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V. Tomsonu Azərbaycan hökuməti adından Adil xan qarşılayıb və onunla danışıqlar aparıb.[7] Az sonra baş nazir və xarici işlər naziri təyin edilmiş Fətəli xan Xoyskinin müavini olan Adil xan gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görüb. Onun yazdığı, ana dilimizdə və fransızca nəşr edilmiş "Azərbaycan" kitabının 2 min nüsxəsi 1919-da Parisə – Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə. B. Topçubaşova göndərilərək Avropa ölkələrində, ABŞ və Kanadada yayılıb. Bu orqanda çalışan zaman əsasən Azərbaycanın Paris Sülh Konfransında tanınması və Ermənistandakı azərbaycanlıların vəziyyəti olmuşdur.[8][9][10]
Adil xan 1919-cu ilin martında İrana göndərilən nümayəndə heyətinin rəhbəri olmuşdur. Bu səfər zamanı müxtəlif dostluq və ticarət müqavilələri imzalamışdır. O, bu səfər zamanı Azərbaycanın İran tərəfindən de-yure tanınmasına nail ola bilmişdir.[11]
Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda səfirliyi, Təbriz və Rəştdə konsulluuğu, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı.
Azərbaycan hökumətinin 1 avqust 1919-cu il tarixli qərarına əsasən Azərbaycanın Tehranda diplomatik nümayəndəliyi təsis edilmiş və xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı diplomatik nümayəndəsi vəzifəsinə edildi.[12] Oktyabr ayında bu vəzifəyə təyin edilsə də, İran torpaqlarına yalnız 1920-ci ilin 15 yanvarında gedib çıxa bildi.[13]
O, İranda olarkən özünün ana dilimizdəki "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, "Qələmin uçuşu" adlı iki hissəlik kitabınısa fars dilində nəşr etdirmişdir. Bu kitablar Şeyx Məhəmməd Xiyabaninin azadlıq hərəkatına (4 oktyabr 1920) səfirin çox incə töhfəsiydi.
Cümhuriyyət süquta uğradıqdan sonra Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-də Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb.[14]
1934-də İstanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib.
İran dövrü
redaktəAXC-nin İrandakı səfirliyi 28 aprel 1920-ci ilə qədər fəaliyyət göstərmişdir. Vəzifəsindən kənarlaşan Adil xan Ziyadxanov İran dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Adil xan başa düşürdü ki, Azərbaycana geri dönəcəyi halda qardaşı İsmayıl xan Ziyadxanov kimi güllələnmə ehtimalı yüksəkdir.[15]
Bu məsələlərlə əlaqədar bu dövrdə yazdığı Qələmin uçuşu adlı əsərində yazmışdır:[15]
22 iyun 1921-ci ildə Şahənşahlıq yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət bütün Sovet respublikaları tərəfindən İran Şahənşahlıq hökuməti yanında təyin olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi surətdə qəbul etmişdi |
İranda yaşadığı müddətdə Tehran bələdiyyə idarəsində, İctimai Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində işləmişdir. Sonradan Təbrizə — Azərbaycan dəmiryolları və gəmiçilik işlərində işə göndərilmiş, bir il burada işlədikdən sonra tehrana geri dönmüşdür.
Bir müddət sonra Türkiyəyə köçmüşdür.
Türkiyə dövrü
redaktəTürkiyəyə köçdükdən sonra buradakı azərbaycanlı mühacirlərlə yaxın münasibətdə olmuşdur. Burada yaşayarkən Azərbaycan haqqında əsər yazmışdır. Bu əsər 1993-cü ildə Vilayət Quliyevin ön sözü ilə "Şuşa" nəşriyyatı tərəfindən "Azərbaycan" adı ilə nəşr edilmişdir.[15]
Həyatının Türkiyə dövründə İstanbul Universitetində hüquq fənnini tədris etmişdir.
Vəfatına qədər Türkiyədə yaşamışdır.
Ailəsi
redaktəAdil xan Reyhanət xanım Həsən ağa qızı Bakıxanova ilə həyat qurmuşdu. Mahrux bəyim adlı qızı vardı.[16]
- Atası Əbülfət ağa Ziyadxanov — Cavad xanın nəvəsi. 1843-cü ildə Gəncədə doğulmuşdur. Bəhmən mirzə Qovanlı-Qacarın qızı Azərhümayun xanım Qovanlı-Qacar ilə ailə qurmuşdu. İsmayıl xan, Şahverdi xan, Adil xan adlı oğulları, Sultan bəyim, Fəxritac bəyim, Şirin bəyim, Xırda bəyim, Qəmərtac bəyim adlı qızları vardı.
