İstintaq (film)

film
(İstintaq (film, 1979) səhifəsindən yönləndirilmişdir)

İstintaq — Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Rasim Ocaqov olan Azərbaycan filmi.[1]

İstintaq
Janr Dram
Detektiv
Rejissor Rasim Ocaqov
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda Aleksandr Kalyagin- Seyfi
Həsən Məmmədov- Murad
Şəfiqə Məmmədova- Gülya
Yelena Smirnova- Ayan
Rasim Balayev- Elmar
Yevgeni Lebedev- Kamera qonşusu
Tofiq Mirzəyev- Teymur
Həsənağa Turabov- General
M. Hüseynov- Almazov
Operator Rafiq Qəmbərov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Fikrət Bağırov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 18 fevral, 1979
Filmin növü tammetrajlı bədii film
Müddət 86 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil Azərbaycan dili
İl 1979
Texniki məlumatlar 9 hissə
2502 metr
genişekranlı
35 mm
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
Bakı, kinostudiyanın pavilyonu
Moskva (otaq səhnələri)
IMDb ID0079067

Məzmun

redaktə

Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur.

Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risk idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu heç də asan başa gəlmədi, çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daim xüsusi orqanlar tərəfindən dəstəklənir. Əvvəllər güləş üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur. Müstəntiq Seyfi Qəniyev(Aleksandr Kalyagin) isə vicdanlı, güzəştə getməyən, büllur kimi təmiz adamdır. Muradla bağlı işi apararkən o belə nəticəyə gəlir: "Əbiyev əsas cinayətkar deyil, o, pərdə rolunu oynayır, bu pərdənin arxasında isə əsl cinayətkar işbazlar durur. Onları üzə çıxarıb ifşa etmək lazımdır…"

