Aqşin Əlizadə

Bəstəkar
Toghrul R (müzakirə | töhfələr) tərəfindən edilmiş 11:06, 24 sentyabr 2018 tarixli redaktə

Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937 – 3 may 2014) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1988), Azərbaycan SSR Dövlət Mükafatı Laureatı (1978).

Aqşin Əlizadə
Ümumi məlumatlar
Doğum tarixi 22 may 1937(1937-05-22)
Doğum yeri
Vəfat tarixi 3 may 2014(2014-05-03) (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili
Mükafatları "Şərəf" ordeni "Şöhrət" ordeni
Azərbaycan SSR xalq artisti Azərbaycan SSR əməkdar incəsənət xadimi Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan Lenin komsomolu mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962).

Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.[1]

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.

Fəaliyyəti

Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.

Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.

50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

Ad və mükafatlar

Əsərləri

Baletlər

  1. "Babək" (1979)
  2. "Qafqaza səyahət" (2002)
  3. Ümid valsı (2008)


Orkestr üçün bəstələr

  1. Beş simfoniya
  2. Skripka ilə orkestr üçün konsert
  3. Violonçel ilə orkestr üçün poema


Kamera əsərləri

  1. Kamera simfoniyası
  2. "Kənd süitası"
  3. "Uşaq süitası"
  4. "Pastoral"
  5. "Aşıqsayağı"
  6. "Cəngi"
  7. "Abşeron lövhələri"
  8. "Şirvan lövhələri"
  9. Skripka və fortepiano üçün "Portret"
  10. Fortepiano üçün "Dastan"
  11. Fortepiano üçün "Köhnə oyunlar"
  12. Skripka və orqan üçün "Dialoq"


Vokal-simfonik əsərlər

  1. "Azərilər" və "Təntənə" kantatası
  2. "Ana torpaq" odası
  3. "Bayatılar" (xor tsikli a capella)
  4. "Qədim laylay" (a capella xoru üçün)
  5. "Yumoreska" (uşaq xoru üçün)

Filmoqrafiya

Bəstəkar kimi

  1. Bu, Səttar Bəhlulzadədir (film, 1969) (qısametrajlı sənədli film)
  2. Axtarış həvəsi (film, 1970) (qısametrajlı sənədli film)
  3. Fitnə (film, 1970)(cizgi filmi)
  4. Dəmir ağac (film, 1971) (qısametrajlı sənədli film)
  5. Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film)
  6. Tülkü həccə gedir (film, 1971)(cizgi filmi)
  7. Çaqqal oğlu çaqqal (film, 1972)(cizgi filmi)
  8. Qızıl qaz (film, 1972) (tammetrajlı bədii film)
  9. Odla təmasda (film, 1972) (qısametrajlı sənədli film)
  10. Bulud niyə ağlayır? (film, 1973)(cizgi filmi)
  11. Göyçək Fatma (film, 1973)(cizgi filmi)
  12. Ceyrançöl (film, 1974) (qısametrajlı sənədli film)
  13. Rəqiblər (film, 1974) (qısametrajlı bədii film)
  14. Tütək səsi (film, 1975) (tammetrajlı bədii film)
  15. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976) (qısametrajlı sənədli film)
  16. Üzü küləyə (film, 1977) (tammetrajlı bədii film)
  17. Toral və Zəri (film, 1979)(cizgi filmi)
  18. Gözlə məni (film, 1980) (tammetrajlı bədii film)
  19. Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) (tammetrajlı bədii film)
  20. Ötən ilin son gecəsi (film, 1983) (tammetrajlı bədii film)
  21. Avqust gələndə (film, 1984) (tammetrajlı bədii film)
  22. Sizi dünyalar qədər sevirdim (film, 1985) (tammetrajlı bədii film)
  23. Kölgədə 40 dərəcə isti (film, 1987) (tammetrajlı bədii film)
  24. Pirverdinin xoruzu (film, 1987) (qısammetrajlı bədii film)
  25. Kross (film, 1989) (qısametrajlı sənədli film)
  26. Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film)
  27. Matəm (film, 1990) (qısametrajlı sənədli film)
  28. Ləqəbi "İKA"dır (film, 1997) (tammetrajlı bədii film)
  29. Məhkumlar (film, 2007) (tammetrajlı bədii film)


Əsərlərindən istifadə olunan filmlər

  1. Unudulmuş qəhrəman (film, 2005) (qısametrajlı sənədli film)
  2. Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
  3. 125 illik yol (film, 2008) (qısametrajlı sənədli film)


Musiqi tərtibatçısı kimi

  1. Təxəllüsü "Mixaylo" (film, 2008) (qısametrajlı sənədli film)


Haqqında çəkilən film

  1. Aqşin Əlizadə (film, 2011) (qısametrajlı sənədli film)

İstinadlar

  1. "Azərbaycanın Xalq artisti vəfat etdi" (az.). grand.az. 03.05.2014 14:09. İstifadə tarixi: 2014-05-03.
  2. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarıanl.az saytı

Mənbə

Xarici keçidlər