Əfqan Hüseynov
Əfqan Hüseynov (24 fevral 1963, Bakı – 1 noyabr 1992, Qubadlı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Əfqan Hüseynov | |
---|---|
Əfqan Qaraxan oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, SSRİ |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bakı,Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Mayor |
Təltifləri |
Həyatı
redaktəMayor Əfqan Qaraxan oğlu Hüseynov 24 fevral 1963-cü ildə Bakı şəhərində keçmiş "Tələbələr" indiki"Çobanzadə "küçəsi 46 saylı evdə fəhlə ailəsində anadan olmuşdur. 1970-ci ildə 109 saylı orta məktəbə getmiş, 1980-cı ildə C.Naxçıvanski adına hərbi təmaüllü orta internat məktəbində təhsilini başa vurmuş, sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuş və taqım komandirinin müavini təyin edilmişdir. 1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant hərbi rütbəsi verilmişdir.
11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqanıstan Demokratik Respubllikasında gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş leytenant rütbəsi verilmişdir.
1988-ci ildə SSRİ-nin hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq Hüseynov Əfaqan Qaraxan oğlu "SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illik "medalı ilə təltif edilmişdir. O, 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandiri təyin edilmiş və növbəti kapitan hərbi rütbəsini almışdır. Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir.
1991-ci il 25 dekabrda Azərbaycan Respublikası Milli Qvardiyasının yaranması ilə əlaqədar olaraq bir çox bacarıqlı zabitlər Qvardiyanın təşkili işlərinə cəlb edilmişdir. Hüseynov Əfqan Qaraxan oğlu 21 yanvar 1992-ci ildə Milli Qvardiyanın sıralarına daxil olmuş və qulluq etdiyi müddət ərzində bacarıqlı zabit kimi fərqlənmişdir.
O, bütün bacarıq və biliyini müstəqil Azərbaycan Respublikasının ilk hərbi qurumlarından olan Milli Qvardiyanın formalaşmasına sərf etmişdir. Milli Qvardiya Hüseynov Əfqan Qaraxan oğlu kimi bacarıqlı zabitlərinin əməyi nəticəsində bu günə kimi şərəfli bir yol keçmiş, heç bir şəxsi mənafeyə qulluq etməmiş, onun əsas vəzifəsi Azərbaycan dövlətçiliyinin qorunması ilə bərabər qanuni yolla seçilmiş respublika Prezidentinin və Ali hakimiyyət Orqanlarının inzibati ərazilərini, eləcə də yüksək vəzifəli nümayəndələrinin mühafizəsini təmin etmək olmuşdur. Milli Qvardiyanın şəxsi heyəti erməni təcavüzkarlarına qarşı gedən döyüş əməliyyatlarında uğurla iştirak etmişdir. 1992-ci ilin iyun ayında Füzuli bölgəsində yaranan ağır vəziyyət zamanı Milli Qvardiyanın şəxsi heyəti xüsusi fəallıq göstərmişdir. Milli ordu rəhbərləri tərəfindən yaxşı planlaşdırılmayan hücum əməliyyatı baş tutmuşdur, nəticədə ordunun bəzi hissələri döyüş mövqelərini tərk etmiş, əhali arasında qorxulu əhvali-ruhiyyə yayılmışdır. Milli Qvardiyanın bacarıqlı zabitləri və şəxsi heyəti, o cümlədən Hüseynov Əfqan Qaraxan oğlu döyüşə girərək erməni birləşmələrinə zərbə endirmiş, düşmənin hücumunun qarşısını almış və onu geri oturtmuşdur. Bu döyüşlərdən sonra kapitan Hüseynov Əfqan Qaraxan oğlu mayor hərbi rütbəsinə layiq görülmüşdür.
Gün-gündən mətinləşən yüksək döyüş hazırlığına yiyələnən Milli Qvardiyanın nəzdində yeni alay yaranması məsləhət görmüşdür. Həmin alayın ilk komandiri Əfqanıstan müharibəsində böyük döyüş təcrübəsi keçmiş mayor Hüseynov Əfqan Qaraxan oğlu təyin edilmişdir. Yeni təyin olunmuş təcrübəli komandir Milli Qvardiyanın rəhbərliyinin köməyi və özünün təşkilatçılıq bacarığı ilə alayın şəxsi heyətinin döyüş hazırlığını və təlimini qısa bir vaxt ərzində lazımı səviyyəyə çatdırmışdır.
Cəbhə bölgəsində yaranmış acınacağlı vəziyyət yeni yaranmış alayın şəxsi heyətinin tam komplekləşdirilməsinə imkan verməmişdir, Qubadlı, Laçın bölgələrində yaranmış acınacaqlı vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 186 saylı sərəncamı ilə 26 oktyabr 1992-ci il tarixində alayın şəxsi heyəti, başda alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu olmaqla Qubadlı, Laçın bölgəsinə göndərilmişdir. Alay komandirinin şəxsi iştirakı ilə, alayın şəxsi heyəti bu bölgədə düşmənlə üzbəüz düşmüş, onun hücumunun qarşısı alınmış və 31 oktyabrda alay əks hücuma keçərək düşmənin bir çox mövqelərini ələ keçirmiş, əsas qüvvəsini məhv edib, öz döyüş mövqelərini möhkəmləndirmişdir. Bu döyüşdə alay komandiri mayor Ə.Hüseynov xüsusi fədakarlıq göstərmişdir. Bacarıqlı igid komandir Milli Qvardiyanın adını yüksəyə qaldırmışdır. Lakin özü 1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni hücumu zamanı başına dəyən düşmən gülləsindən əbədi olaraq gözlərini yummuşdur. Mayor Hüseynov Əfqan Qaraxan oğlunun bu igidliyi Milli Qvardiyanın zabit və əsgərlərini heç də məyus etməmiş sonrakı döyüşlərdə onun intiqamını almaq arzusu ilə ağır döyüşlərə girmiş belə döyüşlərdə itkilər versələr də döyüşdən şərəflə çıxmışdılar.
Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 9 mart 1995-ci il tarixli 63 saylı əmri ilə Azərbaycanın Milli Qəhrəmanı mayor Hüseynov Əfqan Qaraxan oğlu əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınmışdır. Əfqan Hüseynovun bir qız övladı var.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
C.Naxçıvanski adına Liseydə və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyada onun büstləri qoyulmuşdur.
Ailəsi
redaktəLeyla Hüseynova ilə ailəli idi, bir qızı yadigar qalıb.[1]
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Əfqan Qaraxan oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 123.
İstinadlar
redaktə- ↑ "Hərbi Liseydə Milli Qəhrəmanın xatirəsinə futbol turniri keçirilib. 3 noyabr 2015 il". 2016-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
Xarici keçidlər
redaktə- Hüseynov Əfqan Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
- Əfqan Hüseynov Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine