Aqşin Əlizadə

Bəstəkar
Sura Shukurlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:32, 19 sentyabr 2022 tarixli redaktə

Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR dövlət mükafatı laureatı (1978).

Aqşin Əlizadə
Fayl:Aqşin Əlizadə.jpg
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri
Dəfn yeri I Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1987 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1982 Azərbaycan SSR Dövlət mükafatı — 1978 Azərbaycan LKGİ mükafatı — 1967
"Şərəf" ordeni — 2012 "Şöhrət" ordeni — 1997
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962).

Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.[1]

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.

Fəaliyyəti

Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.

Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.

50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

Ad və mükafatlar

Əsərləri

Baletlər

Orkestr üçün bəstələr

  • Beş simfoniya
  • Skripka ilə orkestr üçün konsert
  • Violonçel ilə orkestr üçün poema

Kamera əsərləri

  • Kamera simfoniyası
  • "Kənd süitası"
  • "Uşaq süitası"
  • "Pastoral"
  • "Aşıqsayağı"
  • "Cəngi"
  • "Abşeron lövhələri"
  • "Şirvan lövhələri"
  • Skripka və fortepiano üçün "Portret"
  • Fortepiano üçün "Dastan"
  • Fortepiano üçün "Köhnə oyunlar"
  • Skripka və orqan üçün "Dialoq"

Vokal-simfonik əsərlər

  • "Azərilər" və "Təntənə" kantatası
  • "Ana torpaq" odası
  • "Bayatılar" (xor tsikli a capella)
  • "Qədim laylay" (a capella xoru üçün)
  • "Yumoreska" (uşaq xoru üçün)

Filmoqrafiya

Bəstəkar kimi

Əsərlərindən istifadə olunan filmlər

Musiqi tərtibatçısı kimi

Haqqında çəkilən film

İstinadlar

  1. "Azərbaycanın Xalq artisti vəfat etdi" (az.). grand.az. 03.05.2014 14:09. İstifadə tarixi: 2014-05-03.[ölü keçid]
  2. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  3. A. Ə. Əlizadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1997.- № 2.- S. 61.

Mənbə