Rafael Allahverdiyev

Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin III çağırış deputatı,[1] Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi.

Rafael Allahverdiyev
12 noyabr 1995 – 2004
Seçki dairəsi1995, 2000 — 25 saylı Nərimanov ikinci
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
21 noyabr 1992 – 21 noyabr 2001
SədrHeydər Əliyev
3 iyul 1993 – 16 oktyabr 2000
ƏvvəlkiRauf Gülməmmədov
SonrakıHacıbala Abutalıbov
1985 – 1990
Seçki dairəsi46 nömrəli Çapayev
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
1983 – 1988
Şəxsi məlumatlar
Doğum tarixi 9 may 1945(1945-05-09)
Doğum yeri
Vəfat tarixi 11 yanvar 2009(2009-01-11) (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin xərçəngi[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir.

İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var.

2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib.[2]

Siyasi fəaliyyəti

redaktə

1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub. Yeni Azərbaycan Partiyasının qurucularındandır.

1993–2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

1992-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyası sədrinin müavini olmuşdur. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü olmuşdur.

O, 2004-cü ildə İsveçrəyə mühacirət edərək deputat mandatından imtina etmişdir. Elə həmin il o Yeni Azərbaycan Partiyası üzvlüyündən çıxarılmışdır.

İstinadlar

redaktə
  1. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
  2. "Arxivlənmiş surət". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-15.

Xarici keçidlər

redaktə