Rafael Allahverdiyev

Dr.Wiki54 (müzakirə | töhfələr) (Həyatı: vikiləşdirmə) tərəfindən edilmiş 08:43, 6 may 2021 tarixli redaktə

Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993-2000), Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Milli Məclisinin II çağırış deputatı.[1] deputatı.

Rəfael Allahverdiyev
Rəfael Xanəli oğlu Allahverdiyev
Fayl:Rəfael Allahverdiyev.jpg
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı şəhəri
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı şəhəri
Vəfat səbəbi beyin xərçəngi[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı

1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir.

İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi.Evlidir, 3 övladı var.

2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib.[2]

Siyasi fəaliyyəti

1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub. Yeni Azərbaycan Partiyasının qurucularındandır.

1993–2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyası sədrinin müavini olmuşdur.. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü olmuşdur.

İstinadlar

  1. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az  (az.)
  2. "Arxivlənmiş surət". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-15.

Xarici keçidlər