Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.

Adi əncir
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sinonimləri

redaktə
  • Caprificus insectifera Gasp.
  • Caprificus leucocarpa Gasp.
  • Caprificus oblongata Gasp.
  • Caprificus pedunculata (Miq.) Gasp.
  • Caprificus rugosa (Miq.) Gasp.
  • Caprificus sphaerocarpa Gasp.
  • Ficus albescens Miq.
  • Ficus burdigalensis Poit. & Turpin
  • Ficus caprificus Risso
    • Ficus carica var. caprificus Risso
    • Ficus carica var. domestica Czern. & Rav.
    • Ficus carica var. riparium Hausskn.
  • Ficus colchica Grossh.
  • Ficus colombra Gasp.
  • Ficus communis Lam.
  • Ficus deliciosa Gasp.
  • Ficus dottata Gasp.
  • Ficus globosa Miq. [Illegitimate]
  • Ficus hypoleuca Gasp.
  • Ficus hyrcana Grossh.
  • Ficus kopetdagensis Pachom.
  • Ficus latifolia Salisb.
  • Ficus leucocarpa Gasp.
  • Ficus macrocarpa Gasp.
  • Ficus neapolitana Miq.
  • Ficus pachycarpa Gasp.
  • Ficus pedunculata Miq.
  • Ficus polymorpha Gasp.
  • Ficus praecox Gasp.
  • Ficus regina Miq.
  • Ficus rugosa Miq.
  • Ficus silvestris Risso

Azərbaycanda yayılması

redaktə

Azərbaycanda geniş yayılmışdır. Bağbanların, alimlərin və botaniklərin fikrincə dünyada yayılan və becərilən subtropik meyvəli bitkiləri içərisində əncir qədər zəngin qidalı, ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur. Başqa sözlə, əncirə xas olan dietiklik, yüksək kolorilik, ətirlilik, təmlik, şirinlilik və digər xoşa gələn xassələrə görə onu başqa meyvələrdən fərqləndirir.

Əncir hələ eramızdan çox qabaq becərilən qiymətli bitkidir. Onun əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir. Bundan başqa, əncir Aralıq dənizi sahillərində və xüsusən Yunanıstanda çox geniş yayılmışdır.

Azərbaycanda Abşeronda becərilən "Sarı sabahi" və ya "Sarı əncir" sortu xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı, sarı rəngli nazik qabıqlı meyvələri çoxlarına məlumdur.

Ümumiyyətlə, Azərbaycanda əncirin 2 növü yayılıb. Bunlardan biri "mədəni əncir" adlanır və respublikada geniş miqyasda becərilir. Digəri isə "Hirkan ənciri"dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb.

Mədəni əncir

redaktə

"Mədəni əncir" 2–3 m hündürlükdə kol və ya ağac bitkisidir, onun xoşa gələn ətirli, şirəli, şirin, armudvarı və ya yastı armudabənzər, sarı rəngli meyvələri olur. Əncirin ən qiymətli sortlarından biri "Sarı sahibi"dir. Mədəni əncir Azərbaycanın bir sıra rayonlarında (Abşeronda, Kür-Araz ovalıqlarında, Lənkəranda, Muğanda və s.) becərilir.

Hirkan ənciri

redaktə

"Hirkan ənciri" 6–8 m hündürlükdə şaxəli ağacıdır. Bunun da meyvələri armuvdarıdır, lakin rəngi tünd-göydür. Hirkan ənciri Lənkəran zonasının aşağı dağ qurşaqlarının meşəliklərində yayılıb və bir çox rayonlarda da becərilir. Əncirin meyvəsindən bir sıra bioloji fəal və müalicə əhəmiyyətli, orqanizm üçün faydalı maddələr vardır. Bunlardan xüsusilə şəkəri [qlükoza, fruktoza, saxaroza, arabinoza] polisaxaridləri [nişasta, sellüloza, pentozalar, pektinlər, yapışqanlar və s.], fosfatidləri, lesetini, piyli yağı, üzvi turşuları, vitaminləri [karotin B1, B2, B6, PP, C, D vitaminləri], makro və mikroelementləri [kalium, kalsium, maqnezium, ferrum, sink, alüminium və s.] göstərmək olar. Bundan başqa əncirin tərkibində antosian qlikozidı sambusin-xlorid və sambusin-anidin də müəyyən edilmişdir. Əncirin yarpaqları da bu cəhətdən çox faydalıdır. Yarpaqların tərkibində furokumarinlər [psoralen, berqapten], efir yağı, qatranlı maddələr və üzvi turşular [alma, limon və s. turşular], rutin, C vitamini vardır.