Film haqqında

redaktə
  • Film aktrisa Lətifə Əliyevanın kinoda ilk işdir.
  • Filmin titrləri: "1969-cu ilin avqustunda Azərbaycan KP MK plenumu keçirildi. Bundan sonra respublikada mənfi hallara qarşı kəskin mübarizə başlandı, filmdə başlanğıc və mürəkkəb dövrdə bu mübarizənin bir epizodu haqqında danışılır."
  • Baş rolun ifaçısı Aleksandr Kalyagin Bakıya gələ bilmədiyi üçün bütün otaq səhnələri Moskvada Qorki adına kinostudiyada çəkilmişdir. Yalnız Kalyaginin küçədəki səhnələri Bakıda çəkilmişdir.
  • Filmin çəkilişləri zamanı rejissor Rasim Ocaqovun anası rəhmətə getdiyi üçün çəkilişlər 15 gün gecikmişdi.
  • Filmdə rüşvətxorluq tənqid edildiyi üçün ilkin olaraq ekranlara buraxılması qadağan edilmişdi. Çox çətinliklə ekranlara buraxılandan sonra film bütün ölkədə böyük səs-küyə səbəb oldu. Rusiyanın bəzi vilayət komitələri rəhbərlik etdikləri ərazilərdə filmin baxışını qadağan etdilər. Moskva isə öz növbəsində filmi ona görə qəbul etmişdi ki, orada söhbət Azərbaycandan gedirdi, deməli, bütün ölkənin adına ləkə sala bilməzdi.
  • Moskvadakı çəkilişlər iki ay çəkmişdir.
  • Heydər Əliyev: "Bu filmə bir neçə dəfə baxılmış və hər dəfə də narazıçılıqlara səbəb olmuşdur. Buna görə də mən filmə baxmaq üçün kollektiv baxış təşkil etdim. Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin — korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, onlar (Rüstəm İbrahimbəyovla Rasim Ocaqov nəzərdə tutulur) bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və "İstintaq" filmi böyük şöhrət qazandı…"[2][3]
  • Azərbaycanda film nə qədər çox təzyiqlərə məruz qalsa da, son anda ölkə başçısının razılığı, filmi yüksək səviyyədə qəbul etməsi hər şeyi öz yoluna qoydu. Ancaq elə ki film Moskvada fəaliyyət göstərən Bədii Şuranın ixtiyarına təqdim edilir, bundan sonra yenidən problemlər ortaya çıxmağa başlayır. Qəribə burasındadır ki, Moskvada filmin ssenarist işinin, rejissor işinin, eləcə də aktyor oyununun professional şəkildə hazırlanmasını xüsusilə vurğulayan Bədii Şura üzvləri son məqamda "Sovetlər ölkəsinə belə bir film yaraşmaz" fikrini önə çəkirlər. Rasim müəllimin dediklərindən: "… çox çək-çevirdən sonra filmin 28 kadrında düzəliş etdilər və bizə dedilər ki, əgər film dediyimiz formada çəkilməsə, onda onu qəbul etməyəcəyik. Doğrudur, biz onlara qarşı çıxaraq fikirləri ilə razı olmadığımızı da bildirə bilərdik. Ancaq bu cür addım atmaq filmin gələcək taleyini sual altında qoya bilərdi. Buna görə ciddi fikirləşmək və qəti qərar vermək lazım gəlirdi. Rüstəmlə birgə oturub fikir mübadiləsi apardıq və son məqamda da bu qərara gəldik ki, filmin 28 kadrı olmasa da, heç olmasa 4–5 kadrında dəyişiklik etmək lazımdır. Misal olaraq həmin kadrların bir neçəsini xatırlatmaq istərdim. Filmin qəhrəmanı Muradın son anda özünü necə asmasını tam açıq şəkildə göstərirdik. Həmin kadra qadağa qoyulduqdan sonra bəzi dəyişikliklər etdik. Dəyişiklik də əsasən ondan ibarət oldu ki, müstəntiq Seyfinin evinə zəng edərək "Murad özünü asmağa cəhd göstərmişdir" deyilir. Bundan başqa isə Seyfi Elmarın (Rasim Balayev) otağına daxil olur və onlar arasında narazı bir söhbət başlayır. Söhbətin qısa məzmunu isə ondan ibarət olur ki, Elmar "nahaq yerə şəkli Murada göstərmisən, bu, düzgün deyil, əksinə sən tərəfdən törədilmiş bir təxribatdır" deyə öz narazıçılığını bildirir. Belə ki, bu narazı söhbətdən sonra Seyfi otaqdan çıxır, o zaman qapının önünə yığışmış bir neçə həmkarı "nə olub" deyə narahat vəziyyətdə soruşurlar. Bu kadrın mənası o deməkdir ki, Seyfinin tərəfkeşləri var və hər dəqiqə onun fəaliyyətini dəstəkləyirlər, onun mübarizəsinə qoşulurlar. Bundan başqa, toy səhnəsində də dəyişiklik etdik. Yenidən çəkdiyimiz kadrda toyun qızğın vaxtında iki nəfər məclisi tərk edərkən onlardan soruşurlar ki, "toyu bəyənmədiniz", cavabında "bu necə toydur, elə bil hər kəs pulunun çoxluğunu nümayiş etdirir, bir-birləri ilə yarışa giriblər" deyirlər. Xatırladım ki, toy kadrının bu şəkildə çəkilməsini Heydər Əliyev də məsləhət görmüşdü. Mən də həmin hadisənin içində yaşadığım üçün bütün halların şahidi olmuşam. Yaxşı yadımdadır ki, Heydər Əliyevin qadağasına görə heç kim dəbdəbəli toy keçirmirdi, qohum-qardaşdan artıq adamı məclisinə dəvət edə bilmirdi. Bu baxımdan biz də filmdə toy səhnəsini iki nəfərin sözü ilə tənqid etdik. Yəni əslində bu söhbət öz məqamında yerinə düşmüşdü". Filmin bir neçə kadrı yenidən çəkildikdən sonra onu Moskva Bədii Şurasının ixtiyarına verirlər. Bu dəfə Moskva yenə də mane olmaq istəyir, ancaq Heydər Əliyevin zəngi və "film necədir, biz çox bəyəndik" deyə soruşması onların susmasına səbəb oldu. "Hətta Bədii Şuranın üzvləri öz aralarında danışarkən "onsuz da bu filmlə özləri-özlərini biabır edirlər" deyə qısa fikir mübadiləsi apardıqdan sonra filmin istehsalata buraxılmasına icazə verdilər". Film Moskva Bədii Şurasının baxışından keçdikdən sonra yüksək kateqoriyaya layiq görülür. Buna baxmayaraq, filmin tirajı çox olmur. Bəzi respublikalar, xüsusilə Özbəkistan, Ukrayna filmi qəbul etmədikləri üçün onun öz ölkələrində nümayiş edilməsinə qarşı çıxdılar….[2]
  • Filmin ssenarisi Rüstəm İbrahimbəyovun həbsdə olan dostu ilə söhbətlərinin əsasında yaranıb.
  • Film çəkilməzdən əvvəl Rüstəm İbrahimbəyovun eyniadlı povesti əsasında Dövlət Dram Teatrında tamaşa da səhnəyə qoyulub. Filmdən qabaq səhnədə qısa müddət tamaşa oynanılıb. Baş rollarda tanınmış aktyorlar Məlik DadaşovHamlet Xanızadə olub. Tamaşa çox maraqlı alınıb. Aktyorlar rollarını özünəməxsus manerada yaratmış və obrazlar çox inandırıcı alınmışdır. Film istehsala buraxılanda əksəriyyət elə bilirdi ki, elə bu pyesin filmini çəkəcəklər və baş rollarda da həmin aktyorlar oynayacaq. "İstintaq" tamaşasında təqsirləndirilən şəxs rolunda Hamlet Xanızadə, müstəntiq rolunda isə Məlik Dadaşov oynamışdır.
  • Əvvəlcə baş rollara Həsən MəmmədovHamlet Xanızadə təsdiq edilsə də, sonradan Rasim Ocaqovun ani qərarı ilə filmdə müstəntiq rolunda SSRİ-də o zaman çox məşhur olan aktyor Aleksandr Kalyagin çəkilir.
  • Aleksandr Kalyagin həddən çox çəkilişlərdə olduğuna və teatrda oynadığına görə xüsusi vaxt qrafikinin yaradılmasını istəmiş, ssenari ilə tanış olduqdan sonra sınaq çəkilişləri aparılmadan onu filmə çəkəcəkləri təqdirdə, razılıq verəcəyini söyləmişdir. "İstintaq" filminə qədər Kalyagin Bakıda olmamışdı. Kalyaginin daha bir şərti çəkilişlərin onun xüsusi qrafikinə əsasən həyata keçirilməsi oldu. Onunla bağlı səhnələri bir dəfəyə 2–3 günə çəkilməsi ilə bağlı şərt qoyur. Kalyagin ona rahat olması üçün çəkiliş pavilyonlarının "Azərbaycanfilm" kinostudiyasında yox, Moskvada hansısa bir studiyanın ərazisində tikilməsini israr etmişdi. Rasim Ocaqov, onun bütün şərtlərinə əməl etmiş, razılıq vermiş, rəhbərlikdən çətinliklə də olsa, icazə almışdır.
  • Kalyagin filmdəki məşhur "O-o-dur" nidasını elə həyəcanla qışqırmışdı ki, aktyorun ağzından qan gəlmişdir.

