Odla təmasda (film, 1972)

Odla təmasda
Janr tarixi
Rejissor Yalçın Əfəndiyev
Ssenari müəllifləri Əli Qafarov
Əhmədağa Muğanlı
Operatorlar Zaur Məhərrəmov
Vladimir Konyagin
Bəstəkar Aqşin Əlizadə
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1972
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1972
Texniki məlumatlar 5 hissə
1350 metr
35 mm
Rəng rəngli

Məzmunu

redaktə

Film Azərbaycan xalqının bir çox ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqəsinə həsr olunmuşdur.

Kinolentin ilk kadrlarından bəlli olur ki, Bakının yaşı min ildən çoxdur. Abşeron nefti hələ Makedoniyalı İsgəndərin zəmanəsində "odlu yağ" adı ilə məşhurmuş.

Filmdən bu da məlum olur ki, Azərbaycanın xarici ölkələrlə əlaqəsi ta qədimdən bu günədək ardıcıl olaraq mövcud imiş. Və bu mövcudluq Azərbaycan, Hindistan neftçilərinin dostluğunda, Bakıda keçirilən Asiya, Afrika və Latın Amerikası yazıçılarının beynəlxalq konfransında, görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin Bağdad milli balet məktəbinə rəhbərliyini əks etdirən kinokadrlarda təzahür olunur. Eyni zamanda göstərilir ki, Azərbaycanın xarici ölkələrlə mədəni-iqtisadi əlaqəsi gündən-günə inkişaf edir.

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Rejissor: Yalçın Əfəndiyev
Ssenari müəllifi: Əli Qafarov, Əhmədağa Muğanlı
Operator: Zaur Məhərrəmov, Vladimir Konyagin
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Şamil Kərimov