Mavritaniya

Orkhanmusayevofficial (müzakirə | töhfələr) (Ölkənin qdının mənası) tərəfindən edilmiş 18:16, 10 oktyabr 2020 tarixli redaktə

Mavritaniya (ərəbcə: موريتانيا, ya da Mavritaniya İslam Respublikası) — Qərbi Afrikada yerləşən bir dövlət, qərbdə Atlantik okeanı ilə yuyulur. Ölkənin dövlət quruluşu 1991-ci ildə qəbul olunmuş konstitusiya ilə idarə edilən respublikadır. Ümumi səsvermə yolu ilə 6 illik müddətə seçilmiş prezident ölkəni idarə edir. Yüksək qanunverici orqan Milli yığıncaq (aşağı palata) və Senatdan (yuxarı palata) ibarət iki palatalı parlamentə məxsusdur.

Mavritaniya
مهوری اسلامی موريتانيا
République islamique de Mauritanie
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
"شرف إخاء عدل"
"Şərəflik, Qardaşlıq, Ədalətlik"
Tarixi
 • Müstəqillik elan edilməsi 28 noyabr 1960
Rəsmi dilləri
Paytaxt Nuakşot- 910 min sakin (2014-cü il)
İdarəetmə forması Prezident respublikası
Prezident Məhəmməd Uld Əbdüləziz[6.VIII.2008 ~]
Baş Nazir Molaye Uld Məhəmməd Ləğzəf [14.VIII.2008 ~]
Sahəsi Dünyada 29-cu
 • Ümumi 1030700 km²
 • Su sahəsi (%) 0,03
Əhalisi
 • Əhali 3 600 min nəfər (133-cü)
 • Sıxlıq 3,4 nəf./km²
İnternet domeni .mr
ISO kodu MR
BOK kodu MTN
Telefon kodu +222
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mavritaniyalı qız

[1] ÖLKƏNİN ADININ MƏNASI

Bayrağı

Mavritaniya bayrağı yaşıl rəng üzərində qızılı sarı rəngli üfüqi aypara və 5 guşəli ulduzdan ibarətdir. Yaşıl və qızılı sarı rəng Pan-Afrika (Pan-yunanca birlik, bütünlük, tam) rəngləri olaraq qəbul edilir. Yaşıl rəng İslamı təmsil edir, sarı rəng isə Sahara çölünün qumlarını təmsil edir. Aypara və ulduz da Mavritaniyanın əsas dini olan İslama işarədir.

Coğrafiyası

Mavritaniya 4 ölkə ilə həmsərhəddir: Qərbi Saxara, Seneqal, ƏlcəzairMali.

Tarixi

1904-cü ildə Mavritaniyanın bir hissəsi, 1946-cı ildə isə bütünlüklə Fransanın idarəsinə keçmiş, 1958-ci ildə isə Fransa cəmiyyətinin avtonom respublikası statusu almışdır.

1960-cı il, 28 noyabr tarixdə ölkə Fransanın əsarətindən qurtularaq müstəqillik əldə etmişdir.

Əhalisi

3,359,185 nəfərdir. Köləliyin ən gec ləğv olunduğu ölkə Mavritaniya İslam Respublikasıdır. Köləlik 1981-ci ildə ləğv olunub, kölə sahibi olmağa görə cəza nəzərdə tutan qanun 2007-ci ildə qəbul edilib. Rəsmən ləğv olunsa da praktikada köləlik davam edir, ölkə əhalisinin 10 ilə 20%-nin kölə olduğu düşünülür. Əsas kölə sahibləri ölkənin elit təbəqəsini təşkil edən ərəblərdir, kölə hədiyyə etmək böyük hörmət jesti sayılır.

İqtisadiyyatı

Mavritaniyanın pul vahidi uqiyadır.

Hazırda Mavritaniya iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr sırasına daxildir. İxracatda əsas yeri balıq və balıq məhsulları, qızıl, dəmir filizi, mis konsentratı tutur. Çin, Fransa, İspaniya, İtaliya, NiderlandBelçika kimi ölkələrlə ticarət əlaqələri vardır.

İstinadlar

  1. Ölkənin adı olan mūrītāniyya Bərbəri köklərə sahib olan keçmiş dönəmlerdə Bərbəri bir krallıq olan Mauretania'ya da adını verən Morolar'dan gəlməkdədir. Maure adının Fenikece bir söz olan mahurim (Azərbaycanca: qərbin adamı) Sözünnən gəldiyi təxmin edilməkdədir.

Həmçinin bax