Festivallar və mükafatlar

redaktə
1) 1980-ci ildə Düşənbədə XIII Ümumittifaq kinofestivalı
  • Ən yaxşı bədii filmə görə yaradıcı kollektivə Baş Mükafat[4] verilmişdir.
2) 1981-ci ildə

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Rasim Ocaqov
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Fikrət Bağırov
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Vladimir Savin
Rejissor : Ramiz Əliyev
Operator : Vaqif Muradov
Qrim rəssamı : Elbrus Vahidov
Montaj edən : Gülşən Səlimova
Rejissor assistenti : Zəfər Murtuzov (Z. Murtuzov kimi), Y. Əhmədov, D. Şahverdiyev
Operator assistenti : Aydın Mustafayev
İşıq Ustası : V. Ağacanov
Dekor rəssamı : L. Frankenberq
Rəssam assistenti : Y. Kirşner
Çalır : SSRİ Dövlət Kinematoqrafiya İdarəsinin Simfonik Orkestri
Dirijor : V. Vasilyev
Məsləhətçi : Sabir Hüseynov (S. Hüseynov kimi) (daxili işlər xidməti polkovniki)
Redaktor : Nadejda İsmayılova, Əhmədağa Qurbanov
Filmin direktoru : Davud Zöhrabov

Rollarda

redaktə
Aleksandr Kalyagin — Seyfi Qəniyev
Həsən Məmmədov — Murad Əbiyev
Şəfiqə Məmmədova — Gülya Qəniyeva
Yelena Smirnova — Ayan Əbiyeva
Rasim Balayev — Elmar
Yevgeni Lebedev — Kamera qonşusu
Tofiq Mirzəyev — Teymur
Həsənağa Turabov — General
M. Hüseynov — Almazov
Faiq Vəliyev — Rafiq
Sona Aslanova
Z. Fətullayeva
Y. İsmayılova
Q. Abdullayeva
L. Hüseynov
D. Məmmədova
Elxan Ağahüseynoğlu — Dadaşov
N. Qurbanova
O. Seyidbəyli
Eldəniz Rəsulov — Köməkçi
Nina Osipova
Lev Friçinski
Nəcəf Həsənzadə — Qəzetçi
Ağasadıq Gəraybəyli — Almazovun əmisi
Gümrah Rəhimov — Milis işçisi
Tariyel Qasımov — Milis işçisi
Ramiz Məlikov — Milis işçisi
Elxan Qasımov
M. İbrahimov
Dadaş Kazımov — Çəkməçi
Şəmsi Şəmsizadə
Aqşin Rəsulov — Paltarsaxlayan (titrlərdə yoxdur)
Lətifə Əliyeva — Toydakı qonaq (titrlərdə yoxdur)
Tələt Rəhmanov — Toydakı qonaq (titrlərdə yoxdur)
Cavan Zeynallı — Müğənni (titrlərdə yoxdur)
Mirzə Babayev — Qonaq (titrlərdə yoxdur)
Elxan Quliyev — Milis nəfəri (titrlərdə yoxdur)
Yusif Əlizadə — Milis nəfəri (titrlərdə yoxdur)

Məmmədrza Şeyxzamanov — Qonaq

Filmi səsləndirənlər

redaktə
Səməndər Rzayev — Seyfi (Aleksandr Kalyagin) (titrlərdə yoxdur)
Həsən Əbluc — Almazov (M. Hüseynov) (titrlərdə yoxdur)
Şahmar Ələkbərov — Teymur (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Ayan (Yelena Smirnova) (titrlərdə yoxdur)
Yusif Vəliyev — Kamera qonşusu (Yevgeni Lebedev) (titrlərdə yoxdur)
Məmmədrza Şeyxzamanov — Almazovun əmisi (Ağasadıq Gəraybəyli) (titrlərdə yoxdur) Pərviz Bağırov — Milis nəfəri (Tariyel Qasımov) (titrlərdə yoxdur)

Şəkil

redaktə
 

Mənbə

redaktə
  • "Bakı" qəzeti. 30 mart 1978-ci il.
  • Журнал "Искусство кино", 1981, № 1.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 167; 269; 304.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 190–193; 222; 268; 279.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
  • Kadrarxası: "Kalyagin o məşhur ifadəni qışqıranda ağzından qan açıldı" — "İstintaq"ı Heydər Əliyev xilas edib

İstinadlar

redaktə
  1. "Rüstəm İbrahimbəyovun başıbəla "İstintaq"ı: Moskvanın qərarı: "Aparın filmi öz ölkənizdə göstərin": [eyniadlı filmin yaradıcı heyəti haqqında]". Azadlıq qəzeti. 2014.- 23 iyun. səh. 14. 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  2. 1 2 "İstintaq: Azərbaycan mafiyası ilk dəfə milli kinoda", Ekspress qəzeti, 28.08.2003, Ulduzə Qaraqızı
  3. Heydər Əliyev "İstintaq" filmi haqqında
  4. "Kino" qəzeti. R. Ocaqov. Xüsusi buraxılış, yanvar, 1997-ci il.

Xarici keçidlər

redaktə

Filmin musiqisi

redaktə
Musiqi-1