Rafael Allahverdiyev

82.194.21.186 (müzakirə) tərəfindən edilmiş 18:37, 4 noyabr 2021 tarixli redaktə

Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı11 yanvar 2009, Bakı) — Bakı Şəhər Bələdiyyəsinin Başçısı (1993-2000), Azərbaycan Cümhuriyyəti Millət Məclisinin Azərbaycan Millət Məclisinin 2-ci çağırış millət vəkili.[1]

Rəfael Allahverdiyev
Rəfael Xanəli oğlu Allahverdiyev
Fayl:Rəfael Allahverdiyev.jpg
Şəxsi məlumatlar
Doğum tarixi 9 may 1945(1945-05-09)
Doğum yeri
Vəfat tarixi 11 yanvar 2009(2009-01-11) (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin xərçəngi[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı

1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir.

İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi.Evlidir, 3 övladı var.

2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib.[2]

Siyasi fəaliyyəti

1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Təşkilatının 1-ci katibi olub. Yeni Azərbaycan Partiyasının qurucularındandır.

1993–2000-ci illərdə Bakı Şəhər Bələdiyyəsinin Başçısı vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyası Sədrinin Köməkçisi olmuşdur. 1-ci və 2-ci çağırış Azərbaycan Cümhuriyyəti Millət Məclisinin üzvi olmuşdur. 2000-ci il noyabrın 5-də 25 saylı Nərimanov 2-ci Seçki Dairəsindən millət vəkili seçilmişdir. Millət Məclisin Regional Məsələlər Daimi Komissiyasının üzvü olmuşdur.

İstinadlar

  1. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az  (az.)
  2. "Arxivlənmiş surət". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-15.

Xarici keçidlər