Xalq təbabətində istifadəsi

redaktə

Azərbaycanın Dövlət Tibb İnstitunda aparılan eksperimental təcrübə nəticəsində müəyyənləşdirilmişdir ki, əncir yarpaqlarından hazırlanan sulu dəmləmənin və spirtli ekstraktın ürəyin fəaliyyətinə, eləcə də qan təzyiqinin azalmasına müsbət təsir vardır. Bununla əlaqədar olaraq əncir yarpağının kliniki cəhətdən öyrənilməsi son dərəcədə maraqlı və perspektivli məsələdir.

Xalq təbabətində əncirin qurudulmuş yarpaqlarından sulu dəmləmə və bişirmə formasında, kal meyvələrin südündən isə sulu emulsiya şəklində, eləcə də təzə yetişmiş meyvələrinin şirəsindən ürək xəstəliklərində və hipertoniyada istifadə edilir. Əncirin meyvələrindən hazırlanan doşabdan və mürəbbədən, eləcə də qurudulmuş meyvələrindən şəkərli qida kimi qüvvətverici vasitə kimi istifadə olunur.

Naxçıvanda əncirin qurudulmuş meyvələrini qanazlığı zamanı yeyirlər. Əncirin mürəbbəsi və cemi qanazlığı və zəiflik zamanı qüvvətverici vasitə kimi işlədilir.

Ənciri od üzərində qovurub yuxugətirici dərman kimi qəbul edirlər. Əngirin qurudulmuş yarpaqlarından və meyvələrindən soyuqdəymələrdə çay kimi dəmləyib, sinəyumşaldıcı dərman kimi içirlər. Əncir quru öskürəkdə və boğaz ağrılarında yumşaldıcı öskürək dərmanı kimi də istifadə edilir.

Salyan rayonunda yerli əhali əncirin qurudulmuş yarpaqlarından çay hazırlayıb, bronxial astmaya qarşı, eləcə də böyrək xəstəliklərində sidikqovucu kimi istifadə edirlər.

Əncir ağacının yarpaqlarından və kökündən dəmləmə [çay] hazırlayıb, ishala və dezenteriyaya qarşı içirlər. Əncirin meyvəsini süddə bişirib, qusmanın qarşısını almaq üçün işlədirlər. Əncir bitkisinin yarpaqlarının saplağını və kal meyvələrinin südünü suda qarışdırıb [emulsiya] uşaqlarda baş verən qarın ağrılarına qarşı ağrıkəsici dərman kimi işlətmək olar. Qurudulmuş yarpaqlarının və cavan budaqlarının çayından qurdu olan adamlara içirtmək faydalıdır.

Əncirin meyvəsini suda pörtlədib çiban yarasının üstünə qoymaqla yaranı yetişdirmək və onun hovunu almaq üçün istifadə edilir. Təzə dərilmiş yarpaqlarını yandırıb onun külündən inək yağında məlhəm hazırlayıb, dəri yaralarının müalicəsində işlədirlər.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi əncir çox faydalı bitkidir. Onun meyvələri ürək xəstəliyinin müalicəsi üçün gözəl şəfaverici dərmandır. Bundan başqa, əncirin meyvələri soyuqdəymə zamanı baş verən döş-boğaz ağrılarını, eləcə də quru öskürəklərin iltihabını aradan qaldıran və ağrı kəsən təsirə malikdir. Bundan əlavə, zərif işlədici və sidikqovucu xassəsi də var. Ümumiyyətlə, əncir meyvəsinin doşabı qanazlığı zamanı və zəifləmiş orqanizm üçün çox xeyirlidir.

Əncirin yarpağı da ürək xəstəlikləri üçün gözəl dərmandır. Onun qurudulmuş yarpaqlarının çayı ürək ağrılarını götürür. Qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini tənzim edir. Təəssüf ki, belə qiymətli bitkinin inkişafına, artmasına, becərilmə sahəsinin genişlənməsinə respublikamızda çox az fikir verilir, halbuki əncir ağacları öz inkişafı üçün çox zəhmət tələb etmir, o quraqlığa davamlı bitkidir. O, hər fəsildə insanlara bal kimi şirin, ətirli və bol meyvələr verir. O, hətta öz inkişafında su da tələb etmir. Bu faydalı bitkinin meyvəsini dərən adamlar onun qol-budağını sındırmamalıdır.

Əncir ağacına xas olan bütün bu müsbət və faydalı cəhətləri nəzərə alaraq, onun respublikamızda sənaye əhəmiyyətli plantasiyasının təşkili son dərəcə vacib məsələdir. Azərbaycanda bir sıra meyvəli bitkilər kimi məsələn, zeytun, şaftalı, ərik, xurma, feyxoa və s. əncirin də sənaye əhəmiyyətli plantasiyasını təşkil etmək məqsədəuyğundur.

Respublikamızın əksər rayonlarında, xüsusən Muğan və Lənkəran zonasında əncirin becərilməsi perspektivlidir.

Təbii yayılması

redaktə

Yabanı halda Kopetdağ, Pamir-Altay, Zaqafqaziya və Krımda rast gəlmək olar. İran, Kiçik Asiya, Hindistan, Aralıq dənizyanı ölkələrdə və Əfqanıstanda geniş yayılmışdır.

Botaniki təsviri

redaktə

Əncir subtropik meyvə ağacıdır. Hündürlüyü 10–15 m-ə çatan ağac və bəzən kolşəkillidir. Gövdəsi hamar və boz rəngli, üzərində dayaz çatlar və ağ ləkələr olur. Oduncağı rəngsiz və ya sarımtıl, yumşaqdır. Çətiri enli, dağınıq, qollu-budaqlı, şarvaridir. Bəzən budaqları seyrək, cavan vaxtlarda yaşıl, ikinci ildə isə boz və ya qəhvəyi rəngdə olur. Yarpaqları kələ-kötür, az və ya çox yarılmış, budaq üzərində növbəli düzülüşlü, kənarı tam, bəzən az dişli, üst tərəfdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl, töküləndir. Yarpaq saplağının altında 2–3 qoltuq tumurcuğu olur. Çiçək tumurcuqları iki və üç cərgəli pulcuqlarla örtülü olur. İyun ayının əvvəli və ortalarında tumurcuq pulcuqları töküldükdən sonra yarpağın qoltuğundan böyük qapalı çiçək qrupu əmələ gəlir. Əncir ikievli bitkidir. Erkək çiçəkli əncir ağacının çiçək qrupunun üst hissəsində erkək çiçəklər, alt hissəsində isə tam inkişaf etməmiş dişi çiçəklər toplanmışdır. Dişi çiçəkli əncir ağaclarının çiçək qrupunda yalnız normal inkişaf etmiş dişicikli çiçəklər, nadir hallarda erkəkcikli çiçəklərdə olur. Çiçək yanlığını əmələ gətirən yarpaqcıqlar çoxdur. Dişicik bir sütuncuqlu, yumurtalıqda bir yumurtacığı vardır. Çiçəklər mayalandıqdan sonra meyvə qrupunda meyvəciklər əmələ gətirir. Əncir ağacı ildə iki dəfə meyvə verir.

Ekologiyası

redaktə

İstisevən və quraqlıgadavamlı bitkidir.

Azərbaycanda yayılması

redaktə

Abşeron, Nаxçıvan, Gəncə və s. isti bölgələrdə becərilir.

İstifadəsi

redaktə

Meyvələri yetişdikdə şirin və yumşaq olur, təzə və qurudulmuş halda istifadə edilir. Əgər istəsəniz qabığlı istəsəniz qabığsız yeyə bilərsiniz.

İstinadlar

redaktə
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1059.

Həmçinin bax

redaktə