- Anası Azərhümayun xanım Qovanlı-Qacar — Qacar şahzadəsi, xəttat. Azərhümayun xanım Bəhmən mirzə qızı Şuşa şəhərində anadan olmuşdu. Onu Şahzadə xanım kimi tanıyırdılar. Şahzadə xanım xəttat idi. Şahzadə xanım Əbülfət ağa Ziyadxanov ilə ailə qurmuşdu. İsmayıl xan, Şahverdi xan, Adil xan adlı oğulları, Sultan bəyim, Fəxritac bəyim, Şirin bəyim, Xırda bəyim, Qəmərtac bəyim adlı qızları vardı.
Əsərləri
redaktə- Səyahətnamə. Avropada üç aylıq bir səyahətim (az.-əski. سیاحتنمۀ. اوروپاده اوچ آیلق بر سیاحتم). Gəncə: Əhməd Hacı Həsənzadə mətbəəsi, 1909. Bakıda 1993, 2012, 2018 və 2020-ci illərdə yenidən nəşr edilmişdir.[17]
- Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat (az.-əski. آذربایجان حقنده تاریخی، ادبی و سیاسی مهلومات). Bakı: Hökumət mətbəəsi, 1919. 2010-cu ildə Tehranda "Cümhuri-Azərbaycan" (fars. جمهوری آذربایجان) adı ilə Səccad Hüseyni tərəfindən farscaya tərcümə edilib.[18]
- Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat (fr. Aperçu sur l’histoire, la littérature et la politique de l’Azerbeidjan). Bakı: Hökumət mətbəəsi, 1919;
- Qələmin uçuşu (fars. طیران قلم). Tehran: Mətbəəyi-məclis, 1931. 2002-ci ildə yenidən farsca Tehranda, 1993-cü və 2020-ci illərdə isə Bakıda Azərbaycan dilində çap edilmişdir.
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
İstinadlar
redaktə- ↑ "Səhifə 112" (PDF). 2024-06-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-14.
- ↑ 1 2 E. Nihad. "Cavad xanın Cümhuriyyətin iki nazirliyini idarə edən nəvəsi". modern.az. 2019-10-02 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Talıblı, Sübhan. "AXC-nin İrandakı səfiri Adil xan Ziyadxanlının siyasi və diplomatik fəaliyyəti haqqında". ganca.org. 2012-11-06. 2020-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-29.
- ↑ Eldar İsmayılov. "Adil xan Ziyadxanovun doğum haqqında şəhadətnaməsi". Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri (rus) (5-ci buraxılış). 2004: 78.
- ↑ 1 2 Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 83. ISBN 978-9952-5661-5-4.
- ↑ "The Qajar Dynasty". www.royalark.net. 2022-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06. (#invalid_param_val)
- ↑ Boran Əziz. "Ziyadxanov qardaşları - 72 günlük deputatlıq, "Vıborq" bəyannaməsi və 3 ay həbs". azvision.az. 2019-10-02 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Hasanli, Jamil. Foreign Policy of Azerbaijan People's Republic – 1918–1920 (az.). Bakı: Garisma. 2009. 138. ISBN 9789952455007. OCLC 690022330.
- ↑ Ziyadkhanov, Adil Khan. Azerbaijan. 60–61.
- ↑ "The Creation of the Peace Delegation of Azerbaijan". www.turan.az. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06.
- ↑ Yusifova, Shabnam. "The Recognition Of The Independence Of Azerbaijan Democratic Republic In Paris Peace Conference And The Attitude Of Iran". Mediterranean Journal of Social Sciences. 5 (19). 2014-08-01: 355. doi:10.5901/mjss.2014.v5n19p355. ISSN 2039-2117.
- ↑ Qanunverici aktlar, 1998. səh. 618
- ↑ Məmməd Mirzəliyev. "Cavad xanın nəticələri". hurriyyet.org. 2019-10-02 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 85. ISBN 978-9952-5661-5-4.
- ↑ 1 2 3 Ramil Hikmət. "Ziyadxanov qardaşları". 525.az. 2 oktyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ Hosseini, Seyyed Sajjad. "Review of the works of the first ambassador of Azerbaijan to Iran". ww.localhistory.ir (fars). January 2013. 2019-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06. (#invalid_param_val)
- ↑ Aliyev, Elmin. "ZİYADHAN, Âdil Han". TDV İslâm Ansiklopedisi (türk). 2013. 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06.
- ↑ "جمهوری آذربایجان". gisoom. 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.